Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Bakını bu maşınla doldurub indi təhlükəlidir deyirlər

By Vüsal Rafiqoğlu
16.04.2025 4 Min Read

Elektromobillərin ənənəvi avtomobillərdən daha zərərli olduğu müəyyən edilib, bu avtomobillərlə yol getdikdə sağlamlıqla bağlı narahatlıqlar olur

Elektromobillərin ənənəvi avtomobillərdən daha zərərli olduğu müəyyən edilib. Oxu.az-ın verdiyi məlumata görə, bunu Oklend Universiteti (Yeni Zelandiya) və Şiamen Universiteti (Çin) beynəlxalq alimlər qrupu tərəfindən aparılan tədqiqatlar göstərib. Araşdırmanın nəticələri “Energy” elmi jurnalında dərc edilib.

Komanda son 15 il ərzində 26 ölkədən məlumatları təhlil edib. Bu zaman nəqliyyat vasitələrinin istehsaldan utilizasiyaya qədər tam dövrü nəzərə alınıb. Nəticədə geniş yayılmış fikrin əksinə olaraq, elektromobillərə keçidin iqlim dəyişikliyinin əsas faktoru olan qlobal karbon dioksid emissiyalarının azalmasına səbəb olmadığı aşkar edilib.

Bundan əlavə, elektrik enerjisinin əsasən kömür və neftdən istehsal olunduğu ölkələrdə elektromobillər daxiliyanma mühərrikli ənənəvi avtomobillərdən daha zərərli ola bilər.

Alimlərin hesablamalarına görə, real ekoloji təsirə nail olmaq üçün enerji sistemində bərpaolunan enerji mənbələrinin payı ən azı 48%-ə çatmalıdır, halbuki hazırda bu göstərici dünya miqyasında təxminən 30% təşkil edir.

“Bizim təhlilimiz göstərir ki, elektromobillərin ekoloji üstünlükləri tamamilə ölkənin elektrik enerjisi istehsalı strukturundan asılıdır”, – deyə tədqiqatın həmmüəllifi Stiven Poletti izah edib.

Bu iş nəqliyyatın elektrifikasiyasına üstünlük verən bir çox dövlətin mövcud iqlim strategiyalarının effektivliyini sual altına qoyur. Alimlər təkcə elektromobillərin təşviqini deyil, həm də bərpaolunan enerji mənbələrinin sürətli inkişafını, enerji səmərəliliyinin artırılmasını və iqtisadiyyatın dekarbonizasiyası üzrə digər tədbirləri əhatə edən kompleks yanaşmanın zəruriliyini vurğulayırlar.

Dövlət Statistika Komitəsinin 2025-ci il yanvarın 1-nə olan məlumatına əsasən, 2024-cü ildə Azərbaycanda elektrik mühərrikli minik avtomobillərinin sayı 5941 ədəd olub. 2023-cü ildə isə ölkədə elektrik mühərrikli minik avtomobillərinin sayı 3115-ə çatıb.

Xatırladaq ki, ötən il Azərbaycana ümumilikdə 91.8 min ədəd nəqliyyat vasitəsi idxal edilib ki, bunun 3027 ədədi elektromobil, 26 min 197 ədəd isə hibrid nəqliyyat vasitələri olub.

Bu ilin yanvar-fevral aylarında isə Azərbaycana xaricdən 12,1 milyon ABŞ dolları dəyərində 309 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) gətirilib. Dövlət Gömrük Komitəsinin rəsmi məlumatına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 232 ədəd (42,9%), dəyər ifadəsi ilə 10,8 milyon ABŞ dolları (47,1%) azdır.

Belə ki, 2024-cü ilin ilk iki ayında Azərbaycana idxal dəyəri 22,8 milyon ABŞ dolları dəyərində 541 ədəd elektromobil gətirilmişdi.

Hesabat dövründə idxal edilən elektromobillərin bir ədədinin orta idxal qiyməti 39,1 min dollar (66,5 min manat) olub ki, bu da illik müqayisədə 3,1 min dollar (5,3 min manat) və ya 7,3% azdır.

Ötən ilin ilk ayında idxal olunan elektromobillərin bir ədədinin orta idxal dəyəri 42,2 min dollar ( 71,8 min manat) idi.

Sürücülük təlimçisi Adil Nəbiyev | Photostock.az

Adil Nəbiyev

Nəqliyyat sahəsi üzrə ekspert Adil Nəbiyev “Yeni Müsavat” a şərhində bildirdi ki, elektromobillərin ili köhnəldikcə həm ekologiyaya, həm də avtomobili idarə edən şəxslərin səhhətində ciddi problem yaradacaq: “Köhnəldikdən sonra elektromobillərin utilizasiya məsələsi ciddi problemlər yaradacaq. Hazırda yeni olduqları üçün bu çox da nəzərə çarpmır. Köhnə “Prius”lar ucuz olduğu üçün bazara sürətlə daxil oldu. Dəfələrlə köhnə hibrid avtomobillərin ölkəyə gətirilməsinin əleyhinə çıxışlar olsa da, buna məhəl qoyan olmadı. Avtomobillərin kütləvi şəkildə gətirilməsi bəzi qurumlara sərf edir, buna görə də bəzi məqamlara göz yumulur. ABŞ-da köhnə hibrid avtomobillərin utilizasiyası baha başa gəldiyi üçün onu dəyər-dəyməzinə satıb ölkəni “təmizlədilər”. Köhnə hibrid avtomobillər mümkün qədər dərində basdırılmalıdır ki, ətraf mühitə çox ziyan vurmasın. Müqayisə üçün, adi saat batareyasını belə tərkibində olan kimyəvi maddələrə görə zibil qutularına tullamaq olmaz.  Təəssüf ki, elektromobillərin sayı günü-gündən artır”.

Ekspertin sözlərinə görə, elektromobillər işlək halda da insan orqanizminə mənfi təsir göstərə bilər: “Uzaq yol gedərkən daxili yanma mühərriki olan avtomobildə heç kimdə baş hərlənməsi, ürək bulanması halları olmur. Amma Çinin ən lüks avtomobil markalarının istehsalı olan elektromobillərlə yol getdikdə səhhətində hər hansı problem olan şəxslərdə müəyyən narahatlıqlar olur. Yeni avtomobildə belə bu hal yaşanırsa, köhnəldikcə istər-istəməz fəsadları daha da çoxalacaq.  Elektromobillərlə bağlı araşdırmanın dünyada səs-küyə səbəb olması bazara da ciddi təsir göstərəcək. Bu cür xəbərlər qismən də olsa, elektomobillərin qiymətinə və tələbata təsir göstərir. Bakı şəhərində onsuz da radiasiya çox idi. Elektromobillərə kütləvi şəkildə keçid radiasiyanı bir qədər də artıracaq. Azərbaycan neft ölkəsidir. Bu da radiasiyanı artıran amillərdən biridir. Odur ki, bunun qarşısını almaq üçün çıxış yolları düşünmək lazımdır”.

Xatırladaq ki, bu yaxınlarda Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda elektromobil sektorunun inkişafı üçün maliyyələşmə mexanizmləri ilə bağlı təkliflər hazırlanır.

“2025-ci ilin birinci yarısında elektromobil və hibrid avtomobillərlə bağlı maliyyələşmə və infrastrukturun təkmilləşdirilməsi üzrə hökumətə təkliflər təqdim ediləcək. Bu istiqamətdə işçi və alt işçi qruplarında geniş müzakirələr aparılır”, – deyə o qeyd edib.

R.Qurbanovun sözlərinə görə, elektromobil və hibrid avtomobillərin idxalı yüksək templə artır və bu prosesin davamlı olması üçün infrastrukturun, xüsusilə “Azərişıq” ASC-nin elektrik şəbəkəsini adekvat gücləndirilməsi əsas prioritetlərdən biridir. “Hazırda Azərbaycanda minik avtomobillərinin sayı təqribən 1,6 milyon təşkil edir. Elektromobillərin sayı isə bu ilin yanvar ayının əvvəlinə olan göstəricilərə əsasən, təxminən 6 min, hibrid avtomobillərin sayı isə 69 min civarındadır”, – deyə R.Qurbanov bildirib.

O qeyd edib ki, 2025-ci ilin yanvar göstəricilərinə əsasən, elektromobil və hibrid avtomobillərin sayında 33 %-lik artım müşahidə olunur: “Bu proses avtomobil sektorundakı tendensiyalarla yanaşı, dövlət tərəfindən dəstəklənən infrastruktur layihələri ilə əlaqəlidir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda axtarılan Elşad Abdullayev harada gizlənir?

Next

Mehdiyevlə bağlı YENİ XƏBƏR – AMEA-da yeyintilər və…

Xəbər lenti

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Son Yazılar

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv