Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

Repetitor hazırlıqlarına tələbat artdı – “Bəzi direktorlar müəllimlərdən faiz alır”

By Vüsal Rafiqoğlu
06.08.2025 2 Min Read

Yeni tədris ili başlamamış repetitor hazırlıqlarına ciddi tələbat müşahidə olunur. Şagirdlər valideynlərinin müşayiəti ilə fərdi hazırlıq dərslərinə yazılır, hazırlıq mərkəzlərində isə yerlər sürətlə dolur.

Təxmini hesablamalara görə, bir şagirdin yalnız bir fənn üzrə aylıq repetitor xərci 80 manat civarındadır. Əgər bu fənlərin sayı 5-6 arasında dəyişərsə, aylıq ümumi xərc 400-500 manat arasında dəyişir. Bu isə illik miqyasda bir ailə üçün minlərlə manatlıq xərc deməkdir. Bəzi hallarda repetitor dərslərini keçən müəllimlər elə həmin şagirdlərin məktəb müəllimləri olur.

Bəs bu qədər böyük maliyyə yükünə səbəb nədir? Niyə şagirdlər məktəbdə aldıqları təhsillə imtahanlara hazırlaşa bilmir?

Bu suallara təhsil üzrə ekspert Ramin Nurəliyev Musavat.com-a açıqlamasında aydınlıq gətirib.

RAMİN.jpg (72 KB)

Ekspert bildirib ki, repetitorluq qanuni fəaliyyətdir və əgər müəllim vergisini ödəyir, VÖEN açdıraraq fərdi sahibkar kimi fəaliyyət göstərirsə, bu zaman qanun pozuntusundan söhbət gedə bilməz:

“Bu praktikaya dünyanın bir çox ölkələrində, o cümlədən Türkiyədə də rast gəlinir”.

Ramin Nurəliyev təhsil proqramları ilə Dövlət İmtahan Mərkəzinin (DİM) sualları arasında ciddi uyğunsuzluğun olmadığını deyib. Onun sözlərinə görə, DİM-in imtahan sualları 5-11-ci siniflər üzrə proqramı əhatə edir.

“Lakin bu proqram siniflər üzrə parçalandığı üçün 10-cu sinifdə ali təhsil imtahanlarına hazırlaşan şagirdlər əvvəlki illərin mövzularını ya xatırlamır, ya da dərindən təkrar edə bilmirlər. Şagird 5-ci sinifdən 9-cu sinifədək keçilən fənləri 10 və 11-ci sinifdə yenidən öyrənməyə məcbur olur. Bu zaman vaxt azlığı və yük səbəbindən valideynlər övladlarını repetitor yanına aparırlar”, – deyə ekspert qeyd edib.

Təklif olaraq o, ali məktəblərə qəbul imtahanlarının mərhələlərə bölünməsini irəli sürüb:

“İmtahan sistemi ibtidai təhsil, orta ümumtəhsil və ali məktəbə hazırlıq mərhələləri üzrə təşkil olunsa, şagirdlər yalnız müvafiq proqram üzrə imtahan verərlər. Bu zaman əlavə hazırlıq zərurəti azalacaq”.

Ramin Nurəliyev bəzi hallarda məktəb müəllimlərinin şagirdləri məktəbdə hazırlıq üçün cəlb etdiyini bildirib. Onun sözlərinə görə, müəllim eyni zamanda həm məktəbdə, həm də repetitor kimi fəaliyyət göstərirsə və məktəbdə tədris planını yerinə yetirməyərək şagirdləri öz fərdi hazırlıqlarına yönəldirsə, bu, qanunsuzluqdur:

“Belə müəllimlər haqqında tədbir görülməli, onlar məktəbdən uzaqlaşdırılmalıdır. Təəssüf ki, bəzi məktəb direktorları bu prosesə göz yummaqla kifayətlənmir, hətta müəllimlərdən faiz alırlar. Bəzi hallarda məktəb otaqları müəllimlərə icarəyə verilir. Bu, artıq ciddi qanun pozuntusudur”.

Ekspert bildirib ki, müəllim yalnız əmək saatlarından kənarda və məktəbdən kənar mühitdə fərdi hazırlıqla məşğul ola bilər:

“Məktəbin inzibati binasında repetitorluq fəaliyyəti göstərmək qadağandır və həm direktor, həm də həmin müəllimlərə qarşı inzibati tədbirlər görülməlidir”.

Mənzər Novruzlu
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İlham Əliyev Yamaykanın Baş nazirini təbrik etdi

Next

Xəzərdəki Qərb şirkətlərinə zərbə hazırlığı

Xəbər lenti

  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026
  • Quru Qoşunlarında əməliyyat təlimi keçirilir 08.07.2026
  • Şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv