Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Təyyarəmizin vurulması ilə bağlı mühüm gün – gəldiyimiz nöqtə

By Vüsal Rafiqoğlu
25.01.2025 4 Min Read

Bu gün AZAL-a aid sərnişin təyyarəsinin Rusiyada vurulub, Aktauda qəzaya uğramasından bir ay ötür; ilkin nəticələr gələn həftə açıqlanacaq, Moskva isə ört-basdır cəhdlərini davam etdirir, hüquqşünas Bakının gözləntilərini açıqladı 

Aktauda AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğramasından bu gün bir ay ötür. Hadisə dekabrın 25-də olub. Artıq təyyarənin “qara qutu”ları da oxunub. Qazaxıstanın Nəqliyyat Nazirliyi faciə ilə bağlı ilkin hesabatın bir ay ərzində açıqlanacağını bildirmişdi. Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlanacaq. 

Bu barədə yanvarın 24-də Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev bildirib. “Aktau yaxınlığında qəzaya uğrayan AZAL reysinin qara qutuları Braziliyada tam deşifrə edilib və Qazaxıstana qaytarılıb”, – Baş nazirin müavini Bozumbayev bildirib. Belə fikir var ki, Rusiya təyyarənin istehsalçısı olan, “qara qutu”ların oxunduğu Braziliyaya və Qazaxıstana ilkin hesabatın Rusiyaya qarşı sərt alınmaması üçün müəyyən təzyiqlər göstərib.

 

“Yeni Müsavat” qeyd edir ki, yanvarın 20-də baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında Azərbaycan, Qazaxıstan və Rusiyada təyyarə qəzası ilə bağlı cinayət işlərinin açıldığını söyləyib. “Hazırda hər üç ölkə özünə uyğun sübutları toplayıb istintaqa təqdim edib”, – K.Əliyev vurğulayıb. Az əvvəl isə Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, “qara qutu” maraqlı məlumatlar verir və indi səslənən versiyaları təsdiqləmir. Belə çıxır ki, Rusiya sərnişin təyyarəsini hava hücumundan müdafiə sistemləri ilə vurduğunu etiraf etməkdən boyun qaçırır və hansısa ssenari hazırlanır. Lavrovun sözçüsü Mariya Zaxarova isə bildirib ki, Rusiya həqiqətin üzə çıxmasını istəyir. Həqiqət isə üzdədir – təyyarəmiz vurulub, bu bir cinayət, enişinə icazə verilməyib, iki cinayət. Amma Rusiyanın media resursları hələ də hadisənin izində “quş sürüsü” axtarır, pilotun guya müstəqil qərar verərək Aktauya getmək istədiyini tirajlayır.

Azərbaycan Prezidenti İlham Əliyevin bu hadisə ilə bağlı tələbi dəyişməyib – günahkarlar cəzalandırılmalı, zərər çəkənlərə təzminat ödənməlidir. Amma hadisədən bir ay ötür və Rusiya heç bir addım atmayıb. Kreml liderinin azərbaycanlı həmkarına zəng edərək Rusiya ərazisində baş vermiş bu hadisəyə görə üzr istəməsindən başqa addım atılmayıb. Rəsmi Moskva istintaqın yekunlaşmasını gözləyir, amma Azərbaycanın dövlət başçısı əmindir ki, mülki təyyarə vurulub və bu işdə əli olanlar məsuliyyətə cəlb edilməlidir. Lakin qarşı tərəfdən ört-basdır cəhdlərini görməkdəyik. Maraqlıdır, cinayət işləri nə dərəcədə bir-birini tamamlayacaq? Strateji müttəfiq olduğunu deyən Rusiya Azərbaycana qarşı bu mövqeyini nə qədər davam etdirəcək? Qəza Qazaxıstanda baş verib, təyyarə isə Azərbaycana məxsusdur. Bu halda, üç cinayət işini birləşdirilməsi mümkündürmü? Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko Rusiya mediasına bildirib ki, istintaq Qroznı, Mahaçqala və Mineralnıye Vodı dispetçerləri ilə qəzaya uğrayan AZAL təyyarəsinin komandiri arasında aparılan danışıqları təhlil edir. “Qroznı, Mahaçqala və Mineralnıye Vodı dispetçerləri ilə təyyarə komandiri arasında danışıqlar təhlil edilir. Hərtərəfli aviasiya texniki ekspertizası təyin edilib. Bütün təyyarə sistemlərinin vəziyyəti, habelə maddi sübutlar öyrənilir”, – deyə o qeyd edib. Rusiyanın obyektiv istintaq apardığını gözləmək olarmı?

Yeri gəlmişkən, Ukrayna Prezidenti Vladimir Zelenski Davosda azərbaycanlı həmkarı İlham Əliyevlə görüşdə bu hadisəyə toxunmuşdu.  Ukrayna lideri daha sonra sosial media paylaşımında görüşdən videokadr yerləşdirib. “Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzaya uğraması və insan tələfatı ilə bağlı bir daha başsağlığı verdim. Fəlakət yerindən dəlillər göz qabağındadır, həqiqəti dilə gətirməyə məcbur olması üçün Rusiyaya təzyiq göstərmək vacibdir. Biz həmçinin ikitərəfli əlaqələri və onların gələcəkdə inkişafını müzakirə etdik: gələcəkdə dövlətlər arasında ticarət dövriyyəsinin artırılması, enerji sektorunda əməkdaşlıq. Azərbaycanın Ukraynaya göstərdiyi bütün yardımı yüksək qiymətləndiririk. Təşəkkür edirəm”, – Zelenski vurğulayıb. Xatırladaq ki, Bakı-Qorznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsi ötən il dekabrın 25-də Çeçenistanda Rusiyanın hava hücumundan müdafiə sisteminin hücumuna məruz qalıb. Enişinə izin verilmədiyindən Qazaxıstana istiqamət alan təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.

Xəyal Bəşirova İMZA-da vəzifə verildi

Xəyal Bəşirov

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirovun “Yeni Müsavat”a bildirdiyinə görə, burada bir cinayət işi baş verib: “Təyyarə Azərbaycana aiddir, vurulması Rusiyada olub, qəza isə Qazaxıstanda yaşanıb. Əslində, cinayət işi Rusiyada açılmalıdır. Sadəcə, qəza Aktauda olduğuna görə Qazaxıstan da cinayət işi başlayıb. Azərbaycan isə təbii ki, zərər çəkən tərəfdir deyə bizdə də istintaq aparılır. Biz ”qara qutu”ların oxunmasını gözləyirdik. Artıq onlar Braziliyadan Qazaxıstana qaytarılıb. Hazırda ibtidadi istintaqa mane olmamaq üçün hələlik bu məlumatlar ictimaiyyətə açıqlanmır. Ancaq o demək sayılmaz ki, heç zaman bildirilməyəcək. Məncə, istintaqın yekununda “qara qutu”larda olan informasiyalar açıqlanacaq”. Rusiyanın mövqeyinə gəlincə, hüquqşünas hesab edir ki, Azərbaycan prezidenti hərtərəfli danışıb və tələbləri səsləndirib: “Rusiya dövlət rəhbəri üzrxahlıq etdi, amma sonrakı addımları gözləməkdəyik. Bəzi şəxslərin dindirilməsi haqda məlumat yayıldı, amma ətraflı təfərrüat açıqlanmır. Rusiyadan gözləntilərimiz qüvvədədir. Azərbaycanın ən ali şəxsi səviyyəsində mövqe bildirilib və bu, həm də xalqımızın münasibətini əks etdirir. Rusiya özünü qonşu, müttəfiq sayırsa, o zaman tələbləri yerinə yetirməlidir. Burada ədalətsiz tələb yoxdur və beynəlxalq hüquqa söykənir”. X.Bəşirovun fikrincə, cinayət işinin gedişi bir çox həqiqətləri ortaya çıxaracaq: “Məsələn, prezident dedi ki, təyyarə hava məkanına daxil olandan 5 dəqiqə sonra hava hücumundan müdafiə sistemlərinə bu məlum olub. Bəs, necə ola bilib, araşdırılmalı məsələdir. Ona görə də kimin günahı varsa, indi qəsdən edib, yaxud ehtiyatsızlıqdan cinayət törədilib, buna görə məsuliyyət daşımalıdır. Yəni qəsdən, yoxsa ehtiyatsızlıqdan bunu etməyin fərqi sadəcə, cinayətin ağırlaşdırılması ilə tövsif olunur”.

Sözcü - Xəzər Teyyublu: Müstəqil Həmkarlar Birliyinin qaynar xətti yaradıldı

Xəzər Teyyublu

Hüquq müdafiəçisi Xəzər Teyyublu isə gələn həftə açıqlanacaq ilkin nəticələrin ciddi təsiri olacağını düşünür. Onun sözlərinə görə, bundan sonra müəyyən təsəvvürlər yaranacaq və aydın fikir bildirmək mümkün olacaq: “Qazaxıstan gələn həftə ilkin nəticələri açıqlayanda Rusiyanın istintaqa təsir edib-etmədiyini təxmin edə biləcəyik. Ümid edirik ki, dost Qazaxıstan obyektiv araşdırma aparıb. Məncə, indidən bəzi məlumatlar var, sadəcə, gələn həftə daha dolğun informasiya verilməsini istəyirlər. Bizim üçün heç bir sirr qalmayıb – təyyarəmizi vurublar, indi günahkarlar cəzasını çəksin, Rusiya kompensasiya ödəsin. Azərbaycan qeyri-adi tələb irəli sürməyib. Ona görə də gələn həftəni gözləmək lazımdır”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İrəvanın sərhəddə odla oyunu – sülh 2 il yubana bilər

Next

Xərçəngin dərmanı bu il tapılacaq? – inqilabi gözlənti

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv