Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

“Yatmış şirin quyruğu” qopub, amma ağayi şir hələ də oyanmayıb…

By Vüsal Rafiqoğlu
15.06.2025 2 Min Read

Savaş qapımızda – İran və İsrailin qarşılıqlı bombardmanı soydaşlarımızı qırğına verir

İran Hayfanı, Tel-Əvivi, İsrail isə Tehranı, Təbrizi, İranın əksər şəhər və obyektlərini bombalayır.

Ara yerdə mülki əhali, o cümlədən də bizim soydaşlarımız günahsız yerə həlak olurlar.

Yaxşı ki, İranla İsrailin quru sərhədi yoxdur. Yoxsa, durum daha fəna, daha qanlı olardı. Amma hər iki tərəfin hələ bitməyən raket–bomba ehtiyatları var.

Bir də İsrailin arxasında ABŞ var, hələ heç müdaxilə etməyib. Sadəcə, prezident Tramp ara-sıra fərəhli açıqlamalar verir, İranla məzələnir…

İranın arxasında isə, apardığı yanlış və korazehin siyasət nəticəsində, heç kəs yoxdur…

Yalnız qardaşı Ermənistan var.
Amma o da yox kimidir.
Nə silah verən var, nə yardım edən, nə də “qorxma” deyən…

Bu mollaların başı yox, zehni sarıqlıdır.
Bizim azərbaycanlılar da daxil, İran xalqını qırğına verirlər.
Heç bir hazırlıqları yoxdur, hava hücumundan ən elementar müdafiə sistemləri belə yoxdur; müdafiə strategiyaları, manevr qabiliyyətləri sıfır.
İsrail təyyarələri İran səmasında cövlan edir.

Ələ salırlar Tehran rejimini, “İran açıq qapıdır” – deyirlər…

Bu işi başlayanda xalqı nə ilə və necə qoruyacağını düşünmələri gərəkirdi, zatən ağıl yox ki, düşünələr.

Xalqı qorumalı olan hərbi rəhbərlik isə heç özünü və ailəsini qoruya bilmədi.
İran Silahlı Qüvvələrinin komandanı öz yatağında, SEPAH adlı Azərbaycan düşməninin məlum komandanı iclas keçirdiyi yerdə, qərargahında (bizə barmaq silkələyirdi), digərləri də orda-burda ucuz öldülər, öldürüldülər.
O qədər heyrətamiz hadisələr yaşanır ki!

“Yatmış şirin quyruğu” qopub, amma ağayi şir hələ də oyanmayıb…

**

İsrail haqlı deyil – Təbrizi bombalayan, azərbaycanlıları öldürən bir dövlətə dəstək verməmiz mümkünsüzdü.
Məlumat verirlər ki, Təbrizin içində SEPAH-ı, strateji obyektləri vururlar. Amma istənilən halda, mənəvi paytaxtımızın bombalanması, soydaşlarımızın öldürülməsi qanıma toxunur.
*
İran rejimi odla oynamamalı idi.
Buna gücü yox ikən, savaşa girməməli idi…
Bunlarınkı hava basmaqdı, cizgi filmi çəkməkdi, bəddua etməkdi…
Bunların İsraillə “aşıq” atmağa nə potensialı var, nə də qabiliyyətləri…

**

Feys hesabımda İki video paylaşdım.

İlk videoda İran Hayfanı bombalayır, digərində isə Tehran İsrail bombalarından yanır.

Az qala eyni, oxşar görüntülər, qohum mənzərələrdir…

Savaşın, qanın, bombanın rəngi və qoxusu bir olur…

*
5 ildir davam edən bir alqoritm var: Dünyanın harasında nəsə olursa, birbaşa, ya da dolayısı ilə Azərbaycana faydalı olur.

Koronavirus da, Rusiya – Ukrayna müharibəsi də, Həmas-İsrail toqquşması (2023) da, Rusiyaya sanksiyalar, Avropanın sərhədlərini şimal qonşumuza bağlaması; Amerikada inqilab kimi prezident dəyişikliyi, Suriyada çevriliş; Afrikadan Fransanın qovulması; nəhənglərin tarif davası, Kanadada seçkilər…
Hər birində bir bəladan qurtulmuş, ya da bir fürsət yaxalamışıq…
Mənə görə belədir…

Amma indi…

Savaş qapımızda, qonşuluğumuzdadır…

Naxçıvandan baxanda, raketləri görmək və partlayışları duymaq olur…

Bu baxımdan qapımıza gələn savaşa “şans, fayda” deyə bilmirəm…

Allah Azərbaycanımızı qorusun!
Güney və Quzey Azərbaycanımızı…

Rauf Arifoğlu, Əməkdar jurnalist

Rauf ARİFOĞLU
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

XİN Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Next

8 yaşlı uşaq 8-ci mərtəbədən yıxılıb öldü

Xəbər lenti

  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv