Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Rektorların nazirə susqunluğu – öz məzunlarını qorumamağın səbəbi

By Vüsal Rafiqoğlu
27.05.2025 3 Min Read

Sertifikasiya imtahanlarında minlərlə kənara atılmış müəllimə diplom vermiş universitet rektorları niyə onların taleyinə laqeyd qaldı?

Son illər Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən sertifikasiya imtahanları nəticəsində minlərlə orta məktəb müəllimi işsizlər ordusuna qatılıb. Aralarında hətta 20-25 il iş stajı olan müəllimlər belə var. Bu mövzuda “Bakı-Xəbər” yazıb. Qəzet qeyd edir ki, insanlar uzun illər əmək fəaliyyətindən sonra əmək pensiyası hüququnu da itiriblər.

Məlumdur ki, həmin şəxslərin əksəriyyəti Azərbaycanın pedaqojiyönümlü universitetlərinin məzunları olub. Lakin maraqlısı odur ki, bu pedaqojiyönlü universitetlərin birinin rəhbərliyindən hər hansı reaksiya gəlmədi, onların səsi çıxmadı. Bir rektor demədi ki, məzunlarımızın 5 illik zəhmət bəhrəsi olan diplomunu bir an içində niyə bu qədər mənasız və hörmətsiz kağız parçasına döndərirsiniz.

Daha maraqlısı odur ki, bu sertifikasiya imtahanlarını tərtib edənlərin çoxu Azərbaycan universitetlərinin yox, xaricdə hansısa universitetin və ya kollecin məzunlarıdır. Yəni nəticə etibarilə burada xarici universitetlərin və ya xarici kolleclərin qarşısında Azərbaycan universitetlərinin aşağılanma prosesi də gedir.

Sertifikasiya imtahanlarında minlərlə kənara atılmış universitet müəlliminə təhsil və diplom vermiş universitet rektorları öz məzunlarının taleyinə niyə bu qədər laqeyd qaldılar?

Elçin Əfəndi 

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında deyib: “Bu, elə bir prosesdir ki, həm ağrılıdır, həm də biz məsələyə birtərəfli qaydada yanaşmamalıyıq. Yəni təhsil verənlərlə paralel təhsil alanları da düşünməliyik. Əgər kimlərsə bu gün kənarda qalırlarsa, sertifikasiya prosesindən keçmirlərsə, bir də onların təhsil verdikləri şagirdləri düşünməliyik: nə qədər şagird tam proqramda nəzərdə tutulan təhsili ala bilmir? Məsələyə belə yanaşmaq lazımdır. Ümumiyyətlə, rektorlar niyə bu məsələyə biganə yanaşır?

Rektorların əksəriyyəti dəyişib, bir çoxu dünyasını dəyişib, bəzilərinin əmək müqaviləsinə xitam verilib və s.

İndi aralarında kimlərsə sağdırsa, hələ də rektor vəzifəsindədirsə, ən azı onlar fikir bildirməli idilər. Amma nəzərə almaq lazımdır ki, bu da ümumi dövlətin müəyyən etdiyi qərar, qaydadır və proses həyata keçirilməlidir. Müasir dövrün tələblərinə cavab verən, ümumi tədris proqramını yüksək şəkildə mənimsəyən şəxslərin sırf prosesdə iştirakı nəzərdə tutulur. Bu nöqteyi-nəzərdən düşünürəm ki, əlbəttə, işsiz müəllim ordusunun formalaşması və yazılı sertifikasiyadan kəsilənlərin işsizlər ordusuna qoşulması – mən istəmərəm belə bir hal yaşansın. Amma yenə də dövlət tərəfindən müəyyən imkanlar yaradılır. Bəziləri ən azı yenə təhsil müəssisəsində hansısa istiqamətdə, auditoriyaya girməmək şərti ilə fəaliyyətə cəlb olunur. Yəni onların əlindən ümumi imkanlar alınmır.

Tutaq ki, hər hansı şəxs sertifikasiyadan kəsilibsə, növbəti ildə hazırlaşıb Müəllimlərin İşə Qəbul imtahanını versin, yenidən fəaliyyətinə başlasın. Yəni bu imkan onlara tanınır. Sertifikasiyadan kəsilmək o demək deyil ki, konkret olaraq bir daha müəllim işləyə bilməzlər. İşləmək istəsələr, yenidən imtahan verib əmək fəaliyyətlərinə başlasınlar. Dövlət müəssisəsində alınmırsa, keçsinlər özəl müəssisədə fəaliyyət göstərsinlər”.

Təhsil eksperti maraqlı təkliflə də çıxış edib: “Amma mən əlbəttə ki, onun tərəfdarıyam ki, necə ki, biz hərbidə və yaxud digər istiqamətdə pensiya məsələsinə baxırıqsa, müəllim ordusunu da hərbi ordudan fərqləndirmirəm. Onlar da demək olar ki, öz mövqelərində hansısa xidməti keçirlər. Ona görə də düşünürəm ki, ən azı təqaüd məsələsinə gəldikdə, 20 illik pedaqoji fəaliyyəti olan müəllimin əmək pensiyasına vaxtından tez çıxmasına imkan yaradılmalıdır. Buna həm Milli Məclisdə Elm və təhsil komitəsi baxmalıdır, həm Dövlət Sosial Müdafiə Fondu baxmalıdır.

Tutaq ki, hər hansı müəllimin 20 illik pedaqoji stajı var, amma onun əmək pensiyası yaşına çatmasına hələ 10 il qalıb. Onun 20 ili tamam olubsa, düşünürəm ki, ona təqaüd vermək olar. Yəni bu məsələyə baxılsa, daha məqsədəuyğun olar ki, ən azından çalışdıqları dövr ərzində aldıqları əmək haqqının heç olmasa 50 faizi qədər pensiya təyin olunsa, məncə, bu həm də sertifikasiyadan kəsilmişlərin xeyrinə həll olunmuş məsələ olar.

10-15 il əvvəlki təhsillə indiki təhsil eyni deyil. İndiki tələblər tamamilə fərqlidir. Tutaq ki, 15-20 il əvvəl auditoriyaya girən müəllimdən başqa şey tələb olunurdusa, indi fərqli şeylər soruşulur. Və yaxud 20 il əvvəl pedaqoji fəaliyyət üzrə təhsil alan şəxs hazırda müasir tələblərə cavab verə bilmir bəzi hallarda. Məsələn, müəllim kompüter texnologiyasını işlədə bilmirsə, ağıllı lövhələrlə işləyə bilmirsə, müəyyən təqdimatları Microsoft proqramı ilə hazırlaya bilmirsə və s., bu dövrün tələblərinə cavab verə bilmirsə, ortada nə qədər ziddiyyətli məqamlar görünür. Bunların hamısı nəzərə alınmalıdır ki, əvvəlki dövrün təhsili ilə indiki dövrün təhsili eyni deyil”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İrəvandan növbəti hiyləgərlik – “konstitusiyanı dəyişir” və…

Next

“Türkiyə və Rusiya Qafqazda toqquşa bilər” iddiası – rəy

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv