Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Küləyin dünyanı dolaşdığı gün – Yel çərşənbəsində Ağstafadan REPORTAJ

By Vüsal Rafiqoğlu
11.03.2025 3 Min Read

Respublikamızın hər yerində olduğu kimi, bu gün Ağstafa rayonunda da Yel çərşənbəsi qeyd edilir. Rayon mərkəzində və kəndlərdə bu çərşənbə özünəməxsus şəkildə keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun hər yerində olduğu kimi, Dağkəsəmən kəndində də həyət-bacalar təmizlənir, ağacların dibi bellənir. Həyətlərdə bayram tonqalları qalanır, evlərdə bayram süfrələri açılır. Süfrələrə Novruzun rəmzlərindən olan şəkərbura, paxlava, qoğal, səməni, fəsəli və plov qoyulur.

Dağkəsəmən kəndinin sakini Solmaz Nağıyeva bildirir ki, bölgədə çərşənbələrə əvvəlcədən hazırlıq görülür. Əsas diqqət isə süfrələrin bəzəyi olan milli şirniyyatların və milli xörəklərin hazırlanmasına yönəlir. “Burada hər bir çərşənbə elə Novruzun özü qədər təntənəli keçirilir. Qədimdə Yel çərşənbəsinə “Toz çərşənbəsi” də deyərdilər. Bu çərşənbə günü evdə olan palaz və kilimlər çöldə çırpılır, yorğan-döşək yuyulur, torpaqda əkin işləri aparılır. Eyni zamanda, nənə-babalarımızdan qalan bir adət də var ki, çərşənbələrdə axşam süfrəsi üçün aş bişiririk. Qız-gəlinlərimiz şəkərbura, paxlava, qoğal bişirirlər. Bunlar Novruzun adət-ənənələridir. Bilirik ki, şəkərbura Türk dünyasında istifadə olunan qədim şirniyyatlardan biridir. Türkçülükdə ay, günəş və ulduz isə əsas simvollardır. Novruzun atributu olan şəkərbura ayı, qoğal günəşi, paxlava ulduzu simvolizə edir. Eyni zamanda, bunlar şirinlik və ruzi-bərəkət deməkdir”, – deyə S.Nağıyeva vurğulayır.

Kənd sakini Tamam Yolçuyeva isə deyir ki, milli bayramımız olan Novruzun ənənələri gələcək nəsillərə ötürülməli, o cümlədən çərşənbələr qeyd olunmalıdır: “Azərbaycan ədəbiyyatında və xalq folklorunda Yel çərşənbəsinə aid çoxlu layla, bayatı, nəğmə və atalar sözləri var. “Yel apardı, su gətirdi” deyimi təbiətin dövriliyini simvolizə edir. “Yel əsdi, yaz gəldi” isə yazın gəlişini xəbər verir. Yel çәrşәnbәsindә külәklәr gün әrzindә bir neçә dәfә istiqamәtini dәyişir, dünyanı dolaşır. Digәr çәrşәnbәlәrdә olduğu kimi, Yel çərşənbəsində də insanlar tonqalların üstündən tullanırlar. Bu adət-ənənələr keçmişin xatırlanması və yaşadılması deməkdir. Biz Novruzu gələcək nəsillərə ötürmək üçün milli adət-ənənələrimizi qorumalıyıq. Yel çərşənbəsində bütün təbiət oyanır. Torpaq və bitkilər canlanır. Hətta quşlar da baharın gəlişinə “nəğmələr” oxuyur. Builki bayramda sevincimiz həm də ikiqatdır. Çünki Qarabağımızın əsl sakinləri öz el-obalarına qayıdırlar. Buna görə də biz də onlarla bərabər sevinirik”.

Novruz ölkəmizdə xüsusi mərasim, adət-ənənələr və təmtəraqla qeyd edilən, xalqımızın ən qədim və milli bayramıdır. Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərlər sistemində bu bayramın xüsusi yeri var. Novruz bayramından əvvəl dünyanın yaranmasında iştirak edən dörd ünsürün adı ilə adlandırılan çərşənbələr qeyd edilir. Bu gün həmin dörd ünsürdən birini simvolizə edən “Yel çərşənbəsi”dir. Bu çərşənbə xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Hava çərşənbəsi” kimi də tanınır. İnanclara görə, bu çərşənbədə yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Daha sonra su, od və külək birlikdə torpağı oyadır. Torpaq hərəkətə gəlir, isinir.

Sonuncu çərşənbə olan İlaxır, yaxud da Torpaq çərşənbəsi martın 18-də qeyd ediləcək.

Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir. Günəş Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.

Yel çərşənbəniz mübarək!

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

DİQQƏT: Bu ixtisaslar üzrə keçid balı artacaq

Next

Azərbaycan üçün belə sual varmı: Türkiyə, yoxsa İsrail?

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv