Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

İstanbul zəlzələsi və “Allaha asi çıxanlar” haqda…

By Vüsal Rafiqoğlu
24.04.2025 3 Min Read

2011-ci ildə Yaponiyada güclü zəlzələdən və baş verən sunamidən sonra bu ölkə haqda rəvayətlər ortaya çıxdı. Belə bir rəvayət də vardı ki, guya yaponlar Allahın işinə çox qarışdıqları üçün gözəgörünməz qüvvə onları cəzalandırıb. Yaponiya o zəlzələdən və dağıdıcı sunamidən böyük itkilərlə, amma əzmlə çıxa bildi. Ağlamadan, sızlamadan, qıraqdan mədət ummandan. Eynilə iki şəhərinə atılan atom bombasının yaralarını sağaldıb dikəldiyi kimi…

Məncə, Allaha asi çıxanlar heç vaxt bu cür möcüzə ölkə, güclü iqtisadiyyat qurub-yarada bilməzdilər. Əksinə, belə xalqlar bəlkə də Allahın işini asanlaşdırırlar, yerdəki bəndələrinə adam kimi rahat yaşaması üçün mükəmməl texnologiyalar yaradırlar, insanlarına yaxşı təhsil verirlər, başı göylərə çatan göydələnləri təkər üzərində tikirlər ki, təbii fəlakətlərdə itkilər az olsun. Allah təkcə məzlum xalqları deyil, müdrik xalqları da sevər…

Bu gün Mərmərə dənizində 6,2 bal gücündə baş verən zəlzələ İstanbulda cəmi 13 saniyə davam edib. Zəlzələ ətraf vilayətlərdə, xüsusilə Bursa, Yalova və Təkirdağda hiss olunub. Sonra ardıcıl avtoşok dedikləri 9 təkan da baş verib. Zəlzələ baş verdiyi an 151 nəfər özünü yüksəklikdən ataraq yaralanıb.15 milyonluq şəhərdə 150 adamın panikaya düşməsi diqqət yetiriləcək hadisə deyil. Amma bunun bir səbəbi də odur ki, alimlər illərdir “böyük İstanbul depremi” deyib əhalini həyacanda saxlayırlar. Yağış yağmazdan əvvəl hava tutulur, sonra göy guruldayar,  zəlzələnin ən pis huyu isə qəfil gəlməsidir. Xəbərdarlıqsız-filansız.

Münnəcimliyə gərək yox, təskimlik verəsi olsaq,  İstanbul da məsələn, Tokio kimi Allahın nəzərində olan şəhərdir yəqin– məscidləri, kilsələri, tarixi, din adamları, dindar camaatı ilə birgə…

İstanbulda baş vermiş zəlzələ Azərbaycanı da qorxutdu- indi çoxlarının dostu-tanışı, qardaşı-bacısı, oğlu-uşağı həm də İstanbulda, İzmirdə, Ankarada, Türkiyənin dörd bir tərəfindədir axı… Şükür ki, can itkisi olmadan ötüşüb.

Türkiyənin telekanallarına da “gün doğdu”, elektron medianın operativ işi və peşəkarlığı fövqəladə hadisələrdə üzə çıxır. Ölkədə nə qədər zəlzələşünas, torpaqşünas var, indi telekanallardadır. Zəlzələşünas alimləri dinləmək insana rahatlıq vermir, mən şəxsən baxmıram, çünki bir daha əmin olursan ki, Yer-Göyü Yaradan onu istədiyi vaxt altını üstünə çevirə bilər. Heç bir elm, alim, ordu, güc bunun qarşısını ala bilməz. Nə yaponlar, nə amerikalılar, nə türklər…

Sovet  hökuməti də Göylə çox əlləşərdi. Qış sərt keçəndə və ya quraqlıq olanda adamlar qısıt səslə, həm də bir az yumorla kosmonavtların Allahın işinə qarışdığını deyirdilər, onları suçlayırdılar… Sovetlər ölkəsində kosmonavtların Göydə nə iş gördüklərini bilən az adam vardı. Bizim coğrafiya müəllimiz  deyirdi ki, amerikalılar fəzada öz sərhədlərində divar hörürlər, sovet hökuməti də məcburdur onlar da divar hörsünlər. Allaha şərik “ev tikirlər”  yəni. Allahsız, adamlara adam kimi yaşamağa imkan və şərait yaratmayan dövlətin axırı necə olmalıydısa, elə də oldu. Zəlzələ dağıtmadı, özü dağıldı.  

Ekoloji problemlər, hava çirkliliyi, fəsillərin dəyişməsi, su qıtlığı, elə Xəzərin quruması gözümüzün qarşısında baş verir.  Perspektiv kimi qorxuludur, amma hər şeyin daha yaxşı olacağına, Allahın dinindən, irqindən asılı olmayaraq məmləkətləri qoruyacağına, səbri daşanda onları yalnız silkələyərək sınağa çəkib ayıldacağına, ildırımı, yağışı, tufanı ilə xəbərdarlıq edəcəyinə, günahsız körpələrə qıymayacağına, adamlara daha yaxşı, daha insaflı  olacağına şans verəcəyinə inanmalıyıq.

Allah dünyamızı və ölkəmizi qorusun…

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ərdoğan zəlzələ nəticəsində insan itkilərinin olmadığını təsdiqləyib

Next

Daha bir kosmetoloqdan şikayət – “Ayağımdan irin axır” – VİDEO

Xəbər lenti

  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026
  • Pensiya yaşına yaxın şəxslərin işdən çıxarılmasına qadağa? – SON DƏQİQƏ AÇIQLAMASI 15.07.2026
  • “Jamestown”: Bakı fon der Lyayenin səfərindən sonra Aİ-dən praktiki addımlar gözləyir 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv