Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Mehdiyevlə bağlı YENİ XƏBƏR – AMEA-da yeyintilər və…

By Vüsal Rafiqoğlu
16.04.2025 3 Min Read

Hesablama Palatasının rəyindən sonra Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib, sırada…

Hesablama Palatası tərəfindən hansı qurumlarla bağlı materialların Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) göndərildiyi məlum olub.

Bəlli olub  ki, hesabat ilində 4 nəzarət tədbiri üzrə müvafiq materiallar kollegiyanın qərarına əsasən Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim edilib. Dənizkənarı Bulvar İdarəsi və tabeliyində olan qurumlar və  Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi ilə bağlı dövlət vəsaitlərinin və əmlakının idarə olunması sahəsində aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunması ilə əlaqədar materiallar Baş Prokurorluğa göndərilib. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda dövlət vəsaitlərinin və əmlakının idarə olunması sahəsində aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunması və Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş məktubla əlaqədar həmin materiallar DTX-ya göndərilib.

Yuxarıda qeyd olunanlardan əlavə, 2023-cü ilin iş planına əsasən keçirilmiş 1 audit nəticəsində aşkar edilmiş bir sıra hüquqpozmalara və kənar dövlət maliyyə nəzarəti obyektinin bununla bağlı təqdim etdiyi məlumatlara qanunvericiliyə uyğun olaraq hüquqi qiymətin verilməsi ilə əlaqədar müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilib.

Bildirilib ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən təqdim edilmiş məlumata əsasən, Hesablama Palatası tərəfindən hesabat ilində 3 auditlə bağlı göndərilmiş materiallardan 1 audit üzrə vurulmuş ziyan tam ödənilib, cinayət işinə xitam verilib. 2 audit üzrə cinayət işi başlanıb və istintaqın aparıldığı qeyd edilib, bu tədbirlərdən 1-də vəsait ödənilib, 1-də isə əmlak üzərinə həbs qoyulub.

Dövlət Təhlükəsizlik Xidmətindən daxil olmuş məlumatlara əsasən, 1 audit üzrə aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Yada salaq ki, Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev ötən ilin sentyabrında həbs edilib. İ. Mustafayev xüsusilə külli miqdarda mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmada təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü və 308-ci maddələri ilə ittiham irəli sürülüb.

İbtidai istintaqla həmin idarənin idarə heyətinin sabiq sədri Mustafayev İlqar Əziz oğlunun 2021-2023-cü illər ərzində idarənin fəaliyyəti istiqamətləri üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talanmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

AMEA-ya gəlincə, araşdırılan dövrdə qurumun prezidenti vəzifəsində  Ramiz Mehdiyev idi. O, həmin vaxt baş vermiş qanun pozuntusu faktları ilə bağlı cinayət işi başlanması barədə danışıb: “Mənim heç nədən xəbərim yoxdur. Bununla bağlı mənimlə heç kim əlaqə saxlamayıb. Məlumatsız olduğum üçün hazırda bu məsələlərlə bağlı çox danışa bilmərəm”, – deyə bildirib.

Sözügedən qurumun 2020-2023-cü illərə dair fəaliyyəti üzrə təyin edilmiş audit yoxlamaları nəticəsində vəzifəli şəxslər tərəfindən külli miqdarda dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi, habelə digər qanun pozuntularının törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Qeyd edilən faktlarla bağlı aparılmış araşdırma üzrə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Qeyd edək ki, illərdir AMEA-da çalışanlar elmi işlər üçün ayrılan vəsaitlərin aşağı olmasından şikayət edirlər. Onlar qeyd edirlər ki, AMEA bir elmi qurum olaraq müasir idarəetmə tələblərindən çox uzaqdır.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bakını bu maşınla doldurub indi təhlükəlidir deyirlər

Next

Xəzərdə dalğanın hündürlüyü 3 metrə çatdı

Xəbər lenti

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv