Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Əvvəllər 5 uşaq adi sayılırdı, indi 3 uşaq arzuya çevrilib…

By Vüsal Rafiqoğlu
26.04.2025 3 Min Read

Son illər Azərbaycanda doğum göstəricilərində eniş narahatlıq doğurur

Son illər Azərbaycanda doğum göstəricilərində müşahidə olunan eniş demoqraflar, iqtisadçılar və sosial siyasətçilər üçün ciddi narahatlıq doğurur. Məsələnin ciddiliyini bu günlərdə Milli Məclisin deputatı, iqtisadçı Əli Məsimli də gündəmə gətirmişdi.

“Pensiya islahatlarında nəzərə alınması vacib olan məsələrdən biri də budur ki, Azərbaycanda yeni doğulan uşaqların sayı əhəmiyyətli dərəcədə azalıb və ailə modeli dəyişib…

Ailələrin əksəriyyəti 2 və 1 uşaqdan ibarətdir. 5 və daha çox uşağı olan ailələr isə azlıq təşkil edir. Ona görə də ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır. Bu kontekstdə çoxuşaqlı ailə dedikdə bu, 3 və dana çox uşağı olan ailələrə şamil edilməli, pensiya yaşının azaldılması güzəştləri tətbiq edildikdə 3 uşaqlı ailələr başlanğıc kimi götürülməlidir.

Bu addım uşaqlar üçün verilən müavinətin dairəsini xeyli genişləndirməklə çoxuşaqlı ailələrə münasibətdə mövcud olan müavinət mexanizminin əlçatanlığını da əhəmiyyətli dərəcədə artırmış olar. Bu model beynəlxalq təcrübəyə daha çox uyğundur. Uşaq sayı artdıqca, həm pensiya yaşının müvafiq surətdə azaldılması, həm də beynəlxalq praktikadan məlum olan hər uşağa görə ödənilən müavinətin məbləğinin artması Azərbaycanda çoxuşaqlılığın təşviq edilməsində daha təsirli rol oynaya bilər”, – deyə millət vəkili qeyd edib.

Niyə 3 uşaq modeli?

Məlum olduğu kimi sovet dövründə Azərbaycanda ailələrin çoxuşaqlı olması adi hal idi. Lakin müasir dövrdə bir çox səbəbdən ailələr tək və ya maksimum iki uşaqla kifayətlənməyə üstünlük verir. Sosioloqlar qeyd edir ki, əsas səbəblər arasında iqtisadi çətinliklər, sosial infrastrukturun zəifliyi, təhsil və səhiyyə xərclərinin yüksəkliyi, uşaq baxçası və məktəbəqədər təhsil imkanlarının yetərsizliyi durur.

Mehriban Zeynalova: “Qadını xoşbəxt və güclü olan bir ölkənin millət vəkili  olmaq istəyirəm”

Mehriban Zeynalova 

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məsələyə daha sosial yöndən yanaşaraq, bildirir ki, çoxuşaqlı ailələrdə uşaqlar arasında psixoloji dəstək və sosial bağlar daha güclü olur. O, böyük ailələrin bir çox sosial problemi daha asan aradan qaldıra bildiyini vurğulayır. Lakin eyni zamanda qeyd edir ki, hazırkı dövrdə ailələrin 3 və daha çox uşaq böyütməsi üçün dövlət dəstəyi mexanizmləri formalaşmalıdır:

“Əli Məsimli iqtisadçıdır, çox yaxşı olar ki, 3 uşaq üçün ailə büdcəsinin müəyyənləşməsi məsələsini də gündəmə gətirsin. Ailədə 5 uşağın olmasını mən də dəstəklərdim. Böyük ailə modelini sevirəm. Təcrübə də göstərir ki, böyük ailələrdən olan uşaqlar bir-birinə daha çox dəstək və qayğı göstərir. Onlar arasında özünə qəsd, evdən qaçma, hansısa neqativlər az olur və hətta təhsilə maraq daha üstün olur. Əlbəttə, ailə başçıları uşaqları düzgün idarə etməyi bacaranda və onlar arasında vəzifə bölgüsünü düzgün təmin edəndə.

Amma yaxın vaxtlarda ailələrin 3 uşaq dünyaya gətirməsi müşkül məsələdir. Çünki uşaqlar üçün dəstək sistemi tam formalaşmayıb. Ya gərək ənənəvi ailə modeli geri qayıtsın, yəni ana evdə otursun, uşaqların tərbiyəsi ilə məşğul olsun, kişi isə işləsin.

Hazırkı iqtisadi çətinliklər isə ailə başçılarının hər ikisinin işləməsini tələb edir. Xüsusən də uşaqların normal təlim, təhsil, sağlamlıq və digər ehtiyaclarını ödəmək üçün ailə büdcəsinin mühüm hissəsi məhz uşaqlara xərclənir”.

Qeyd edək ki, orta statistik hesablamalara görə, Azərbaycanda bir uşağın illik təhsil, səhiyyə, qidalanma və geyim xərcləri təxminən 3.000-4.000 manat arasında dəyişir. 3 uşaq üçün bu rəqəm minimum 9.000-12.000 manat arasında olur ki, bu da bir çox ailə üçün böyük maliyyə yüküdür. Bu baxımdan sosioloqlar bildirir ki, bu reallıq fonunda 3 uşaqlı ailə modelinin geniş tətbiqi üçün dövlət tərəfindən müvafiq kompensasiyalar, sosial paketlər və güzəştli kreditlər təklif olunmalıdır.

Doğum azalır, əhali qocalır…

Azərbaycanda əhali artımı bir zamanlar təbii və sabit demoqrafik proses kimi qiymətləndirilirdisə, bu gün doğum səviyyəsindəki ciddi azalma və əhali yaşlanması artıq demoqrafik böhran siqnalı verir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2010-cu illərin əvvəllərində ölkədə hər il orta hesabla 170-180 min uşaq dünyaya gəlirdi. Bu rəqəm illər boyu bir qədər sabit qalsa da, 2020-ci ildən başlayaraq azalma tendensiyası kəskin şəkildə özünü göstərməyə başladı. 2023-cü ildə isə doğulan uşaqların sayı artıq 125-130 min civarında qeydə alınıb ki, bu da son 10-12 ildə təxminən 30 faiz azalma deməkdir.

Çıxış yolu nədir?

Sosioloqlar bununla bağlı bir neçə təkliflər irəli sürür:

Doğum üçün birbaşa maddi dəstək: Yeni doğulan hər uşaq üçün birdəfəlik ödənişin artırılması və 3-cü uşaqdan başlayaraq mütəmadi uşaqpulu təyin olunması.

Uşaq bağçalarının əlçatanlığı və keyfiyyətinin artırılması: Xüsusən regionlarda bu sahədə ciddi problemlər mövcuddur.

Təhsildə və səhiyyədə güzəştlər: Çoxuşaqlı ailələrin övladları üçün məktəblərdə, universitetlərdə təhsil haqlarında və tibbi xidmətlərdə endirimlər tətbiq edilməlidir.

Əmək bazarında elastiklik: Anaların qismən və ya çevik iş rejimində işləməsi üçün hüquqi mexanizmlər hazırlanmalıdır.

Ailə institutunun möhkəmləndirilməsi: Ailə psixologiyası, valideyn təhsili və gender bərabərliyi sahəsində maarifləndirmə işləri genişləndirilməlidir.

Yazını hazırladı: Xalidə GƏRAY

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Milli mətbuatımızın 150 illiyi: Prezident İlham Əliyevdən Azərbaycan mediasına böyük dəstək

Next

Universitetlərə qəbul planı artırılacaq – Ekspert deyir ki…

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv