Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Referendum üçün gerisayım BAŞLADI

By Vüsal Rafiqoğlu
25.06.2025 4 Min Read

“Konstitusiya və Suverenlik İli”ndə ümumxalq səsverməsi idarəetmə modelində hansı strateji dönüşü nəzərdə tutur? – hüquqşünas rəyi

“Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi hüquqi və siyasi sistemdə dərin transformasiyanın başlanğıcıdır”. “Yeni Müsavat” xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib. Azərbaycanda Konstitusiya referendumunun keçiriləcəyini bildirən ekspertin sözlərinə görə, qarşıdakı dövrdə planlaşdırılan ümumxalq səsverməsi – referendum yalnız texniki dəyişiklikləri deyil, dövlətin suverenlik anlayışı, idarəetmə modeli və ərazi-inzibati arxitekturası üzrə strateji dönüşü nəzərdə tutur.

Z.Məmmədov qeyd edib ki, referendumun əsas fəlsəfəsi Azərbaycanın postmünaqişə dövründə yeni reallıqları nəzərə alaraq milli hüquqi sistemini xarici hüquq istinadlarından təmizləmək və tam suveren normativ bazaya keçməkdir: “Azərbaycanın 1995-ci ildə qəbul olunmuş konstitusiyası sonrakı illərdə – 2002, 2009 və 2016-cı illərdə dəyişikliklərə uğrasa da, bu dəfə planlaşdırılan dəyişikliklər daha genişmiqyaslı və strateji olacaq. Bu dəyişikliklər dövlətin hüquqi sistemini müasirləşdirmək və suveren hüququ gücləndirmək məqsədi daşıyır”.

Zaur Məmmədov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Zaur Məmmədov

O bildirib ki, konstitusiyaya təklif olunan düzəlişlər 4 əsas faktora əsaslanır:

Postmünaqişə reallıqları – işğaldan azad edilən ərazilərin vahid hüquqi çərçivəyə inteqrasiyası;

Suverenlik anlayışının yenidən tərifi – beynəlxalq müqavilələrə istinadın azaldılması, milli hüququn əsas götürülməsi;

Rəqəmsal dövrün çağırışları – informasiya təhlükəsizliyi və rəqəmsal idarəetmə üçün hüquqi mexanizmlərin təkmilləşdirilməsi;

İdarəetmənin modernləşdirilməsi – Prezident və hökumət arasında səlahiyyət bölgüsünün çevikləşdirilməsi.

Onun sözlərinə görə, dəyişikliklər yalnız dövlət idarəçiliyinə deyil, ictimai konsensusa, qərarverici mərkəzlərin legitimliyinə və vətəndaşlarla dövlət arasındakı etimada da ciddi təsir göstərəcək.

Z.Məmmədov onu da deyib ki, 2025-ci ildə regional və yerli idarəetmə sistemində də köklü struktur islahatları planlaşdırılır. Onun sözlərinə görə, icra hakimiyyətləri sovet mirası kimi tarixə qovuşacaq və onların yerini koordinasiya əsaslı dövlət nümayəndəlikləri alacaq: “Bu dəyişiklik vahid hüquqi məkanın yaradılması, idarəetmədə çevikliyin təmin olunması və hesabatlılıq prinsipinin gücləndirilməsi baxımından önəmlidir”.

Politoloq vurğulayıb ki, idarəetmə mexanizmlərinin mərkəzdən vahid şəkildə koordinasiya olunması institusional səmərəliliyi artıracaq, eyni zamanda regionlarda dövlət nəzarətini gücləndirəcək. Sonda əlavə edib ki, bu dəyişikliklər dövlətin strateji inkişaf xəritəsinə uyğun həyata keçirilir və uzunmüddətli dövr üçün hüquqi-inzibati sabitlik yaradacaq.

Hazırda həm dünyada, həm regionda vəziyyət qeyri-qənaətbəxşdir. Ona görə mümkündür ki, referendum iddiaları təsdiqlənərsə, oktyabr-noyabr aylarında gerçəkləşə bilər. Ümumiyyətlə, referendum keçiriləcəyi barədə vaxtaşırı proqnozlar səslənir. Hətta dəyişikliklərdə Naxçıvanın muxtar statusunun ləğvi, deputat sayının artırılması nəzərdə tutula bilər.

Qulamhüseyn Əlibəyli: “Deputatlar korpusunda dəyişiklik vacibdir” -MÜSAHİBƏ

Qulamhüseyn Əlibəyli

“Yeni Müsavat”a danışan hüquqşünas Qulamhüseyn Əlibəyliyə görə, konstitusiyada islahatlar aparılmasına zərurət var, lakin hazırkı geosiyasi reallıqlarda hakimiyyətin referenduma gedəcəyi gözlənilmir. Q.Əlibəyli qanunvericiliyə dəyişikliyi ona görə vacib hesab etmir ki, 2025 “Konstitusiya və Suverenlik İli” elan olunub: “Azərbaycanda hər ilin bir adı olur. Sadəcə, referendumla qanunlardakı boşluqlar, bütövlükdə hüquqi məkanda olan çatışmazlıqlar aradan qaldırıla bilər. Ona görə konstitusiyaya dəyişikliklər zəruridir. Yəni düşünmürəm ki, yerli icra hakimiyyətlərinin fəaliyyəti və digər məsələlərə görə referenduma gedilməsinə ehtiyac var. Eyni zamanda Prezident Administrasiyasının iş bölgüsü aparılıb, ümumən idarəetmə modeli var, bunun üçün konstitusiyada dəyişikliyə zərurət hiss olunmur. Amma dediyim kimi, geosiyasi şəraitdə Azərbaycan hakimiyyətinin ümumxalq səsverməsinə gedəcəyini gözləmirəm”.

Q.Əlibəyli hesab edir ki, hazırda regionda həssas dönəmdir, üstəgəl, Bakının İrəvandan gözləntiləri var, belə şəraitdə Azərbaycanda referendum elan olunmayacaq: “Ermənistanla sülh müqaviləsi ilə bağlı danışıqlar gedir, düşmən ölkənin özü konstitusiyasında Azərbaycana olan təhdidləri aradan qaldırmalıdır, o səbəbdən biz ümumxalq səsverməsinə getmərik. Çünki Ermənistan regionda “yeni İsrail” rolunu oynamaqdadır və addımları ilə sülh prosesini yubadır. Gələcəkdə referendum ona görə keçirilə bilər ki, parlamentə yer sayı artırılsın, qanunvericiliyə dəyişikliklər olsun. Əgər geosiyasi gərginlik fonunda referendum keçirilərsə, xaricdəki proseslər daxilə təsir edə bilər. Ona görə indi zamanı deyil, amma Azərbaycan hüquqi məkanında olan boşluqlara, Naxçıvanın statusuna və digər amillərə görə gələcəkdə konstitusiyaya dəyişikliklər zəruridir”.

Sözcü - Xəzər Teyyublu: Müstəqil Həmkarlar Birliyinin qaynar xətti yaradıldı

Xəzər Teyyublu

Hüquq müdafiəçisi Xəzər Teyyublu payızda referendum keçirilməsini regiondakı proseslərin inkişafından asılı sayır. Onun fikrincə, şimal və cənub qonşularımızda münaqişələr, hərbi eskalasiyalar səngimək bilmir: “Həmçinin Ermənistanın bölgədəki destruktiv hərəkətləri, Avropa İttifaqının “casus şəbəkəsi”ni sərhədimizə yerləşdirməsi, sülh prosesi ilə bağlı Bakının iki məlum tələbini yerinə yetirməməsi referendum planlarını təxirə sala bilər. Çünki dünyada baş verən hadisələr Azərbaycana bu və ya digər şəkildə təsir edir. Dövlət addımlarını sağlam atmağa çalışır və hər hansı gərginliyin içəri sirayət etməməsi üçün ehtiyatını möhkəm tutur. Sözsüz ki, konstitusiyaya dəyişikliklər mümkündür, amma bunun davamı kimi növbədənkənar parlament seçkiləri keçirilməlidir, Naxçıvanın muxtar statusuna baxılmalıdır. Əgər Zəngəzur dəhlizi reallaşmayıbsa, muxtar respublika bu statusunu hələlik itirə bilməz. Ona görə qeyri-müəyyənlik çoxdur və Azərbaycan dövlətindən də asılı deyil. Gərək Ermənistan real addımlara ata ki, bunun məntiqi nəticəsi kimi biz də postmünaqişə dönəmində idarəçilik modelində yeni addımlar ataq. Təbii ki, bir çox qanunlar dəyişə, təkmilləşə, işlək vəziyyətə gətirilə bilər, amma referendumun nəhəng proses olduğunu nəzərə almalıyıq”.

Müstəqil Azərbaycanın ilk Konstitusiyası 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. 2002, 2009 və 2016-ci illərdə ümumxalq referendum yolu ilə Konstitusiyaya dəyişiklik və əlavələr edilib.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Kremlin İrəvanda həbsdəki adamı hakimiyyət iddiasında

Next

Yenə sülh sənədi əvəzinə “Sülh kəsişməsi”

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv