Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Brüssel yenə ayağına “atəş” açdı – Azərbaycana qarşı qərəz bitmir

By Vüsal Rafiqoğlu
03.05.2025 3 Min Read

Aİ-nin baş diplomatı İrəvana gedər-getməz Bakı ilə əlaqələrə zərbə vurdu – sərt mövqe

Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi  Kaya Kallas Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun üzvü Emmanuel Fraqkosla görüşüb. “Bakı-Xəbər” xəbər yayıb ki, Fraqkosun təxribatçı suallarını cavablandırarkən Kallas Azərbaycanın daxili işlərinə qarışıb.

O, Bakıda mühakimə edilən erməni hərbi canilərlə bağlı “siyasi məhbus”, “erməni əsirlər” kimi ifadələr işlədib, “qanunun aliliyi”, “insan haqları”na istinad edib.

Kallas deyib ki, Bakıda olarkən Azərbaycan Prezidenti ilə təkbətək görüşdə guya bu sözlər onun diqqətinə çatdırılıb. Kallas Azərbaycan Prezidenti ilə nə vaxt təkbətək görüşdü ki, indi yalandan açıqlama verir? Onun Azərbaycan Prezidentlə ilə təkbətək görüşü olmayıb.

Yada salaq ki, aprelin 25-də K.Kallas Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla təkbətək və geniş tərkibdə görüşlər keçirib. Həmin görüşdən də verilən məlumatda qeyd olunur ki, burda Azərbaycan və Aİ arasında əməkdaşlıq gündəliyinin mövcud vəziyyəti, inkişaf perspektivləri, enerji təhlükəsizliyi, nəqliyyat, kommunikasiyalar, iqlim dəyişmələri ilə mübarizə daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlıq imkanları, habelə regional təhlükəsizlik məsələləri və Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə olunub.

Kallas niyə İrəvana gedər-getməz Bakı-Brüssel əlaqələrinə zərər vurur?

Çingiz Qənizadə: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi  partiyasıdır - AZƏRTAC

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Avropada Azərbaycanın haqq səsinə, onun beynəlxalq hüquqa əsaslanan haqlı mübarizəsinə obyektiv və ədalətli yanaşma sərgiləmək istəməyən müəyyən siyasi dairələr, nüfuzlu şəxslər və təsir gücünə malik qərarverici orqanlar mövcuddur: “Xüsusilə də Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın son açıqlamaları bu tendensiyanın bariz nümunəsidir və təəssüf ki, gözlənilməz deyil. Uzun illərdir ki, Avropanın bəzi siyasi institutları və fərdi fiqurları erməni lobbisinin təsiri altına düşüblər və bu lobbiçilik fəaliyyətləri onların obyektiv mövqe nümayiş etdirməsinə ciddi şəkildə mane olur. Belə bir şəraitdə Azərbaycanın haqq səsini eşitmək, real vəziyyəti düzgün qiymətləndirmək əvəzinə, reallığı təhrif edən, ikili standartlara əsaslanan, qərəzli və yönləndirilmiş bəyanatlar verilir”.

Ç.Qənizadə söyləyib ki, Azərbaycan xalqına qarşı törətdiyi hərbi və mülki cinayətlərə görə məsuliyyətə cəlb olunmuş şəxslərin məhkəməsi gedir: “Bu proseslər tam şəffaf, qanun çərçivəsində və beynəlxalq hüquq normalarına uyğun şəkildə aparılır. Lakin təəssüf ki, belə bir ədalət mühakiməsi zamanı belə şəxsləri ”siyasi məhbus” kimi təqdim etmək cəhdləri göstərilir. Bu, təkcə Azərbaycan dövlətinə qarşı deyil, eyni zamanda, beynəlxalq hüquqa və ümumən insanlığa qarşı yönəlmiş riyakarlıqdır.

Əslində, “siyasi məhbus” anlayışının özü Avropada çox vaxt ikili standartlara əsasən tətbiq olunur. Avropa İttifaqında bu anlayışın dəqiq, vahid, hüquqi çərçivədə formalaşmış bir tərifi yoxdur. Hər ölkəyə, hər hadisəyə, hətta hər şəxsə fərqli yanaşılır. Kaya Kallas da çox yaxşı bilir ki, bu gün “erməni əsirləri” kimi təqdim edilən şəxslər əslində hərbi cinayətkarlardır və onlar beynəlxalq hüquq normalarına əsasən mühakimə olunurlar. Bu şəxslər müharibənin başlanması, işğalçılıq siyasətinin həyata keçirilməsi, separatçılığın təşviqi, dinc əhaliyə qarşı terror aktlarının törədilməsi və digər ağır cinayətlərə görə məsuliyyət daşıyırlar”.

Hüquq müdafiəçisi hesab edir ki, belə bir fonda onların “siyasi məhbus” adlandırılması həm hüquqi, həm də mənəvi baxımdan qəbuledilməzdir: “Azərbaycanın məhkəmə sistemi bu məsələlərdə yüksək peşəkarlıq və obyektivlik nümayiş etdirir. Son dövrlərdə keçirilən məhkəmə proseslərində müşahidə olunan şəffaflıq, prosedur qaydalarına ciddi riayət edilməsi, təqsirləndirilən şəxslərin hüquqlarının tam təmin olunması – o cümlədən müstəqil vəkillərlə təmin olunmaları, vəsatətlərinə baxılması, ehtiyat hakimlərin təyin olunması və digər detallara ciddi yanaşılması göstərir ki, burada hansısa qanun pozuntusundan, qeyri-obyektivlikdən söhbət gedə bilməz. Bu proseslərə beynəlxalq müşahidəçilər və diplomatik nümayəndəliklərin əməkdaşları da qatılır və onlar da bu şəffaflığın, hüquqi əsasların şahidi olurlar”.

Həmsöhbətimizin fikrincə, ən maraqlısı isə budur ki, bu şəxslərin bir çoxu törətdikləri cinayətləri etiraf ediblər: “Onlar açıq şəkildə bildirirlər ki, dinc əhalinin yaşadığı evlərə gecə saatlarında raket və artilleriya zərbələri endiriblər, şəhərlərin işğalında və ərazilərin bölünməsində fəal iştirak ediblər. Bütün bunları öz dilləri ilə etiraf edən şəxsləri hələ də ”siyasi məhbus” kimi təqdim etmək cəhdi, sadəcə olaraq beynəlxalq ictimai rəyi çaşdırmaq və Ermənistanın maraqlarına xidmət etmək cəhdidir”.

Ç.Qənizadə qeyd edib ki, Kaya Kallasın Prezidentlə guya baş tutmuş görüşə istinad edərək irəli sürdüyü fikirlər də əslində Avropa ictimaiyyətinə və onun öz arxasında dayanan siyasi himayədarlarına yönəlmiş, faktlara deyil, manipulyasiyaya əsaslanan yalan və uydurma bəyanatlardır: “Onun sözlərində olan ziddiyyətlər və reallıqdan uzaq iddialar göstərir ki, bu kimi çıxışlar sırf siyasi sifariş əsasında hazırlanır və heç bir obyektivliyə malik deyil. Azərbaycan xalqının qanına əli bulaşmış, günahsız insanlara qarşı ağır cinayətlər törətmiş, yüzlərlə ailənin faciəsinə səbəb olmuş bu şəxslərin hər biri hansısa beynəlxalq səviyyədə verilən bəyanatlardan, qərarlardan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunları ilə mühakimə olunacaq və layiqli cəzalarını alacaqlar. Burada güzəştə, bağışlanmağa və siyasi don geyindirilməsinə yer yoxdur. Ədalət bərpa olunmalıdır və olunacaq!”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Güney Azərbaycanın simvolu “Traktor” klubu – ŞƏRƏF DOSYESİ

Next

Bazar günü leysan yağacaq

Xəbər lenti

  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026

Son Yazılar

  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv