Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Azərbaycanı gözləyən ən böyük təhlükə – problem necə çözməli…

By Vüsal Rafiqoğlu
07.08.2025 4 Min Read

İyulun ortalarından etibarən Azərbaycanda hər il təkrarlanan təhlükəli proses başlayıb: temperatur yüksəlir, yağıntılar azalır və nəticədə su ehtiyatları sürətlə azalır. Avqust ayı isə həm istilərin, həm də su qıtlığının ən pik mərhələsi olur. Son iki ildə yaz və yay aylarında yağan yağışlar problemi müvəqqəti yumşaltsa da, köklü və davamlı həll hələ də tapılmayıb.

Ona görə də artıq Bakı və digər iri şəhərlərdə suyun saatla verilməsi adi hala çevrilib. Aran və bir sıra dağətəyi rayonlarda, Qobustan, Biləsuvar, Neftçala, Saatlı kimi bölgələrdə kəndlər bəzən günlərlə susuz qalır. Dağlıq ərazilərdə, məsələn Yardımlı, Cəlilabad, Lerik kimi rayonlarda da içməli suya çıxış çox məhduddur.

BMT-nin təsnifatına görə, bir nəfərə düşən illik su miqdarı 1700 kubmetrdən az olan ölkələr su qıtlığı yaşayır. Azərbaycanda bu göstərici 1200 kubmetrdən aşağıdır.

1980-ci illərdə Azərbaycanın bərpa olunan şirin su ehtiyatları 30,9 milyard kubmetr idisə, bu gün bu göstərici 26 milyard kubmetrə enib. Bu ehtiyatların 13,2 milyard kubmetri transsərhəd çayların, 8,4 milyard kubmetri yeraltı suların, 4,6 milyard kubmetri isə yerli çayların payına düşür.

Ölkədə 8359 çay olsa da, onların əksəriyyəti azsulu və kiçikdir. Quraqlıq illərində transsərhəd suların həcmi daha da azalır və yayda artan tələbatla birlikdə böhran dərinləşir. Bu artıq təkcə ekoloji deyil, həm də milli təhlükəsizlik məsələsidir. AMEA-nın hesablamalarına görə, ölkənin su balansı 34–35 kubkilometr təşkil edir ki, bunun da 72%-i ölkə hüdudlarından kənarda formalaşır. İsti və quraqlıq dövrlərdə bu göstərici hətta 23 kubkilometrə qədər enir. Hər il 3–4 milyard kubmetr keyfiyyətli içməli və suvarma suyu itirilir.

Kür çayı ölkənin “həyat damarı” sayılsa da, səviyyəsi rekord həddə düşüb. Hazırda Kür çayının azalmasının səbəblərini bir neçə yerə ayırmaq olar. Ən başlıca amil Kür çayının transsərhəd çay olmasıdır. Bu da onu göstərir ki, xarici ölkələrin ərazisində, xüsusilə, Türkiyə, Gürcüstan, Ermənistanda Kür və onun qollarından çoxlu miqdarda su götürülür.

İkinci səbəb isə Azərbaycanda suya olan tələbatın dəfələrlə artması, nəzərdə tutulmayan su israfıdır. Əkilən və suvarılan torpaqların sahəsi təxminən 2 milyon hektar civarındadır. Nəzərə alaq ki, 2010-cu ildə Azərbaycanda yalnız 1 milyon hektar ərazi suvarılırdı. Bu, təbii ki, suya olan tələbatın artmasına, Kürdə suyun azalmasına səbəb olur.

Təkcə Kür və Araz deyil, həm də Qusarçay, Qudyalçay, Tərtərçay, Həkəri və Kiş çayı kimi mənbələrdə də suyun səviyyəsi xeyli azalıb. İqlim dəyişikliyi, meşələrin qırılması, çay yataqlarında qanunsuz bəndlərin tikilməsi, suyun qeyri-qanuni yönləndirilməsi və idarəetmədəki səhlənkarlıq bu tənəzzülün əsas səbəbləridir.

Mütəxəssislər bildirirlər ki, problemin həlli təkcə suyun bahalaşdırılması və ya cərimələrlə mümkün deyil, həyata keçirilməli əsas tədbirlər var. Onlar isə bunlardır:

-Dağ və yarımsəhra zonalarında kiçik və orta həcmli su anbarlarının yaradılması;

– Çayların mühafizəsi və qanunsuz bəndlərin, qum-çınqıl hasilatının qarşısının alınması;

-Köhnəlmiş su kəmərlərinin yenilənməsi və itkilərin minimuma endirilməsi;

-Müasir damcı və digər suvarma sistemlərinin genişləndirilməsi;

-Artıq su ehtiyatı olan rayonlardan çatışmayan bölgələrə ötürmə sistemlərinin qurulması;

-Təmizlənmiş tullantı sularının qeyri-içməli məqsədlərə yönləndirilməsi;

-Kür və Arazın idarəsində transsərhəd əməkdaşlığın gücləndirilməsi;

-Elmi və innovativ texnologiyaların tətbiqi.

Eyni zamanda, paytaxt ətrafında kifayət qədər yeraltı su ehtiyatı mövcuddur. Lakin bu suların əksəriyyəti Xəzərə axır. Onların istifadəsi həm iqtisadi baxımdan səmərəlidir, həm də dəniz suyunun duzsuzlaşdırılmasından daha sərfəlidir. Bununla yanaşı, duzsuzlaşdırma texnologiyası da perspektivlidir. İsrail təcrübəsində olduğu kimi, Xəzər suyunun kimyəvi və mexaniki təmizlənməsi texniki məqsədlərlə istifadə oluna bilər.

Su böhranı Azərbaycanın qarşısında enerji təhlükəsizliyi qədər, bəlkə də daha ciddi bir problemdir. Əgər bu gün elmi əsaslı və kompleks tədbirlər görülməzsə, yaxın illərdə ölkə daha ağır ekoloji və sosial-iqtisadi fəsadlarla üz-üzə qalacaq. Bu məsələ yalnız dövlətin deyil, hər bir vətəndaşın, icmanın və bütövlükdə cəmiyyətin məsuliyyətidir.

Su təkcə təbii sərvət deyil, həm də milli varlığın və strateji gələcəyin təminatıdır. Ümumdünya Resurslar İnstitutunun məlumatına görə, 36 ölkə artıq yüksək su stressi şəraitində yaşayır və bu o deməkdir ki, suya olan tələbat mövcud ehtiyatları aşır. Dünya əhalisinin sürətli artımı isə bu məhdud resurslara təzyiqi daha da artırır. İqlim dəyişiklikləri bəzi regionlarda ekstremal nəticələr doğurur, bir bölgəyə çoxlu yağış düşür, digəri isə daha da quraqlığa məruz qalır.

BMT-nin hesabatlarında su çatışmazlığının mümkün həll yolları sırasında bəndlər və anbarların yaradılması, yağış sularının toplanması, effektiv su kəmərləri, duzsuzlaşdırma qurğuları, təkrar istifadənin genişləndirilməsi və suyun qənaətli istifadəsi xüsusi yer tutur. Baham adaları, Malta və Maldiv kimi ölkələr bütün su ehtiyaclarını duzsuzlaşdırma ilə qarşılayır. Səudiyyə Ərəbistanı isə 34 milyonluq əhalisinin içməli su ehtiyacının təxminən 50%-ni bu üsulla təmin edir. BMT-nin Ətraf Mühit Proqramı (UNEP) bu modelləri yeni çağırışlara cavab olaraq təqdim edir.

Samir Əsədli – VHP Mərkəzi İcra Aparatının rəhbəri,
Xüsusi olaraq Musavat-com üçün

 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Restoranlarda “kefimiz belə istəyir” haqq-hesabı – fantastik qiymətlərin səbəbi

Next

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-a işgüzar səfərə gedib FOTO

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv