Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

Universitetlərə qəbul planı artırılacaq – Ekspert deyir ki…

By Vüsal Rafiqoğlu
26.04.2025 3 Min Read

Kamran Əsədov: “DİM abituriyentin taleyini son anda, təsadüfi qərarla həll edən bir mərkəz olmamalıdır, əksinə…”

“Qəbul planı DİM-ə təqdim olunan kimi Nazirlər Kabinetinə məlumat verilir”. Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, hazırda ali təhsil müəssisələrinə qəbul planı hələ təqdim olunmayıb: “Hazırda yalnız kolleclərə qəbul üzrə plan yerlərinin sayı DİM-in əlində mövcuddur. Bu göstəricilərə əsasən isə kolleclərə qəbul planında elə də böyük dəyişiklik müşahidə olunmur”.

Universitetlərə qəbul planını artırmağa ehtiyac varmı?

Müşahidəçilərə görə, ilbəil abituriyentlərin bilik səviyyəsi aşağı düşür və az qala 200 balla tələbə adını qazananlar var ki, bu da gələcəkdə ali savadlı birinin yetişməsinə gətirib çıxarmır.

Mövzu ilə bağlı təhsil eksperti Kamran əsədov “Yeni Müsavat”a danışıb. Ekspertin fikrincə, Azərbaycanda ali təhsil müəssisələrinə qəbul planının hazırlanması və ictimaiyyətə açıqlanması prosesi, təəssüf ki, hər il eyni sistemsiz, gecikmiş və abituriyentin maraqlarını nəzərə almayan şəkildə aparılır:

“Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadənin açıqlaması bir daha təsdiq edir ki, ölkədə qəbul planı ilə bağlı əsas qərarlar gec, bəzən isə formal xarakter daşıyır və bu, ali təhsilin keyfiyyətinə, şəffaflığına və ictimai etimada birbaşa mənfi təsir göstərir.

Hazırda ali təhsil müəssisələrinə qəbul planı rəsmi şəkildə hələ açıqlanmayıb. Statistikaya baxsaq, 2024-cü ildə ölkə üzrə ali məktəblərə ayrılan plan yerləri 58 mindən çox olub, onlardan yalnız 52 minə yaxın yer dolub, yəni təxminən 15% boş qalıb. Son beş ildə də bu tendensiya dəyişməyib: tələbə qəbulu üzrə yerlər artırılsa da, abituriyentlərin bilik və hazırlıq səviyyəsi aşağı düşüb, nəticədə minimal tələbləri ödəyən, hətta 200-250 balla universitetə qəbul olunanların sayı ildən-ilə çoxalır. Bu, təhsilin keyfiyyətinə və ali savadlı kadrların yetişdirilməsinə ciddi təhlükə yaradır. Məsələn, 2023-cü ildə 200 baldan aşağı nəticə göstərən 4 minə yaxın abituriyent dövlət sifarişi ilə universitetə qəbul olunub. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsində göstərilir ki, ali təhsilin məzmunu və keyfiyyəti dövlət tərəfindən tənzimlənməli, rəqabətədavamlı mütəxəssis hazırlığı təmin edilməlidir. Lakin faktiki vəziyyət bunu tam əks etdirir.

İxtisas seçimi məsələsində isə DİM-in fəaliyyəti son illər daha da ciddi qüsurludur. Ən böyük problem “Abituriyent” jurnalının dördüncü sayının – yəni əsas qəbul planı və ixtisas süçimi üçün dərc olunan buraxılışın, ixtisas seçiminə cəmi bir gün qalmış çap olunmasıdır. Bu isə o deməkdir ki, minlərlə abituriyent və valideyn ixtisaslar barədə dərin təhlil apara bilmir, seçimləri məcburi və ya təsadüfi xarakter daşıyır. Bu yanaşma isə nə ölkədə təhsil islahatının ruhuna, nə də beynəlxalq təcrübəyə uyğun gəlir. Dünya təcrübəsində – məsələn, Almaniyada, Fransada, hətta Türkiyədə belə – universitetlərə qəbul planı və ixtisas seçimi barədə məlumatlar imtahanlardan xeyli əvvəl açıqlanır, abituriyent və ailələr ən azı 3-4 ay qabaqcadan bütün seçimləri təhlil edib qərar verir. ABŞ-da ümumiyyətlə, “application window” adlanan, aylarla davam edən bir seçim dövrü var və hər universitet öz planını, tələblərini vaxtında ictimaiyyətə təqdim edir. Azərbaycanda isə proses tamamilə abituriyentin və valideynin imkan və hüquqlarını məhdudlaşdıran inzibati formalığa çevrilib.

DİM-in bu istiqamətdə fəaliyyətində şəffaflıq və planlaşdırmada ciddi boşluqlar mövcuddur. Hər il qəbul planı barədə məlumatlar yalnız may ayının sonunda bəlli olur, halbuki ölkənin təhsil siyasəti üçün prioritet olan bu sənədin ən azı yaz semestrinin əvvəlində – yanvar-fevral aylarında açıqlanması lazımdır. Qanunvericiliyə görə, qəbul planları, ali təhsil müəssisələrinin tələbləri və proqramlar şəffaflıq prinsipi əsasında və abituriyentin maraqları qorunaraq tərtib olunmalıdır. Faktiki isə bu prinsip pozulur.

Ali məktəblərə plan yerlərinin artırılması zərurəti ilə bağlı isə fərqli yanaşma olmalıdır. Son statistik göstəricilər və əmək bazarının tələbləri göstərir ki, universitetlərdə kəmiyyət deyil, keyfiyyət əsas götürülməlidir. Əks halda, əmək bazarında ixtisassız, savadsız, formallıq xatirinə diplom alan gənclərin sayı artacaq. Bu, həm ali təhsilin nüfuzuna, həm də ölkənin inkişaf perspektivlərinə mənfi təsir göstərir. Dünya təcrübəsində universitetlər ixtisas seçimi və qəbul planında daim əmək bazarının real tələbatı, prioritet sahələr və regional inkişaf hədəflərinə əsaslanır. Azərbaycanda isə bəzən sadəcə yerlərin sayının artırılması təhsil siyasəti kimi təqdim olunur”.

Neftçala doğum günümdə hədiyyə olaraq məni onların deputatı olmaqla  mükafatlandıracaq” — Kamran Əsədov

Kamran Əsədov 

Kamran Əsədov qeyd edir ki, DİM-in ən böyük problemlərindən biri də plan yerləri və abituriyentlərin sayı barədə açıq, vaxtında və dolğun informasiyanın çatdırılmamasıdır:

“Nəticədə abituriyentlər və ailələri təhsilin taleyini bəzən son günün təsadüfi seçimi ilə müəyyən edir, cəmiyyət isə ali təhsil üzrə ciddi və əsaslı proqnozlar verməkdən məhrum qalır. Bu, qəbul siyasətində şəffaflığın və abituriyentin hüquqlarının pozulmasıdır.

Azərbaycan təhsil sistemi üçün ciddi islahatların və dəqiq, şəffaf, abituriyentə və cəmiyyətə açıq qəbul mexanizminin yaradılması vacibdir. Qəbul planının hazırlanması və elanında real əmək bazarı təhlili, ixtisasların prioritetləşdirilməsi, vaxtında və ictimaiyyətə açıq informasiyanın təmin olunması başlıca amil olmalıdır. DİM isə abituriyentin taleyini son anda, təsadüfi qərarla həll edən bir mərkəz deyil, təhsilin keyfiyyətinə real töhfə verən, şəffaf və məsuliyyətli dövlət qurumu olmalıdır”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Əvvəllər 5 uşaq adi sayılırdı, indi 3 uşaq arzuya çevrilib…

Next

Rusiya Bakı üzərindən yeni Suriya hökuməti ilə danışıqlara başlayıb

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv