Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Qarabağ erməniləri ilə bağlı mühüm gəlişmə – pasportlarda…

By Vüsal Rafiqoğlu
10.04.2025 3 Min Read

Ermənistan onlara verdiyi vətəndaşlıq sənədində doğum yeri Azərbaycanı göstərir; bunun bizə hansı zərəri var? – izah

Ermənistanda Qarabağdan köçmüş ermənilərə “doğum yeri” qrafasında ölkə kimi “Azərbaycan”ın göstərildiyi yeni pasportların verilməsinə başlanıb. Ölkənin Daxili İşlər Nazirliyinin “Sputnik Armeniya”ya şərhində qeyd edilir ki, sənədlər Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına uyğun işlənir. Həmin standartlar yalnız bu təşkilat tərəfindən tanınan coğrafi adları legitim hesab edir. Həmçinin bildirilib ki, beynəlxalq standartlara əməl olunmazsa, vətəndaşlar sərhədləri keçməkdə problemlə üzləşə bilərlər. Bəzi məlumatlara görə, Qarabağdan köçən ermənilərin çoxu artıq Ermənistandan da gedib.

Xatırladaq ki, hələ ötən ilin sonunda yayılan rəsmi məlumata əsasən, Qarabağdan gedən 5500-dən çox erməni Ermənistan vətəndaşlığını qəbul edib. Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətindən məlumat verilib. Onların sayı getdikcə artır. Bu da həmin şəxslərin geri qayıtmamaq niyyətindən irəli gəlir. Aprelin 1-dən Ermənistan hökuməti Qarabağdan olan ermənilərə qısamüddətli yardım proqramlarını davam etdirməyi dayandırıb.

“Tert Armenia” yazıb ki, onlar sənəddə doğum yeri hissəsinə “artsax” yazılmasını gözləyiblər. Nəşr məsələ ilə bağlı Ermənistan Daxili İşlər Nazirliyinə müraciət edib və niyə bu addımın atıldığını soruşub. “Şəxsiyyəti təsdiq edən sənədlərdə məlumatların qeydi beynəlxalq standartlara uyğun həyata keçirilir. Müasir texnologiya ilə oxuna bilən şəxsiyyət/səyahət sənədlərinin verilməsi sahəsi ICAO (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) 9.303 standartı ilə tənzimlənir. Yəni pasportlarda doğum yeri beynəlxalq coğrafi vahidlərə görə müəyyən edilir. Beynəlxalq qaydalar çərçivəsində təsdiq olunmayan hər hansı detal vətəndaşa sərhəd-keçid məntəqəsində problem yaradır”, – nazirliyin cavabında qeyd olunub.

Bundan əvvəl pasportlarında qondarma “artsax”ın adının qeyd olunduğu şəxslərlə bağlı Ermənistan Miqrasiya Xidmətində çox sayda ölkələrdən şikayətlərin daxil olduğu, həmin adın beynəlxalq səviyyədə tanınmadığı bildirilib. Ermənistan 2022-ci ildə rəsmi şəkildə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb və sənəd imzalayıb. Yeri gəlmişkən, bu günlərdə ABŞ-dakı erməni diasporunun bir sıra fəalları Qarabağda guya “etnik təmizləmə”yə görə Azərbaycanın “məsuliyyətə cəlb edilməsi”, Bakıya qarşı sanksiyaların tətbiqi üçün konqresmenlərlə görüşüblər. Azərbaycan rəsmilərinə qarşı “Maqnitski Aktı”nın tətbiqini xahiş ediblər. Və diqqət: Qarabağdan könüllü köçmüş ermənilərin sayını “üfürərək” 150 minə (!) çatdırıblar. Bu rəqəmi Ermənistan belə səsləndirməyib. Düşmən ölkə iddia edir ki, Qarabağdan guya 120 min erməni köçüb. Ancaq onların sayının 30-40 min olduğu bildirilir.

Bəs hazırda Qarabağ ermənilərinin pasportunda doğum yeri kimi Azərbaycanın göstərilməsinin ərazi bütövlüyü və suverenliyimiz baxımından önəmi nədən ibarətdir? Bunun hansı xeyri və ya ziyanı ola bilər?

Xəyal Bəşirova İMZA-da vəzifə verildi

Xəyal Bəşirov

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirovun “Yeni Müsavat”a bildirdiyinə görə, əslində Qarabağ erməniləri zamanında fürsəti dəyərləndirə bilsəydilər, indi pasportlarında nəinki doğulduğu yer, yaşadığı ərazi də Azərbaycan yazılacaqdı. Onun sözlərinə görə, həmin şəxslər düzgün seçim etmədi və indi Ermənistanın, həmçinin bəzi xarici qüvvələrin əlində qalıblar: “Hazırda Ermənistan bu addımı könüllü atmayıb. Əvvəl pasportlarda doğulduğu yer “artsax” qeyd olunurdu, bu da problem yaradır. Ona görə Azərbaycan göstərməyə məcburdurlar. Çünki Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə riayət olunmalıdır. Əks təqdirdə, xaricə səfər edən həmin ermənilər problemlə üzləşə bilər. Yəni ya onları sərhəddən buraxmayacaqlar, yaxud da qayıdarkən çətinliklər meydana gələcək”.

X.Bəşirov hesab edir ki, Ermənistanın baş naziri hələ Praqa görüşündə, daha sonra Soçi danışıqlarında yazılı bəyanatla Qarabağın Azərbaycana aid olduğunu təsdiq edib: “Bu da ərazi bütövlüyümüzün beynəlxalq səviyyədə tanınmasını Ermənistan üçün də bir öhdəlik kimi formalaşdırdı. İndi isə Ermənistanın uydurduğu toponimlər, “artsax” sözü keçərli deyil, beynəlxalq miqyasda da heç zaman qəbul olunmayıb. Ümumilikdə isə onların Azərbaycan ərazisində doğulub Ermənistan vətəndaşlığı alması prosedurunu da necə keçdikləri hələ açıq məsələ olaraq qalmaqdadır”.

Qədir Aslan

Siyasi şərhçi Qədir Aslanın sözlərinə görə, Qarabağ ermənilərinə  Azərbaycan doğumlu pasportların verilməsi xoş olduğu qədər naxoşdur: “Çünki onlar savaşdan sonra çalışırdı ki, bizim Ermənistan doğumlu vətəndaşların təbii hüquqlarına dair təşəbbüsümüzün qarşısına əks arqument olaraq Azərbaycan doğumlu ermənilərin hüquqlarını qoysunlar. Indi bunu edə biləcəkləri hüquqi müstəvinin bazisini yaradırlar desək, yanılmarıq”. Bununla belə, ekspertin fikrincə, sülh sənədi imzalanmasa, bu “xına” başqa rənglər də ala bilər: “Əsas odur ki, “Dağlıq Qarabağ”,”artsax” kimi qondarma vahidlər və yer adları artıq həm də Ermənistanın hüquqi sənədlərindən tədricən rədd olur”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

TƏCİLİ! Mövqelərimiz atəşə tutuldu

Next

Avropa Şurasından anti-Azərbaycan çağırışı – Bakıdan sərt reaksiya

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv