Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
İdman

Güney Azərbaycanın simvolu “Traktor” klubu – ŞƏRƏF DOSYESİ

By Vüsal Rafiqoğlu
03.05.2025 4 Min Read

Güney Azərbaycanın futbol simvolu olan “Traktor” klubu ötən gün İranın ən yüksək liqası – Fars Körfəzi Pro Liqasında ilk dəfə çempion olaraq tarix yazdı. Qəzvində “Şəms Azər” komandasını 4:0 hesabı ilə məğlub edən “Traktor” mövsümün bitməsinə iki tur qalmış çempionluğunu rəsmiləşdirdi.

Bu tarixi nailiyyətin baş memarı xorvatiyalı baş məşqçi Draqan Skoçiçdir. 2024-cü ilin iyulunda komandaya rəhbərlik etməyə başlayan Skoçiç mövsüm ərzində keçirdiyi 28 oyunda 20 qələbə, 4 heç-heçə və 4 məğlubiyyətlə 2.29 xal ortalaması toplayaraq komandanı zirvəyə yüksəldib.

Komandanın əsas oyunçuları arasında xorvat hücumçu Domaqoj Drozdek və iranlı yarımmüdafiəçi Əmirhüseyn Hüseynzadə xüsusi fərqləndilər. Drozdek “Şəms Azər” komandasının qapısına iki qol vuraraq mövsümün ən vacib oyunlarından birində parlaq çıxış etdi.

CROSSMEDIA - “Traktor” klubu İran çempionu oldu: Təbriz təmsilçisindən  tarixi uğur

Musavat.com xəbər verir ki, 1970-ci ildə Təbrizin ən böyük zavodlarından biri olan Traktor zavodu nəzdində yaradılmış klub uzun illər boyu Güney Azərbaycan türklərinin milli kimliyinin simvoluna çevrilib. 2011-ci ildən müstəqil fəaliyyət göstərir. “Traktor” öz tarixində Kərim Baqiri, Sirus Dinməhəmmədi, Hüseyn Xətibi, Rəsul Xətibi və s. kimi məşhur futbolçular yetişdirib. Klub 1975-ci ildə İranın Təxti-Cəmşid adlı birinci divizion çempionatına yüksəlib, həmin il 16 komanda arasında 16-cı yeri tutaraq ikinci diviziona düşüb. Lakin 1977-ci ildə yenidən birinci diviziona yüksəlib və 5-ci pillədə qərarlaşıb. “Traktor” 1978–79 mövsümündə də Təxti-Cəmşid çempionatında iştirak edib və İran İslam İnqilabına qədər 9-cu yeri tutub. 1978-ci ildə İranın Federasiya çempionatında ilk dəfə keçirilən yarışlarda ikinci yeri qazanıb.

Traktor” klubu tarixində ilk dəfə ölkə çempionu olub - AZƏRTAC

İran İslam İnqilabı və İran–İraq müharibəsi səbəbilə 1979–1988-ci illərdə ölkə futbol liqası bağlandığı üçün yalnız əyalət çempionatları təşkil olunurdu. “Traktor” bu müddətdə Təbriz liqasında çıxış edirdi. Dövrün son illərində klubun baş məşqçisi rumıniyalı Vasili Qoca olub. O, “Traktor”da əsaslı dəyişikliklər aparıb, klubun bünövrəsini yenidən formalaşdırıb. Bu islahatlar “Traktor”un sonrakı uğurlarının təməlini qoyub. Komanda 1992-ci ildə İranın “Azadeqan” adlı birinci divizionunda üçüncü yerə yüksəlib ki, bu da o dövrdə klubun ən yüksək nəticəsi idi. 1994-cü ildə isə bir daha İranın Federasiya çempionatında ikinci yeri tutub. Klub 2000/01 mövsümündə Azadeqan liqasında sonuncu yeri tutduqdan sonra 2001/02 mövsümündə yenidən yaradılan İranın yüksək liqasında iştirak etsə də, aşağı liqaya düşüb. 7 il birinci divizionda çıxış edən “Traktor” yalnız 2008/09 mövsümündə Fəraz Kəmalvəndin baş məşqçiliyi ilə yüksək liqaya vəsiqə qazanıb.

2011–12 mövsümündə Əmir Qalenuinin rəhbərliyi ilə “Traktor” İran Pro Liqasında ikinci yeri tutaraq 2013-cü il Asiya Çempionlar Liqasına vəsiqə qazanıb. Bu, klub tarixində turnirə ilk dəfə qatılma idi. Sonrakı illərdə “Traktor” 2014 və 2015-ci illərin turnirlərinə də vəsiqə qazanıb. 2012-ci ilin iyulunda sabiq “Benfika” və

“Sevilya” baş məşqçisi Toni klubun baş məşqçisi təyin olunub və onun rəhbərliyi ilə komanda bir daha İran Pro Liqasında ikinci yeri tutub.

Oliveyra ilə klub prezidenti arasında yaşanan fikir ayrılığı nəticəsində o, vəzifəsindən azad edilib və 2013–14 mövsümündə Məcid Cəlali baş məşqçi təyin olunub. Lakin komandanın zəif nəticələri səbəbilə Cəlali də istefaya göndərilib və Toni yenidən komandaya qayıdıb. Qısa müddətdə o, komandaya Həzfi Kubokunu qazandırıb və 2015-ci il Asiya Çempionlar Liqasına vəsiqə əldə edib. Mövsüm isə “Azadi” stadionunda “Esteqlal” üzərində 3–1 hesablı qələbə ilə tamamlanıb və “Traktor” çempionatı altıncı yerdə başa vurub. Lakin 2013 və 2014-cü illərdə olduğu kimi, 2015-ci ildə də “Traktor” Asiya Çempionlar Liqasının qrup mərhələsini aşa bilməyib.

Təbrizin “Traktor” klubu tarix yazır: 9 dəqiqəyə iki qol - VİDEO

15 may 2015-ci ildə mövsümün son oyunu Təbrizdəki “Səhənd” stadionunda “Traktor” ilə “Naft Tehran” arasında baş tutub. Oyun zamanı stadionda rabitə problemi yaşandığı üçün “Traktor” rəhbərliyi səhvən “Sepahan”ın “Saypa”ya məğlub olduğunu düşünüb və bu nəticə ilə çempion olduqlarına inanıb. “Naft”la 3–3 hesablı heç-heçədən sonra çempionluğu qeyd edən komanda daha sonra “Sepahan”ın əslində 2–0 hesabı ilə qalib gəldiyini öyrənib. Beləcə, “Traktor” üçüncü dəfə – 2011–12 mövsümündə Əmir Qalenuinin, 2012–13 və 2014–15 mövsümlərində isə Toninin rəhbərliyi altında – liqanı ikinci yerdə başa vurub. “Qırmızı Qurdlar” ləqəbli komanda 2012 və 2014-cü illərdə İran Kubokunu qazansa da, liqa çempionluğu bu günədək əlçatmaz idi.

1996–97 mövsümündən etibarən “Traktor” ev oyunlarını 66,833 nəfərlik tutuma malik “Səhənd” stadionunda keçirir. Əhəmiyyətli matçlarda stadion daha çox tamaşaçı qəbul edə bilir. “Traktor” 2009–10 mövsümündə orta hesabla 57 min azarkeşlə İran futbolunda rekord göstəriciyə imza atıb.

“Traktor” azarkeşləri İran futbol klubları azarkeşləri arasında ən çılğınları sayılırlar. Traktor Klubunun prezidentinin dediklərinə görə 2010-cu ildə bu klubun 482 min rəsmi azarkeşi olub.

İranda Nəvəd adlı televiziya verilişində Traktor azarkeşlərinə “İranın ən coşqun azarkeşləri” ünvanı verildikdən sonra bu klubun azarkeşləri “Coşqunlar” ləqəbi ilə şəhərlərdə və idman dairələrində məşhurlaşdı. Tehranın İstiqlal və Persepolis futbol komandaları ilə səfər oyunlarında Tehranın 100 minlik stadionuna toplaşan azarkeşlərin ən azı yarısı “Traktor”u alqışlayır.

Klubun qələbə qazanmasından və ya məğlub olmasından asılı olmayaraq onlar sevimli komandalarını alqışlayırlar. Hətta komanda öz qapısından top buraxanda belə stadionda “Eybi yox! Eybi yox” sədaları eşidilir. “Traktor” azarkeşlərinin tez-tez səsləndirdikləri bəzi şüarlar bunlardır:

  • Yaşasın Azərbaycan!
  • Yel yatar, tufan yatar, yatmaz Tirəxtur bayrağı!
  • Azərbaycan var olsun, İstəməyən xar olsun!
  • Azərbaycan yurdumuz, Tirəxtur bozqurdumuz!
  • Türk dilində mədrəsə, Olmalıdır hər kəsə!

“Traktor” azarkeşləri həm Cənubi Azərbaycanın, həm də Azərbaycan Respublikasının problemlərini öz problemləri sayırlar. Stadionda Azərbaycanın  Qarabağ bölgəsinin və ətraf rayonların ermənilər tərəfin işğalda saxlandıldığı vaxtlarda etiraz əlaməti olaraq tez-tez “Qarabağ bizimdir, bizim olacaq” şüarı səslənirdi. Əgər komandanın keçirdiyi oyunlar Qarabağda baş vermiş soyqırım günləri ilə üst-üstə düşürsə, şəhidlərin xatirəsi şüarlarla mütləq yad edilir.

Traktor İranda özünəməxsus marş və mahnıları olan ilk futbol klubudur. 2010-cu ildə Barış Kor Qrupunun yazıb ifa etdiyi “Yaşa, yaşa Tiraxtur” mahnısı futbol klubu tərəfindən rəsmi marş kimi qəbul edilib.

Azərbaycanın “Barselonası”: Təbrizin “Traktor Sazi” klubu öz oyunlarına  necə 100 min azarkeş yığır – VİDEO | 1news.az | Xəbərlər

Klubun ən məşhur oyunçuları Kərim Baqiri, Kərrar Kasim Rəsul Xətibi ,Leonardo Pimenta, Məhəmməd Nüsrəti olub.

Komandaya 2024-cü ildən xorvatiyalı Draqan Skoçiçik baş məşqçilik edir.  Klubun prezidenti Səid Müzəffərizadədir.

“Traktor”un çempionluğu yalnız bir idman uğuru deyil, həm də Güney Azərbaycanın mədəni və milli kimliyinin təsdiqidir.

 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bərdə rayon İcra Hakimiyyəti başçısının Cəyirli kəndində səyyar qəbul-görüşü keçirilib

Next

Brüssel yenə ayağına “atəş” açdı – Azərbaycana qarşı qərəz bitmir

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv