Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Xərçəngin dərmanı bu il tapılacaq? – inqilabi gözlənti

By Vüsal Rafiqoğlu
25.01.2025 2 Min Read

2025-ci ilin sonunadək süni intellekt texnologiyalarından istifadə etməklə xərçəng, ürək-damar və ya neyrodegenerativ xəstəliklərin müalicəsi üçün dərman hazırlana bilər. Bu sözləri kimya üzrə 2024-cü il Nobel mükafatı laureatı Demis Hassabis “Financial Times” qəzetinə müsahibəsində deyib.

“Biz onkologiya, ürək-damar xəstəlikləri, neyrodegenerasiya, bütün əsas xəstəlik sahələrinə baxırıq və düşünürəm ki, bu ilin sonuna qədər ilk dərmanımız olacaq”, – alim deyib.

Hassabis qeyd edir ki, adətən bir dərman hazırlamaq üçün orta hesabla 5-10 il vaxt lazımdır. Bununla belə, süni intellektin istifadəsi bu prosesi on dəfə sürətləndirə bilər ki, bu da səhiyyədə əsl inqilab olar.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp süni intellektin inkişafına 500 milyard dollar sərmayə qoyacaq şirkətin yaradılmasını elan edib.

“Yeni Müsavat” qəzetinə danışan onkoloq, tibb üzrə fəlsəfə doktoru Fərid Museyibov deyir ki, elm və texnologiya çox sürətlə inkişaf etsə də, xərçəngi tam sağaldan dərman hələ hazırlanmayıb. Hazırda yalnız yardımçı vasitələrdən istifadə olunur.  

“Süni intellekt texnologiyalarına ümidliyik, amma tam əminliklə nəsə deyə bilmərik. Bunu gələcək göstərəcək. Hətta inkişaf etmiş dünya ölkələrində də xərçəngi 100 faiz sağaldan təcrübə yoxdur. Azərbaycanda istifadə olunan müalicə metodları kimyaterapiya və radioterapiyadır. Son zamanlar isə ”ağıllı dərman” müalicəsindən geniş istifadə olunur. Xərçəngin üçüncü və dördüncü dərəcəsində istifadə olunan metodlar fərqlidir.  Ölkəmizdə cərrahi müalicə, kimyaterapiya və şüa müalicəsi geniş yayılıb”.

Onkoloq Həqiqət Vəliyeva bildirir ki, süd vəzi xərçənginin diaqnostikasında süni intellektdən istifadə olunur.

“Mamoqrafiyada süni intellekt proqramlarından istifadə olunur. Radioloq tərəfindən təyin oluna bilməyən kiçik ölçülü dəyişiklikləri, şübhəli sahələri süni intellektlə daha san tapmaq olur. Bir istiqamətə yönəldir və radioloq oraya baxır.

Azərbaycanda bəzi klinikalar bu proqramı alıb istifadə edirlər. Təbii ki, həkimlər  tək proqramla kifayətlənmirlər, sonda özləri də məlumatları süzgəcdən keçirib qərar verirlər”.

Onkoloq Nəsimi Qasımov bildirir ki, ağırlaşmış xərçəng xəstəsini heç bir texnologiya xilas edə bilməz. 

“Hər xəstəlik vaxtında aşkarlandıqda müalicə oluna bilər. Müalicəni gecikdirdə isə elə fəsadlar çıxır ki, heç bir dərman vasitəsi təsir etmir. Süni intellekt xərçəng xəstəliyini vaxtında aşkar etmək üçün hansı tədbirlərin görüləcəyinə yardım edə bilər. Bəd xassəli şişin qarşısını süni intellektlə almaq mümkün olacaq anlayışına çox da inanmıram. 51 ildir ki, süd vəzi xərçənginin müalicəsi ilə məşğul oluram.  Bəzən xəstə gəlir ki, onu 21 il əvvəl əməliyyat etmişəm, sağlam həyatına davam edir. İndi isə xəstələrə mümkün hər şeyi edirsən, amma eyni effekti almırsan.

Artıq xəstəliklər bizim etdiyimiz müalicəyə qarşı davamlılıq əldə edib.  İnsan orqanizmi dəyişilib.  Bizim babalarımıza antibiotik vurmamışdılar, valideynlərimizə bir neçəsini, bizə isə hər cür antibiotik vurublar. Ona görə də bizdən sonrakı nəsillərdə dərmana qarşı həssaslıq yoxdur”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Təyyarəmizin vurulması ilə bağlı mühüm gün – gəldiyimiz nöqtə

Next

“İbtidai siniflər üçün rus bölməsi bağlansın” çağırışı – iki baxış

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv