Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Avropa Şurasından anti-Azərbaycan çağırışı – Bakıdan sərt reaksiya

By Vüsal Rafiqoğlu
10.04.2025 3 Min Read

Komissar Maykl O’Flaherti mühakimə edilən erməni canilərə azadlıq istəyib; onun ittihamlarına ağır cavablar gəldi

Avropa Şurasının insan haqları üzrə komissarı Maykl O’Flaherti Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasında Bakıda məhkəməsi gedən xuntaçılarla bağlı danışıb. Komissar deyib ki, məhkəməni diqqətdə izləyir. O, AŞ PA adından qeyd edib ki, regionda hər bir insanın hüquqlarına diqqət yetirmək, eləcə də Qarabağa qayıtmaq istəyənlərin qayıdışını təmin etmək lazımdır.

“Mən həmçinin Ermənistanı Dağlıq Qarabağdan (? – red.) qəbul etdiyi insanlara qarşı isti münasibətini davam etdirməyə çağırıram”, – O’Flaherti Ermənistanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, revanşist Arusyak Culhakyanın Bakıda saxlanılan erməni məhbuslarla bağlı təxribatçı sualını cavablandırarkən söyləyib.

Bundan əlavə, o, separatçıların məhkəməsi ilə bağlı Bakıya gəlmək üçün iki dəfə cəhd etdiyini, lakin cəhdlərinin boşa çıxdığını bildirib. Bununla belə, cəhdlərinə davam edəcəyini də sözlərinə əlavə edib. Erməni mediasının yazdığına görə, komissar Bakıda ağır cinayətlərdə ittiham olunan ermənilərə azadlıq da istəyib…

Əlbəttə, Azərbaycana xoş, səmimi niyyətlə təşrif buyurmaq istəyən xarici ölkə yetkilələrinə, avropalılara qapımız həmişə açıqdır. Ancaq öncə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə sayğı göstərmək şərtdir. O sırada Avropa Şurası komissarı bilməlidir ki, Azərbaycanda “Dağlıq Qarabağ” adında ərazi yoxdur, Qarabağ iqtisadi zonası var. İkinci yandan, Azərbaycanla normal münasibətlər, o cümlədən insani-humanitar əlaqələr üçün ölkəmizin AŞ PA-da səs hüququ bərpa olunmalıdır.

Yada salaq ki, örtən ilin yanvarından – Qarabağda bir günlük antiterror əməliyyatından az sonra Azərbaycanın AŞ PA-da səs hüququ dondurulub. Bundan əlavə, qurum saxlanılan separatçı quldurlarla bağlı Bakıya əsassız çağırış edib. Ardınca bir sıra AŞ PA deputatlarına ölkəmizə giriş qadağası qoyulub.

Maraqlıdır, “regionda hər bir insanın hüquqlarına diqqət yetirməli” olduğunu bəyan edən AŞ komissarı nədən yüz minlərlə qərbi azərbaycanlı qaçqının elementar hüququndan danışmır? Avropa Şurası komissarı Bakıya hansı şərtlərlə buraxıla bilər? Ümumiyyətlə, Azərbaycan əleyhinə bu kampaniyanın təsirləri varmı?

Onu da deyək ki, Bakıda hərbi və insanlığa qarşı cinayətlərdə ittiham edilən keçmiş və qondarma “dqr rəhbər”ləri içərisindən Ruben Vardanyanın “müdafiə qrupu” xüsusi canfəşanlıq edir, elə bəzi Qərb media qrupları da əsasən bu erməni milyarderin üzərində manipulyasiyalar aparırlar: ondan “siyasi məhbus” düzəltmək üçün əldən-ayaqdan gedirlər. Vardanyanın həbsindən bir neçə ay sonra Qərbdə “Erməni məhbusları azad et” adlı petisiya başladıldı. Əslində petisiyanın adı erməni məhbusları ilə bağlı olsa da, əsas ideyası Ruben Vardanyanın azadlığına nail olmaqdır. Ekspertlərin fikirlərinə görə, burada pul amili əsas rol oynayır. Vardanyanın 5 milyard həcmində vəsaitinin olduğu barədə tez-tez xəbərlər yayılır. Vaxtı ilə o, Fransa Prezidenti Emmanuel Makronun seçki kampaniyasına da ciddi dəstək verib.

NURULLAYEV Razi Qulaməli oğlu

Razi Nurullayev

Parlamentin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan hakimiyyətinin onun məhz erməni caniləri müdafiə etdiyinə görə ölkəyə buraxmaması təbiidir: “Bu şəxslər hərbi cinayətkarlardır. Əgər avropalı komissar separatizmi və işğalı pisləsəydi, 1 milyon azərbaycanlı qaçqının olduğunu desəydi, xunta rejiminin vurduğu zərəri dilə gətirsəydi, sonra humanizm cəhətdən onlara baş çəkməsi üçün xahişinə baxmaq olardı”.

Deputat qeyd etdi ki, ancaq burada birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü danır, separatizmi dəstəkləyən mövqedən çıxış edir: “Ona görə mən də hakimiyyətin yerində olsam, onu Azərbaycana buraxmazdım”.

İkitərəfli formatın qəbul edilməsi vacibdir-Züriyə Qarayeva » www.Bia.Az

 Züriyə Qarayeva 

Siyasi ekspert Züriyə Qarayeva bildirdi ki, ermənipərəst komissarın Azərbaycana buraxılmaması doğru addımdır. Onun fikrincə, həm hərbi canilərə azadlıq istə, separatizmə dəstəyini ifadə et, həm də Bakıya gəlməyə çalış, bunun adı müştəbehlikdir: “Əfsuslar olsun ki, təkcə həmin komissar deyil, bəzi konqresmenlər, avropalı deputatlar bu kampaniyada iştirak edirlər. Onlar erməni lobbisinin, Vardanyana yaxın qrupların maliyyəsinin hesabına bu xidməti göstərirlər. Təbii ki, məqsəd Azərbaycana təzyiq etmək, beynəlxalq ictimaiyyətin gözündə erməni caniləri siyasi məhbus kimi qələmə verməkdir. Ancaq diqqət edirsinizsə, heç bir ölkənin rəsmi səviyyədə mövqeyi yoxdur. Sadəcə, Avropa Şurası kimi Azərbaycana düşmən kəsilən beynəlxalq təsisatların tribunasından ayrı-ayrı şəxslərin belə qərəzli çıxışlarına rast gəlmək olar. Bununla yanaşı, Azərbaycan belə çağırışlarla geri çəkilməyəcək. Həmin şəxslər cinayət törədiblər, özləri də hər məhkəmə prosesində etiraf edirlər. O ki qaldı ermənilərin Qarabağa qayıdışı ilə bağlı avropalı komissarın çağırışına, Azərbaycan zamanında onları qalmağa dəvət etdi, vətəndaşlıq veriləcəyi açıqlandı. Hazırda isə Ermənistan belə onların qayıdışını istəmir və vətəndaşlıq verməyə başlayıb”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qarabağ erməniləri ilə bağlı mühüm gəlişmə – pasportlarda…

Next

Azərbaycanın innovativ idarəetmə modeli BMT-də nümunə kimi təqdim olunub

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv