Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Ulu Öndər Heydər Əliyev və türk dünyası

By Vüsal Rafiqoğlu
10.05.2025 4 Min Read

Bu gün-mayın 10-u Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ölkəmizlə yanaşı, bütün türk dünyasında da qeyd edilir. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, türk dünyasının böyük oğlu Heydər Əliyevin türkdilli respublikalar arasında dostluq əlaqələrinin qurulmasında əvəzsiz xidmətləri olub. Türk xalqlarının birliyinə xüsusi önəm verən Ulu Öndər milli ideallarımıza həmişə böyük hörmətlə yanaşıb. Qardas Türkiyə Cümhuriyyəti ilə münasibətlərin yeni müstəvidə qurulması üçün misilsiz xidmətlər göstərən “Biz bir millət, iki dövlətik” deyərək qardaşlığımızı bütün dünyaya bəyan edən Ümummilli Lider Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistanla da əlaqələrin inkişafında böyük rol oynayıb.

Ulu Öndərin altı min ildən çox tarixi olan, 300 milyonluq türk dünyasının birliyinin, həmrəyliyinin inkişafı, möhkəmləndirilməsi istiqamətindəki xidmətləri tarixə qızıl hərflərlə yazılıb. Ümummilli Lider Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına həmişə xüsusi diqqət yetirib. Əsrlər boyu türk xalqlarının birliyinə nail olmaq üçün tarixi şəxsiyyətlərimiz dövrün siyasi şəraitinə uyğun mübarizə aparıblar. XX əsrin əvvəllərində bu tarixi missiyanı Qazi Mustafa Kamal Atatürk, ötən əsrin sonlarından başlayaraq isə Ulu Öndər Heydər Əliyev uğurla həyata keçiriblər. Ümummilli Lider Heydər Əliyev ötən əsrin 90-cı illərində böyük bir uzaqgörənliklə Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənməsi və Qərbə doğru nəqlini təmin etməklə ölkələrimizin iqtisadi qüdrətini artırıb, beynəlxalq enerji təhlükəsizliyi məsələsində qardaş Türkiyənin gücünü durmadan artıran yeni bir güc mərkəzi yaradıb. Məhz buna görə də qardaş ölkədə Ulu Öndərin adının əbədiləşdirilməsi dahi şəxsiyyətin tarixi missiyası qarşısında türk xalqının mənəvi borcudur.

Ulu Öndər Heydər Əliyevin düşünülmüş və cəsarətli qərarları, qətiyyətli addımları və təməlini qoyduğu uğurlu xarici siyasət nəticəsində bu gün Azərbaycan-Türkiyə münasibətləri bütün dünyada bənzəri olmayan dostluq, qardaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib. Ulu Öndər 1997-ci il mayın 6-da Türkiyə Böyük Millət Məclisində çıxışında bildirmişdi ki, Türkiyə-Azərbaycan dostluğu əbədi və sarsılmazdır. Ümummilli Liderin 1999-cu il noyabrın 1-də Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görülməsi bir daha təsdiqlədi ki, Heydər Əliyevin türk dünyası qarşısındakı əvəzsiz xidmətləri qardaş, dost Türkiyədə yüksək qiymətləndirilir. Mükafatın təqdim edilməsi münasibətilə keçirilən təntənəli mərasimdə çıxış edən Ulu Öndər demişdir: “Mən bu gün böyük həyəcan içindəyəm, çünki Türkiyə dövlətinin qurucusu, böyük öndər Atatürkün adını daşıyan beynəlxalq sülh, barış mükafatına layiq görülmüşəm. Bu mükafatı mənə belə təntənəli şəraitdə-ən yüksək vəzifəli şəxslərin iştirakı ilə Türkiyə Cümhuriyyətinin başçısı, əziz dostum, qardaşım Süleyman Dəmirəl təqdim etdi. Mən həyatımda çox mükafatlar almışam. Ancaq Türkiyə Cümhuriyyətinin banisi, böyük öndər Mustafa Kamal Atatürkün adını daşıyan sülh mükafatını almaq mənim üçün böyük şərəfdir. Bu mükafat indiyə qədər aldığım mükafatların hamısından yüksək və qiymətlidir”.

Türk dünyasının birliyi naminə misilsiz xidmətlər göstərən, Azərbaycan-Türkiyə dostluğuna və qardaşlığına böyük töhfələr verən Ümummilli Liderimizin işıqlı xatirəsi qardaş ölkədə daim uca tutulur. Belə ki, 2012-ci ildə Ulu Öndərin vəfatının 9-cu ildönümü ilə əlaqədar Ankaranın Yeniməhəllə rayonunda Heydər Əliyev Parkının və Heydər Əliyev adına orta məktəbin açılış mərasimi olub.

Qürurverici haldır ki, “Əsrin müqaviləsi”nin tərkib hissəsi olan, XXI əsrin ən böyük enerji layihəsi adlandırılan, 2006-cı il iyulun 13-də Prezident İlham Əliyevin iştirakı ilə Türkiyənin Ceyhan şəhərində açılış mərasimi keçirilən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə də qardaş Türkiyə Cümhuriyyəti tərəfindən Ulu Öndər Heydər Əliyevin adı verilib. Həmçinin 2018-ci ildə İzmir şəhərinin Karşıyaka rayonunda Ümummilli Lider Heydər Əliyevin adına salınmış parkın və abidənin açılışı, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün ən çox sevdiyi və ömrünün çox hissəsini keçirdiyi bu şəhərdə dahi şəxsiyyət Heydər Əliyevin adının əbədiləşdirilməsi türk dünyasının hər iki şəxsiyyətinə verdiyi ən böyük dəyərdir.

Ulu Öndər Heydər Əliyev türk xalqlarının mədəni irsinin, ortaq dəyərlərinin yaşadılması, həmrəylik və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi yönündə türk dünyası qarşısında layiqli xidmətlər göstərmişdir. Ümummilli Lider deyirdi: “Qədim dövrlərdə “Dədə Qorqud”, “Manas”, “Alpamış”, “Koroğlu” dastanları, xalqımızın hamısına mənsub olan dahi şairlərimiz, yazıçılarımız – Nizami, Yunis İmrə, Əlişir Nəvai, Füzuli, Nəsimi, Məxtumqulu, Abay və digərləri xalqımızın tarixini, mənəvi dəyərlərini əks etdirir, xalqımızı dünyaya tanıdan ölməz əsərlər yaratmışlar”.  Ulu Öndər Heydər Əliyevin qırğız xalqının qədim folklor abidəsi olan “Manas” dastanının 1000 illiyi münasibətilə 28 avqust 1995-ci ildə Qırğızıstanda keçirilən tədbirlərdə iştirak edərkən ifadə etdiyi aşağıdakı sözlər bu dahi şəxsiyyətin ortaq türk dəyərlərinə nə qədər dərindən bələd olduğunu və həmin dəyərlərə hansı mövqedən yanaşdığını əyani surətdə göstərir. “Manas” qırğız xalqının müdrikliyinin rəmzidir. “Manas”… bütün dünya sivilizasiyasının, bəşəriyyətin dəyərli sərvətidir, türk dünyasının, türkdilli xalqların, İslam dünyasının böyük mənəvi sərvətidir. “Manas” eyni zamanda Azərbaycan xalqına məxsusdur, Azərbaycan xalqının da mənəvi-mədəni sərvətidir. “Manas” bizim hamımızın, xalqlarımızın hamısının ulu babasıdır”.

İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Zəfəri türk dünyasının birliyində yeni bir mərhələnin başlanğıcı oldu.  Bu gün türk dünyasının birliyi ölkəmizin işğaldan azad edilmiş ərazilərində geniş miqyas alan bərpa-quruculuq işlərində də özünü parlaq şəkildə büruzə verir. Qazaxıstan Prezidentinin təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin, Özbəkistan Prezidentinin təşəbbüsü ilə məktəb tikintisinin həyata keçirilməsi böyük türk dünyasının sarsılmaz birliyinin bariz nümunəsididr.

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uzaqgörən, uğurlu xarici siyasəti bu gün qardaş türk dövlətləri arasında əməkdaşlığın yüksələn xətlə inkişafına böyük töhfələr verir. Cənab İlham Əliyev 2024-cü il 7 fevralda keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra keçirilən andiçmə mərasimindəki nitqində bildirib: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır”.

Zahid Rza, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Alyona Əliyeva Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib

Next

“Mən atamın inamını doğrultdum…”- VİDEO

Xəbər lenti

  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv