Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Ambulator müalicə zamanı dərmanlar icbari tibbi sığorta ilə qarşılanacaq – Aynurə Əhmədova

By Vüsal Rafiqoğlu
29.11.2024 5 Min Read

İlkin mərhələdə, ürək-damar, həzm və tənəffüs sistemi xəstəliklərinin qarşılanması planlaşdırılıb
Xəbər verildiyi kimi, Milli Məclis ambulator müalicənin dərmanlarının icbari tibbi sığorta ilə qarşılanması məsələsini üçüncü oxunuşda təsdiqləyib. 
Ambulator şəraitdə verilən dərman vasitələrinin icbari tibbi sığorta təminatına alınmasında əsas məqsəd əhalinin müxtəlif xəstəliklər üzrə ağırlaşma halları olmadan, stasionar yatış yaxud cərrahi əməliyyata alınmadan müalicə almasını təmin etməkdir.
Belə ki, vətəndaşlar ambulator müalicə alarkən dərmanlarını da tibbi sığorta vasitəsilə əldə edəcək və icbari tibbi sığortanın əsas məqsədlərindən olan əhaliyə keyfiyyətli və əlçatan tibbi xidmətin göstərilməsi təmin olunacaq.

“İki sahil”in müsahibi  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri  Aynurə Əhmədovadır. 

 – İlkin mərhələdə, hansı ambulator müalicənin dərmanları icbari tibbi sığorta ilə təminata alınacaq? 

-Mövcud qanunvericilik dərman vasitələrinin təminatı üçün yeni maliyyələşdirmə mexanizmlərinə uyğunlaşdırıldıqdan sonra ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin mərhələli şəkildə icbari tibbi sığorta hesabına qarşılanması prosesinə başlanılacaq. İlkin mərhələdə, ürək-damar, həzm və tənəffüs sistemi xəstəliklərinin qarşılanması planlaşdırılıb.
Prosesin tam və müasir standartlarda tətbiqi üçün texniki məsələlərin də tənzimlənməsi istiqamətində hazırlıq işləri görülməkdədir.

-2025-ci ilədək işləməyən şəxslər icbari tibbi sığortanın xidmətlərindən ödənişsiz istifadə edirlər. Həmin şəxslərin icbari tibbi sığorta haqlarını dövlət ödəyir. Bu tarix uzadılacaq yoxsa? 

– Qeyd etdiyiniz kimi, heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2025-ci il yanvarın 1-dək icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Onlar icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən dövlət büdcəsinin vəsaiti hesabına istifadə edirlər.
Gələn ildən sözügedən vətəndaşların icbari tibbi sığortadan istifadə qaydası haqqında məlumat “Tibbi sığorta haqqında” Qanuna dəyişiklik edildikdən sonra ictimaiyyətə məlumat veriləcək.

-Cari ilin 9 ayında icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edən vətəndaşların sayı nə qədər olub?

– 2024-cü ilin 9 ayı üzrə 4 540 576 vətəndaş icbari tibbi sığorta çərçivəsində tibbi xidmətdən yararlanıb. Müraciətlərin sayı isə 17 981 113 olub.  62 139 445 tibbi xidmət göstərilib.  Ötən ilin eyni dövrü ilə müqayisədə müraciətlərin sayında 10%, vətəndaşların sayında 8%, xidmət sayında 24% artım  müşahidə olunub. Xidmətlərin 86%-i ambulator, 14%-i isə stasionar xidmətlərlə bağlı olub.  Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində isə yanvar-iyul ayları ərzində icra olunan əməliyyat və prosedur sayı 109 mindən çox olub.

Dövlət xəstəxanalarına vətəndaşların müraciətləri əsasən…

– Vətəndaşlar daha çox hansı tibbi xidmətdən yararlanmaq üçün icbari tibbi sığortaya müraciət edirlər? 

– Qeyd edilən dövr ərzində dövlət xəstəxanalarında vətəndaşların müraciətləri əsasən ümumi tibbi müayinə, endokrin, tənəffüs, qan dövranı, sümük əzələ sisteminin xəstəlikləri ilə bağlı olub. Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinə isə göndərişlər əsasən ürək-damar cərrahiyyəsi, oftalmologiya, lor, invaziv radioloji xidmətlər və nevrocərrahiyyə xidmətləri ilə bağlı olub.

Onkoloji xəstəliklərin sığorta ilə qarşılanması məqsədilə Agentlik müvafiq qurumlarla müzakirələr aparır

-Müvafiq dövlət proqramları olsa da, xərçəng xəstəliyinin müalicə xərcləri və dərmanla təminatı uzun illərdir ki, müzakirə mövzusudur. Bu sahədə müalicə və dərman təminatının icbari tibbi sığorta sisteminə daxil edilməsi  bağlı hansı yeniliklər gözlənilir? 

– Qeyd etmək istərdim ki, şişönü xəstəliklərin erkən diaqnostikası icbari tibbi sığorta hesabına təmin edilir. Bu xidmətlərə funksional diaqnostika, şüa diaqnostikası, laborator və endoskopik müayinələr daxildir. Habelə, süd vəzilərinin və ətraf limfa düyünlərinin rentgen vasitəsilə müayinəsi mammoqrafiya icbari tibbi sığorta ilə qarşılanır.  Bu metod süd vəzilərindəki xərçəngönü xəstəlikləri erkən mərhələdə aşkar etməyə və vaxtında müalicəyə başlamaqla gələcəkdə həmin patoloji halların bədxassəli törəməyə keçməsinin qarşısını almağa imkan yaradır. Habelə, bəzi xoşxassəli şişlərin çıxarılması əməliyyatı da icbari tibbi sığorta ilə qarşılanır.
Onkoloji xəstəliklərin sığorta ilə qarşılanması məqsədilə Agentlik müvafiq qurumlarla müzakirələr aparır. Onkoloji xəstəliklərlə bağlı mövcud vəziyyət təhlil edilir, tibbi statistik məlumatlar analiz edilir. Xidmətin maliyyə yükü proqnozlaşdırılır, icbari tibbi sığorta fondunun büdcəsinin imkanları öyrənilir və xidmətin göstərilməsi imkanları araşdırılır. İcbari tibbi sığortanın Xidmətlər Zərfində dəyişikliklər olduqda bu barədə ictimaiyyətə məlumat veriləcək.

-MRT və KT müayinələri ilə də bağlı müraciətlər çoxdur. Bununla bağlı sıxlığı aradan qaldırmaq üçün Agentlik tərəfindən hər hansı tədbir görülür?

– Təcili və təxirəsalınmaz hallar üçün heç bir limit yoxdur, vətəndaşa tibbi yardım təcililiyə əsasən dərhal göstərilir. Planlı müayinə və müalicə üçün müraciət etdikdə xəstələr növbəlilik prinsipi əsasında qəbul edilir. Belə ki, instrumental diaqnostik və laborator müayinələr üçün göndəriş verildiyi tarixdən 14 gündən gec olmayaraq tibbi xidmət göstərilir.  Sözügedən xidmətlərin dövlət xəstəxanalarında göstərilməsi mümkün olmadıqda bu zaman Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrindən birinə göndəriş verilir.

 – Bölgələrimizdə icbari tibbi sığortadan istifadə hansı səviyyədədir? 

– Car ilin 8 ayı əzrində müraciətlərin 43%-ni Bakı TƏB-i təşkil edirsə, regionlar üzrə bu say 57% olub. Xidmət sayı isə regionlarda 58 % olub. Müraciətlərin çoxu Sumqayıt,  Gəncə, Mingəçevir, Şəki şəhərləri və Yevlax, Xaçmaz, Şəmkir və Qubar rayonları üzrə üstünlük təşkil edib. Sözügedən regionlarda müraciətlər əsasən endokrin, qan dövranı, tənəffüs, sidik, sümük-əzələ, həzm sistemi xəstəlikləri ilə bağlı olub.

Xidmətlər Zərfində invaziv kardioloji və kardiocərrahi xidmətlərin sayının artırılması planlaşdırılıb

 – Bəs, hansı xidmətlər icbari tibbi sığorta çərçivəsində qarşılanmır? Gələcəkdə həmin xidmətlərin də icbari tibbi sığorta çərçivəsində təminatı nəzərdə tutulubmu?  İcbari tibbi sığortanın daha da əlçatanlığı və rahatlığı üçün gələcəkdə hansı tədbirlərin görülməsi planlaşdırılır? İcbari tibbi sığorta yeni ilə hansı yeniliklərlə daxil olacaq?

– Xidmətlər Zərfinə dövlət proqramları çərçivəsində müalicə və müayinəsi nəzərdə tutulan tibbi xidmətlər, kosmetik prosedurlar və estetik cərrahiyyə, stomatoloji xidmətlər, süni mayalanma və s. kimi tibbi xidmətlər daxil deyil.  Bildiyiniz kimi, tibbi xidmətlərin Xidmətlər Zərfinə daxil edilməsi müxtəlif meyarlara əsasən əlavə olunur. Bu zaman əsasən son 5 il müddətində əhalinin əlillik və ölüm faizi yüksək olan xəstəliklər, habelə davamlı artım müşahidə olunan xəstəliklər salınır. Rəsmi statistik göstəricilər onu göstərdi ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də ürək-damar xəstəlikləri ən çox yayılan xəstəliklər sırasında çoxluq təşkil edir. Göstəricilər nəzərə alınaraq cari ildə müxtəlif qurumların səlahiyyətli invaziv kardioloqları və ürək-damar cərrahlarının iştirakı ilə ictimai müzakirə keçirildi. Müzakirələrin nəticəsi olaraq gələn ildən Xidmətlər Zərfinə ürək-damar xəstəliklərinin effektiv müalicəsi üçün vacib olan invaziv kardioloji və kardiocərrahi xidmətlərin sayının artırılması planlaşdırılıb. Təklif edilən dəyişikliklərdə ürək çatışmazlığı, qəfil ürək dayanması, beyin infarktı, böyrək çatışmazlığı, portal hipertenziya ilə bağlı Xidmətlər Zərfində mövcud olan bir sıra tibbi xidmətlərin çeşidinin artırılması nəzərdə tutulur. Buraya  beyin və boyun anevrizmalarının endovaskulyar embolizasiyası, qan damarının sintetik qreftlə bərpası, ürək damarlarında aparılan digər əməliyyatlar, intraabdominal venoz şuntlama, hemodializ üçün arteriovenoz şuntlamanın reviziyası və başqa xidmətlər aiddir.
Digər yeniliklərdən biri isə bəzi invaziv radioloji xidmətlərin göstərilməsi zamanı istifadə olunan xüsusi tibbi sərfiyyatın ayrıca olaraq Xidmətlər Zərfində yer almasıdır. Buraya beyin və ürək arteriyalarına implantasiya edilən stentlər, dərman ifraz edən və ya etməyən koronar və periferik stentlər, trombolitik maddələr (tromb əridən preparatlar) daxildir.
Bildiyiniz kimi, Agentlik əməliyyat zamanı tibbi sərflərin vəsaitini ödəyir. Hazırda tibbi xidmətlərin dəyəri tibbi sərfiyyatın dəyəri birlikdə ödənilir. Yeni təminat sərfi qəbul edildikdən sonra isə tibbi sərflə əməliyyatın dəyəri ayrı-ayrı hesablanacaq. Yəni Agentlik tərəfindən tibbi sərfin ödənişi tibbi müəssisəsinə ayrıca olaraq ödəniləcək
Yeniliklərdən biri də Xidmətlər Zərfində mövcud olan bəzi xidmətlərin adının daha dolğun, ətraflı, təfərrüatlı şəkildə qeyd edilməsidir ki, bu tibbi xidmətlərdən həkimlər rahatlıqla istifadə edə bilsin.
Bununla yanaşı, ictimai müzakirələrin neyrocərrahiyyə, travmatologiya, oftalmologiya və digər xidmətlərə dair aparılması da nəzərdə tutulub.
Müsahibənin əvvəlində qeyd etdiyimiz kimi, gələn il üçün planlaşdırılan növbəti addım ambulator dərman preparatlarının mərhələli şəkildə təminatı ilə bağlıdır.

Yaqut Ağaşahqızı, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Astmanın yeni müalicə üsulu TAPILDI!

Next

Dövlət vətəndaşların hüquqlarının təminatçısıdır

Xəbər lenti

  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026

Son Yazılar

  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv