Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Taksi xidmətində yenilik – udan kim olacaq?

By Vüsal Rafiqoğlu
23.07.2025 3 Min Read

Bakıda və ölkə üzrə fəaliyyət göstərən on minlərlə taksi sürücüsünü əhatə edən yeni qayda gündəmdədir. SİMA-nın üztanıma texnologiyası artıq “Bolt”, “Uber” və “Yango” kimi populyar taksi tətbiqlərinə inteqrasiya olunur. Məqsəd – qeyri-qanuni sürücülərin xətdən çıxarılması və sərnişinlərin təhlükəsizliyinin artırılmasıdır.

Milli.Az-ın əldə etdiyi məlumata görə, bundan sonra taksi sürücüləri gün ərzində təsadüfi aralıqlarla rəqəmsal şəkildə yoxlanacaq. Yəni avtomobili idarə edən şəxsin həqiqətən də sistemdə qeydiyyatda olan sürücü olduğu üztanıma texnologiyası ilə təsdiqlənməlidir. Əks halda, sürücünün xətti avtomatik bağlanacaq və o, sifariş qəbul edə bilməyəcək.

Əlbəttə, yeni qayda sürücülər üçün müəyyən narahatlıqlar yaradacaq. Gün ərzində dəfələrlə təsadüfi yoxlamalarla üzləşmək, hər dəfə telefonu əlinə alıb üztanıma prosesindən keçmək əlavə vaxt və enerji tələb edəcək. Bəzi sürücülər buna etiraz edə və ya işini yarımçıq qoymaq məcburiyyətində qala bilər.

Xüsusilə avtomobilini başqasına icarəyə verib işlədənlər və ya öz əvəzinə başqa sürücünü yola çıxaranlar üçün bu sistem ciddi problem yaradacaq. Çünki onların qazanc modeli artıq pozulacaq.

Yeni qayda xidmətin keyfiyyətinə ümumilikdə müsbət təsir göstərə bilər. Çünki sərnişinlər daha etibarlı və tanınan sürücülərlə yol gedəcək, sürücülər də məsuliyyətli davranmağa məcbur olacaq.

Amma əgər bu qayda çox sərt tətbiq edilərsə, bəzi sürücülər işdən çəkilə bilər və nəticədə taksi çatışmazlığı, qiymət artımı kimi mənfi nəticələr də yarana bilər. Platformalar bu riski nəzərə almalı və keçid dövründə sürücülərlə dialoq qurmalıdır.

Bu dəyişiklikdən ən çox qazanan tərəf sərnişinlər olacaq. Çünki daha təhlükəsiz, daha etibarlı və şəffaf xidmət alacaqlar. Platformalar da reputasiyasını qoruyacaq, qanunsuz fəaliyyətlərə qarşı mübarizə aparacaq. Sürücülər üçünsə bu həm yeni məsuliyyət, həm də müəyyən çətinlik deməkdir. Qanuni işləyənlər üçün isə əksinə, bazarda rəqabət şəraitinin təmizlənməsi və daha çox qazanc imkanı yarana bilər.

Rauf Ağamirzəyev: “Azərbaycan və Qazaxıstan Orta...

Rauf Ağamirzəyev

Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, yeni tələblər gözəl haldır, amma cəmiyyət özü də aktiv olmalıdır. Onun sözlərinə görə, insanlar qarşılaşdığı mənfi hallar barədə dövlət orqanına məlumat verməli və keyfiyyətin artırılmasına özləri də maraqlı olmalıdır: “Əgər sifariş etdiyiniz zaman tətbiqdə görünən avtomobil ünvana gələnlə eyni deyilsə, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sosial media hesablarına, qaynar xəttinə məlumat ötürülməlidir. Dövlət orqanı isə mütəmadi olaraq monitorinq etməli və öz öhdəsinə düşən işi görməlidir. Bu məsələdə cəmiyyət də aktiv olmalıdır ki, keyfiyyətin artırılmasına daha tez nail olaq. Bir il ərzində avtoparkda xeyli dəyişikliklər baş verib. Məsələn, əgər əvvəl taksi parkında 15 yaşa qədər olan avtomobillərin sayı 62 faiz idisə, islahatdan sonra bir il ərzində 5 yaşlı avtomobillərin sayı 67 faizə qalxıb. Parkda 5 yaşa qədər olan avtomobillərin 62 faizi ağ rəngdədir. Bu isə göz kirliliyinin qarşısını alır. Düşünürəm ki, bu növ yeniliklər kimi SİMA-nın üztanıma texnologiyası da neqativ halların qarşısını almağa kömək edəcək. Əvvəldə dediyim kimi, bu məsələdə əsas olan cəmiyyətin aktivliyidir. Həmçinin AYNA-nın qaynar xətt xidmətinin 7/24 rejiminə keçirilməsinə  də ehtiyac var”.

Ekspert deyir ki, üztanıma texnologiyası şəffaflığı təmin edəcək: “Dünyanın hər yerində sərnişin və yük daşıyan sürücülərə kriteriyalar sərt qoyulur. Çünki sürücülük sahəsi ağır və stressli sahədir. Ümumiyyətlə, dünyada bu növ peşələr daha çox böyük maaş ödəyən və qazanc verən sahələr sayılır. Bizdə isə təəssüflər olsun ki, sürücülük peşəsinə fikir birmənalı deyil. Hər iş tapa bilməyən adam sürücülüyə üz tutur. Bu yanaşmanı dəyişmək lazımdır. Belə qayda və qərarlar bu peşənin çəkisini və ehtiyacı artırır. Son 3 ildə yükdaşıyan sürücülərin sayı 3 dəfə artıb, 3 mindən 13 minə qalxıb.

Sərnişindaşımada da peşəkar avtobus sürücülərinə ehtiyac var. Bu ehtiyac bir az da artacaq. Digər tərəfdən, taksi sahəsində olan islahatlar da onu göstərir ki, peşəkarlığa hər zaman ehtiyac var. Dünyada da sərnişindaşımada sürücü qıtlığı var. Bu halla Qazaxıstanda, Rusiyada da qarşılaşırlar. Hər ölkə daha peşəkar sürücü axtarışındadır. Bir neçə il bundan öncə bizim sürücülər Polşaya və digər Avropa ölkələrinə axın edirdi. Düşünürəm ki, sertifikatlaşma və tələbləri qoyduqdan sonra bu, gələcək üçün sürücü kadr bazasını formalaşdıracaq”.

R.Ağamirzəyev deyir ki, Azərbaycanda yaxın illərdə ictimai nəqliyyatın keyfiyyətinin artırılması istiqamətində qərarlar qəbul ediləcək: “Avtopark dəyişdikcə peşəkar sürücülərə ehtiyac olacaq. O zaman təcrübə toplamış sürücülər digər rayonlarımızda da fəaliyyət göstərə biləcəklər. Yaxın illərdə bu sahədə inkişafın olacağı regionlardan biri də Gəncə və Naxçıvandır. Digər rayonlarda da ard-arda bu növ sürücülərə ehtiyac duyulacaq.

Biz rəsmi qeydiyyatda olan daşıyıcıya etibar etməliyik. Belə olduğu halda hansısa problemlə üzləşəndə onun həllinə daha operativ nail olmaq mümkün olacaq”.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat” 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Sevgi niyə sönür: Cütlüklərin tükənməsinin 2 əsas səbəbi

Next

Zakir Həsənov Türkiyədə Haluk Görgünlə görüşdü – FOTOLAR

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv