Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Vergi verənlərin diqqətinə: bu tarixdən azadsınız, amma…

By Vüsal Rafiqoğlu
01.08.2025 3 Min Read

Vüqar Bayramov: “Hansı yanaşmaya üstünlük veriləcəyi bu ilin payız sessiyasında məlum olacaq”

Bu ilin sonunda əməkhaqlarına tətbiq edilən vergi güzəştlərinin müddəti uzadılmasa, gəlir vergisinin hesablanması dövlət sektorunda tətbiq olunan qaydalarla aparılacaq. Bu mövzunu “Bakı-Xəbər” aktuallaşdırıb.

Məlumdur ki, hazırda özəl sektorda işçilərin əməkhaqqı üzrə 8 000 manata qədər olan hissə gəlir vergisindən tam azaddır. “Yeni Müsavat” isə qeyd edir ki, 2026-cı ilin yanvar ayından etibarən Azərbaycanda gəlir vergisi üzrə tətbiq edilən güzəştlərin müddəti başa çatır. Bu, 2019-cu ildən qüvvədə olan yeddi illik güzəşt dövrünün sonu deməkdir. Hazırda əməkhaqqı 8000 manata qədər olan şəxslər gəlir vergisindən azaddır, yalnız 8000 manatdan yuxarı hissədən 14% vergi tutulur. Əgər güzəşt müddəti uzadılmasa, 2026-cı ildən etibarən maaşın 2500 manatadək hissəsindən 14%, 2500 manatdan yuxarı hissəsindən isə 25% gəlir vergisi tutulması nəzərdə tutulur.

Bildirildiyi kimi, 8000 manat əməkhaqqı alan gəlir vergisindən azaddır. Həmçinin minimum əməkhaqqı üzrə 500-600 manat alan da gəlir vergisindən azaddır. Bu isə sosial ədalət prinsipi baxımından uyğunsuzluqdur. Ekspertlər hesab edir ki, daha çox əməkhaqqı alan şəxs gəlir vergisinə cəlb olunmalıdır. Onların fikrincə, aşağı əməkhaqqı alanlar gəlir vergisindən azad edilməlidir.

Maraqlıdır, məlum məsələ necə həll olunmalıdır ki, sosial ədalət pozulmasın?

Onu da deyək ki, dövlət büdcəsinin əsas hissəsini neft gəliri ilə doldururuq. Belə olan halda əhalinin aldığı əməkhaqqından yüksək gəlir vergisi tutulmamalıdır…

Vüqar Bayramov: Ukrayna MDB-də Azərbaycanın ikinci ən böyük ticarət  tərəfdaşıdır - AZƏRTAC

Vüqar Bayramov

Milli Məclisin deputatı Vüqar Bayramov mövzu ilə bağlı açıqlamasında bildirdi ki, payız sessiyasında vergi güzəştlərinin müddətinin uzadılması ilə bağlı məsələyə dair hökumət tərəfindən təqdim olunacaq layihə barədə daha ətraflı məlumat əldə olunacaq: “Ümumilikdə təklifimiz ondan ibarətdir ki, vergi güzəştlərində kəmiyyət yanaşmasından keyfiyyət yanaşmasına keçid təmin edilsin. Xüsusilə inkişaf etmiş ölkələrdə olduğu kimi, gəlir vergisi üzrə güzəştlərin istehlak göstəricilərinə əsaslanaraq tətbiq olunması məqsədəuyğundur. Yəni vətəndaş nə qədər çox rəsmi istehlak həyata keçirirsə və bu xərcləri plastik kart vasitəsilə rəsmiləşdirirsə, bir o qədər çox güzəşt əldə etməlidir. Hazırda mövcud məlumat bazaları bu modelin tətbiqinə real imkan yaradır. Bu səbəbdən hesab edirik ki, vergi güzəştləri yalnız regional və ya kəmiyyət əsaslı deyil, fərdi istehlak davranışı və şəffaf iqtisadi aktivlik əsasında tətbiq edilməlidir. Bu, vergi siyasətində daha ədalətli və səmərəli nəticələrə gətirib çıxara bilər.

Xüsusilə də nəzərə alsaq ki, istehlak real sektorun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Məsələn, ABŞ-da inkişafı göstərən əsas indikatorlardan biri istehlak səviyyəsidir. Çünki istehlak real sektor üçün əsas mənbədir. Bu səbəbdən gəlir vergisi daxil olmaqla, keyfiyyət meyarlarının tətbiqi həm də istehlakın stimullaşdırılmasına gətirib çıxara bilər. İstehlakın təşviqi isə real sektorun inkişafı baxımından vacibdir. Amma bütövlükdə hansı yanaşmaya üstünlük veriləcəyi bu ilin payız sessiyasında məlum olacaq”.

Sahibkarlara dəymiş zərərin müəyyənləşdirilməsi (Mahmud Abasquliyev) -  ARB24 (Gündəm)

Mahmud Abasquliyev 

Vergi üzrə ekspert Mahmud Abasquliyev “Kaspi” qəzetinə açıqlamasında bildirib ki, əgər güzəştin müddəti uzadılmasa, gəlir vergisinin hesablanması dövlət sektorunda tətbiq olunan qaydalarla aparılacaq: “Hazırda özəl sektorda işçilərin əməkhaqqı üzrə 8 000 manata qədər olan hissə gəlir vergisindən tam azaddır. Yalnız sosial sığorta (200 manatın 3%-i, yuxarısının 10%-i), icbari tibbi sığorta (2%) və işsizlik sığortası (0.5%) tutulur. Müəssisə tərəfindən isə eyni ödənişlər müvafiq nisbətlərdə həyata keçirilir. Dövlət sektorunda isə vəziyyət fərqlidir: 200 manatlıq güzəşt çıxıldıqdan sonra qalan məbləğdən 14% gəlir vergisi tutulur. Bundan əlavə, əməkhaqqının 3%-i sosial sığorta, 2%-i icbari tibbi sığorta və 0.5%-i işsizlik sığortası kimi tutulmalar da işçinin maaşından çıxılır. Əgər mövcud güzəştin müddəti başa çatsa və uzadılmasa, 2026-cı ildən etibarən özəl sektor üçün də bu qaydalar keçərli olacaq. Gəlir vergisi 200 manatlıq azadolmadan sonra 14% olaraq hesablanacaq. Bu gün 1000 manat maaş alan bir işçi, gəlir vergisi əvvəlki qaydada bərpa olunarsa, artıq həmin məbləği tam şəkildə ala bilməyəcək. Bu səbəbdən də işəgötürənlərin əməkhaqlarını müvafiq şəkildə artırması vacib olacaq ki, işçi əvvəlki səviyyədə məvacibini əldə edə bilsin. Əks halda, əmək bazarında narazılıqlar və təklif-tələb balansında pozuntular yarana bilər”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Avqust ayında bürcləri NƏLƏR GÖZLƏYİR?

Next

Erməninin sonrakı ağlı…

Xəbər lenti

  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026
  • Quru Qoşunlarında əməliyyat təlimi keçirilir 08.07.2026
  • Şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA 08.07.2026
  • Ləbxanə, Osandıq, Samovar… – Azərbaycanlılar uşaqlara niyə belə adlar qoyur? 08.07.2026
  • Prezidentdən bu şəxslərlə bağlı SƏRƏNCAM – Rütbələr verildi 08.07.2026
  • YAP-da qəfil DƏYİŞİKLİKLƏR – Nə baş verir? 08.07.2026
  • SON DƏQİQƏ! YAP-ın təşkilat sədri saxlanıldı 08.07.2026
  • Zakir Həsənov komandanları təltif etdi – FOTO 08.07.2026
  • Prezident Şuşa şəhəri haqqında qanunda dəyişiklik etdi 08.07.2026
  • Xarici işlər nazirinin iki müavininə səfir rütbəsi verilib 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv