Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Bayden və Makron kimilər MÜSTƏQİL VƏ GÜCLÜ AZƏRBAYCANA TƏZYİQ EDƏ BİLMƏZLƏR! – ŞƏRH

By Vüsal Rafiqoğlu
08.11.2024 4 Min Read

30 ilə yaxın hərbi işğal və təcavüzə son qoymaqla bölgədə yeni reallıqlar və sülh üçün tarixi imkanlar yaradan 44 günlük Vətən müharibəsinin taleyini həll edən Şuşa Zəfərindən 4 il ötür. Ölkəmiz və regionumuz üçün yeni dövrün başlanğıcını qoyan bu tarix Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən noyabrın 8-i Zəfər Günü kimi qeyd olunur. Bu münasibətlə bu gün Bakıda parlaq Zəfərimizlə bağlı bir çox rəmzləri özündə əks etdirən yeni simvolumuzun,  Zəfər parkının açılışı da  keçirilib.

Separatçıların izi-tozu da qalmayıb

Dövlətimizin başçısı burada üçrəngli Dövlət Bayrağımızı ucaldandan,  Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyandan sonra xalqımıza müraciət etdi.  Prezident bildirdi ki, 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir: “Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik”. Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, artıq ərazilərimizdə separatçılığın kökü kəsilib, kitabı bağlanıb. Yəni, artıq Qarabağ torpağında separatçıların izi-tozu da qalmayıb.

“Biz hazırlaşırdıq, güclü ordu yaradırdıq, iqtisadi inkişafı təmin edirdik”, – deyən Prezident İlham Əliyev, həmçinin qeyd edib ki, iqtisadi inkişaf, siyasi çəkimizin böyük olması, beynəlxalq tribunalarda sözümüzü qətiyyətlə deməyimiz, xalq-iqtidar birliyi, gənc nəslin yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik ruhunun bərqərar olması – bütün bu amillər Qələbəyə doğru bizi aparırdı və bütün bu amillərin cəmləşməsi bu Qələbəni mümkün etmişdir.

Yeri gəlmişkən qeyd edək ki, Ermənistanın arxasında duran bir çox dövlətlər bizim bu işğalla barışmağımız üçün müxtəlif üsullardan istifadə edirdilər. Eyni zamanda, qeyd edirdilər ki, guya Ermənistan-Azərbaycan münaqişəsinin  hərbi həlli yoxdur, sülh yolu ilə həll olunmalıdır. Amma onlar ərazilərimizi 30 il əsarət altında saxlayan Ermənistana bir dəfə də işğal etdiyiniz Azərbaycan ərazilərindən çıxın demirdilər. Bununla da başımızın altına əgər belə demək mümkünsə, yastıq qoymaq istəyirdilər.  Amma Prezident, Müzəffər Ali Baş Komandan sübut etdi ki, bunun hərbi həlli var. Və həll də etdi. Daha doğrusu, bu məsələyə birdəfəlik həlledici nida işarəsi qoydu. “Qarabağ Azərbaycandır və nida”nı, yəni bu Qələbəni  Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyanla birgə imzaladığı 10 noyabr Bəyanatı ilə rəsmiləşdirdi.

Xalq müraciətində bu məqama da toxunan dövlətimizin başçısı vurğulayıb ki, onların planlarında məsələni həll etmək yox, işğala son qoymaq yox, Azərbaycan torpaqlarını erməni işğalının altında əbədi saxlamaq idi: “Biz isə bu vəziyyətlə barışa bilməzdik”. Barışmadıq da. Şübhəsiz, bu məsələdə nəyin bahasına olursa-olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi danışıqlar mövzusu olmayaca deyən və nəyi nə vaxt etmək lazım olduğunu yaxşı bilən Müzəffər Ali Baş Komandanın xidmətləri misilsizdir.

Onlar Ermənistanın vəhşiliklərini ört-basdır etməyə çalışırlar

Hayların Qarabağı, Şərqi Zəngəzuru viran qoymalarını diqqətə çatdıran dövlətimizin başçısı müharibədən sonra Ermənistanın, eləcə də onların Qərbdəki havadarlarının həyasızlığından da söz açıb. Bildirib ki, indi bəzi Qərb havadarları Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər: “Sanki bu 30 illik işğal olmayıb, dağıntılar olmayıb, vəhşilik olmayıb, Xocalı soyqırımı olmayıb”. Bununla da onlar Ermənistanın vəhşiliklərini ört-basdır etməyə çalışırlar. Üstəlik, onlar, başqa sözlə desək, anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı silahlandırmaqla yeni müharibəyə təhrik edirlər. Bu, Ermənistan dövləti üçün tam faciə ola bilər. Prezident vurğuladı ki, hələ ki, gec deyil, ona görə Ermənistan bu silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır, mən dəfələrlə bunu demişəm və onlar bilirlər ki, mənim sözümə diqqət yetirmək lazımdır. Hələ ki, gec deyil, bundan əl çəksinlər, onlar heç vaxt bizimlə rəqabət aparmaq gücündə olmayacaqlar. Ərazi bütövlüyünü, dövlət suverenliyini təmin etmiş, keçmiş məcburi köçkünləri, qaçqınları öz dədə-baba torpaqlarına qaytarmağa başlamış Azərbaycan müharibə istəmir. Prezident İlham Əliyevin sözləri ilə desək, biz onların düşməni deyilik, onların düşməni onların arxasında duran və ondan sonra onların arxasından dovşan kimi, siçan kimi qaçan siyasətçilərdir.

Fransa, Hindistan və riyakarığın kuliminasiya nöqtəsinə yüksələn Bayden administrasiyası

Ermənistanı sılahlandıranlar arasında Fransa və Hindistan ön sıralarda dayanır. Bu həmin Hindistandır ki, bir tərəfdən Ermənistanı silahlandırır, regionda sabitliyi pozmağa cəhd edir, digər tərəfdən BMT Təhlükəsizlik Şurasının üzvü olmaq istəyir. Sülhə qarşı olan, açıq şəkildə militarizasiya siyasəti həyata keçirən bir dövlət BMT TŞ-nin daimi üzvü ola bilməz. Onsuz da daimi üzvlər arasında belələri var artıq. Fransanın yanına Hindistanı əlavə etmək sülhə böyük zərbədir. Amma bir məsələni də vurğulayaq ki, Fransanı da, Hindistanı da Azərbayaca qarşı siyasətə təhrik edən ABŞ, konkret desək Bayden administrasiyasıdır. Amerika xalqı seçkidə Bayden administrasiyasına lazım olan cavabı verdi. Yarıtmaz Bayden siyasəti sona çatır. Riyakarığın kuliminasiya nöqtəsinə yüksələn Bayden administrasiyası dünyanı qan çanağına çevirdi. Nə Bayden, nə Makron nə də Hindistanın bu siyasəti Azərbaycanı müstəqil və güclü siyasətdən döndərə bilməz. Odur ki, bütün təhdidlərə baxmayaraq, bölgədə sülhün, əmin-amanlığın bərqərar, daha doğrusu, davamlı olması istiqamətində səylərini davam etdirir: ”Ermənistan silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır”. Dövlətimizin başçısı, həmçinin xatırladıb ki, əgər kimsə yenidən bizim gücümüzü sınamaq istəyirsə, yenidən məğlub olacaq, yenidən biabır olacaq: “Çünki 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı, bizim Zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil, onların arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Xalqımıza Qələbə yaraşır

Next

8 Noyabr Zəfərinin 8 mühüm faktoru

Xəbər lenti

  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026
  • Quru Qoşunlarında əməliyyat təlimi keçirilir 08.07.2026
  • Şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA 08.07.2026
  • Ləbxanə, Osandıq, Samovar… – Azərbaycanlılar uşaqlara niyə belə adlar qoyur? 08.07.2026
  • Prezidentdən bu şəxslərlə bağlı SƏRƏNCAM – Rütbələr verildi 08.07.2026
  • YAP-da qəfil DƏYİŞİKLİKLƏR – Nə baş verir? 08.07.2026
  • SON DƏQİQƏ! YAP-ın təşkilat sədri saxlanıldı 08.07.2026
  • Zakir Həsənov komandanları təltif etdi – FOTO 08.07.2026
  • Prezident Şuşa şəhəri haqqında qanunda dəyişiklik etdi 08.07.2026
  • Xarici işlər nazirinin iki müavininə səfir rütbəsi verilib 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv