Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Kremlin İrəvanda həbsdəki adamı hakimiyyət iddiasında

By Vüsal Rafiqoğlu
25.06.2025 4 Min Read

Samvel Karapetyan bəyanat yaydı: “Biz mübarizə aparacağıq…”

“Taşir” Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyanın Ermənistanda həbsi Avropa İttifaqına sərfəlidir. Bu fikri RT-yə müsahibəsində Qlobal Siyasət İnstitutunun baş elmi işçisi Corc Samueli deyib.

Samueli deyib ki, iş adamına qarşı ittihamlara Brüsseldə müsbət baxılır, çünki o, İrəvanla Moskva arasında sıx iqtisadi əlaqələr yaratmağa çalışır və bu, Avropa İttifaqının maraqlarına zidd idi. “Həbs açıq şəkildə Ermənistanın baş naziri Paşinyanın Avropa İttifaqına rəğbət qazandırmağa və ənənəvi müttəfiqi Rusiyadan uzaqlaşmağa yönəlmiş səylərinə uyğundur”, – ekspert bildirib.

ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Skott Ritter “Sputnik İnternational”a bildirib ki, Karapetyanın həbsi və Erməni Apostol Kilsəsinə hücumlar ölkədəki daxili siyasi münaqişənin tərkib hissəsidir.

Onun sözlərinə görə, İrəvan Avropa İttifaqının təsiri altında Rusiyadan uzaqlaşmağa çalışıb və NATO-ya üzv olmaq imkanlarını müzakirə edib.

Öz növbəsində, “Əl-Farabi” Misir Strateji və Siyasi Araşdırmalar Mərkəzinin baş katibi Muxtar Qubaşi “RİA Novosti”yə deyib ki, Karapetyan Ermənistanın ən böyük investoru kimi cəmiyyətdə ciddi çəkiyə malikdir və yəqin ki, hakimiyyəti narahat edən də budur.

Samvel Karapetyan həftəsonu bəyanat yayıb. Bəyanatda o ittihamları rədd edərək “biz məhkəmələri müstəqil edəcəyik” deyib. Azərbaycanın barəsində axtarış elan etdiyi biznesmen həbsdə xeyli günahsız gəncin olduğunu iddia edib və vəd edib ki “hüquqşünas komandası hər bir erməninin pozulmuş hüquqları uğrunda mübarizə aparmağa hazır olan müstəqil vəkilləri prosesə cəlb edəcək və bunun üçün lazım olan vəsaiti ayırmağa hazırdır. Tezliklə ədalət və ədalət bərpa olunacaq. Biz mübarizə aparacağıq. Davamı olacaq…”, – deyə müraciətdə bildirilir.

Samvel Karapetyan iyunun 18-də hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlar etmək ittihamı ilə İrəvanda iki ay müddətinə həbs edilib. Cinayət işi onun bir gün əvvəl Erməni Apostol Kilsəsinin müdafiəsi üçün açıq çıxışından sonra açılıb. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Moskva da Rusiya vətəndaşlığını daşıyan Karapetyan ətrafında vəziyyəti diqqətlə izləyir. Ekspertlərə görə, hazırda Moskva ilə İrəvan arasında müəyyən istiləşmə olduğundan, Rusiya tərəfi çox güman ki, ictimaiyyət qarşısında bu vəziyyətə ehtiyatlı reaksiya verəcək. Eyni zamanda yəqin ki, ictimai olmayan danışıqlar çərçivəsində bu mövzuya daha fəal toxunacaq.

Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini  öyrənməyə həvəsli görünürlər” Pravda.az

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, Samvel Karapetyanın həbs müddəti uzadılacaq: “Samvel Karapetyan uzun illər Rusiyada iqtisadi “qara qutu”lardan hesab olunub. Hətta bir müddət onun adı silah qaçaqmalçılığı və kriminal aləmdə bəzi erməni əsilli şəxslərin maliyyələşdirilməsi işində hallanırdı. Kreml zaman keçdikcə media vasitəsilə bu şəxsdən ağ fiqur düzəltməyə çalışdı. Onu tapşırıq əsasında Rusiyadan Ermənistana göndərdi. Amma onun fəaliyyəti və niyyətini çox güman ki, digər milyonçu Qagik Sarukyan ələ verdi. Çünki bu iki şəxs arasında uzun müddətdir ki, iqtisadi ədavət və qeyri-sağlam rəqabət mövcuddur. Karapetyanın sürətlə İrəvandakı siyasi dairələrə nüfuz etməyə çalışdı. Hətta Nikol Paşinyan əleyhinə bir sıra aksiyaları, mitinqləri təşkil etdi. Daha sonra mediada öz piarı üçün xeyli vəsait xərclədi. Bu da Ermənistandakı ABŞ və Qərb kəşfiyyatının gözündən yayınmadı. Məhz Qərb kəşfiyyatının Karapetyan haqqında dolğun dosyesinin Paşinyanın qarşısına qoyulmasından sonra onun həbsi labüdləşdi. Hətta bu işdə Karapetyana Ermənistan xüsusi xidmət orqanlarının da dəstək verdiyi iddia edildi. Ona görə də Nikol Paşinyan 7 il yol gəldiyi DTK sədrini işdən çıxardı. Bütün bunlar onu göstərir ki, Kremlin İrəvanda hakimiyyət dəyişikliyi ilə bağlı növbəti planı suya düşdü. Samvel Karapetyanın həbs müddətinin uzadılacağı istisna deyil. Hazırda Ermənistanda kəşfiyyat döyüşündə Qərbin Rusiyadan bir addım öndə olduğunu son hadisələr bir daha sübut edir”.

Əli Orucov: "Mən üzərimə böyük məsuliyyət götürdüyümün fərqindəyəm..." -  MÜSAHİBƏ

 Əli Orucov

Politoloq Əli Orucov hesab edir ki, Rusiya Ermənistanda seçki qabağı fəallaşaraq arsenalında olan bütün vasitə və alətlərdən istifadə etməkdədir: “Paşinyanın hakimiyyətdə qalması Moskva üçün müəyyən xoş olmayan ovqat yaradır və sistemli şəkildə onu öz kadrları ilə əvəzləməkdə qərarlı görünür. Ancaq problem ondadır ki, Paşinyan zəif olmasına baxmayaraq onu rusiyapərəst alternativləri-sabiq prezidentlər Köçəryan və Sərkisyan ondan qat-qat zəifdirlər. Cəmiyyətdə dayaqları yoxdur, özlərinə mənfi imic formalaşdırıblar. Ona görə Rusiya daha təsirli fiqurları meydana buraxıb. Erməni Apastol kilsəsi və rusiyalı iş adamı, “Taşir” Şirkətlər Qrupunun rəhbəri çirkli pulların dövriyyəsinə böyük qazanclar götürən Samvel Karapetyan baş plana gətirilib. Erməni Qriqoryan kilsəsi erməni xalqı və cəmiyyəti üzərində təsirə malikdir və əsrlər boyu erməni kimliyinin bir növ simvoluna, maraqlarının müdafiəçisinə çevrilib. Lakin kilsədə uzun müddət gizli saxlanılan neqativ hallar və katolikos barədə ciddi kompromatların üzə çıxması Qaregeni çıxılmaz duruma saldı və onun üzərindən qurulan proyekt iflasa uğramaqdadır. Alternativ variant kimi mafioz iş adamı təşəbbüsə yiyələnməklə Paşinyana problem yaratmaq mexanizmləri işə salındı. Göründüyü kimi, artıq o da həbsdədir.

Paşinyan gələn ilin parlament seçkilərinə daha hazırlıqlı və təhlükəsiz getməyi planladığından hər nə varsa ona qarşı bir-bir sıradan çıxarır. Təbii ki, Qərbin dəstəyini almaqla. Son dövrlər İrəvanın Moskva ilə münasibətləri də həlimləşir. Kremldən gələn basqıları və təhlükələri azaltmağa çalışır. Konfrontasiyadan qəti surətdə qaçır. Belə görünür ki, Taşurin rəhbəri sövdələşmələrin qurbanına çevrilir və onun iddialı bəyanatları əhəmiyyət kəsb etməyəcək. İndiki dönəmdə də mən zənn etmirəm ki, Kreml öz forpostunda ciddi qarşıdurmada, xaos və toqquşmalarda maraqlı olsun. Paşinyan Bakı və Ankara ilə də kompromislərdə maraqlı ola bilər. Çünki onun taleyi hər iki paytaxtın münasibətlərindən bilavasitə asılıdır. Ona görə də Paşinyan Ankaraya səfəri və verdiyi mesajlar daha çox özünü qorumaq və dəstək almaq kimi də yozula bilər. Məncə, Karapetyan mövzusu artıq qapanmış mövzu da ola bilər. Bu proseslərin gedişi ilə də özünü açıq büruzə verəcək”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Rusiya investisiyası Azərbaycan yolunda

Next

Referendum üçün gerisayım BAŞLADI

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv