Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Restoranlarda “kefimiz belə istəyir” haqq-hesabı – fantastik qiymətlərin səbəbi

By Vüsal Rafiqoğlu
07.08.2025 3 Min Read

Son günlər sosial şəbəkələrdə bir sıra restoran və kafelərin ödəniş qəbzlərinin paylaşılması ictimai qəzəbə səbəb olub. Hər kəsi heyrətə salan məbləğlər müzakirə mövzusuna çevrilib: iki nəfərlik adi bir yemək 124 manata, dörd nəfərlik sadə süfrə 600 manata, altı nəfərlik isə ziyafət isə 1300 manata başa gəlib.

Bundan başqa, sadə suya onqat artıq qiymət yazılıb, maşınların parklanması üçün isə dünyanın heç bir ölkəsində rast gəlinməyən “xidmət haqqı” tutulub. Bəzi obyektlərdə menyuda göstərilməyən fantastik xidmət xərcləri də hesabın üzərinə əlavə edilir. İaşə sektorunda “kefimiz belə istəyir” devizi sanki qanuna çevrilib.

İstehlakçı hüquqları üzrə ekspert Eyyub Hüseynov Musavat.com-a açıqlamasında bildirib ki, qanunvericilik iaşə obyektlərinin qiymət siyasətinə müdaxilə etmir, lakin şəffaflıq tələb edir: “Qanun açıq şəkildə deyir ki, bütün qiymətlər menyuda əvvəlcədən göstərilməlidir və hesab yalnız həmin qiymətlər əsasında hazırlanmalıdır. Əgər menyuda suyun qiyməti 1 manat yazılıbsa, sizdən 10 manat istəyə bilməzlər. Bu, birbaşa fırıldaq və istehlakçı hüquqlarının pozulmasıdır. Təəssüf ki, çox hallarda qiymətlər menyuda göstərilmir və ya kiçik şriftlə yazılaraq aldatma yolu seçilir”.

Eyyub Hüseynov koronavirusa yoluxdu | Modern.az

 Eyyub Hüseynov

Onun sözlərinə görə, Azərbaycanda qiymətlərin tənzimlənməsi mexanizmi yalnız dövlət xidmətləri və strateji mallara tətbiq olunur:  “Restoran sahibi yeməyə istədiyi qiyməti yaza bilər, amma müştəriyə bu qiyməti əvvəlcədən açıqlamalıdır. Əks halda, bu, qanun pozuntusudur və cərimə tətbiq olunmalıdır. Lakin bizdə bu nəzarət çox zəifdir, sahibkarlar da bundan sui-istifadə edirlər”.

Ekspert xəbərdarlıq edir ki, bu cür şişirdilmiş qiymətlər təkcə yerli müştərini deyil, ölkənin turizm imicini də zədələyir: “Bu gün Bakıya və bölgələrə gələn turistlər arasında belə şikayətlər çoxdur. İnsan adi bir restoranda nahara 200-300 manat ödədikdə, növbəti dəfə başqa ölkəni seçir. Bu, Azərbaycanın turizm sektoruna birbaşa zərbədir. Biz qiymət siyasətinə nəzarət etməsək, turistləri itirəcəyik”.

E.Hüseynov deyir ki, istehlakçı hüquqlarının pozulması hallarına tez-tez rast gəlinir: “Əgər restoranda üzü dənizə tərəf olan süfrədə əyləşmisənsə, 20 manat da əlavə ödəniş etməlisən. “Facecontrol” (üz tanıma) zamanı üzün xoşlarına gəlmirsə, yaxud da qadınla gəlməmisən deyə içəri buraxmırlar. Biz bu kimi məsələləri dövlət orqanları qarşısında qaldıranda deyirlər ki, onların öz ərazisidir və özləri bilər.

İstehlakçı hüquqlarını qoruyan təşkilat illərlə İqtisadiyyat Nazirliyinin tabeliyində olub və deformasiyaya uğrayıb. İstehlakçı hüquqlarını qoruyan təşkilat İqtisadiyyat Nazirliyinin tərkibində ola bilməzdi. Ölkədə istehlakçı siyasəti bərbad gündədir. 1995-ci ildə qəbul olunmuş “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda 5 dəfə dəyişiklik edilib. Bu dəyişikliklər istehlakçıların zərərinə olub.

Bu il martın 2-də ombudsmanın illik hesabatı parlamentdə dinlənildi. 101 səhifəlik məlumatda bir dəfə də istehlakçı adı çəkilmədi. Mən bu barədə kəskin çıxış etdim. Azərbaycanda istehlakçı hüquqlarını insan hüquqlarının tərkib hissəsi kimi qəbul etmirlər. Belə bir şəraitdə, əlbəttə, özbaşınalıq olacaq və heç kəsin restoranlarda qanuni qiymət formalaşmasına müdaxilə etmək imkanı olmayacaq. Bu məsələ Azərbaycanda turizmin inkişafına birbaşa mənfi təsir göstərir. Hökumət biznes qurumlarının ərköyünlüyünə son qoymalıdır, onları məsuliyyətli fəaliyyətə təhrik etməlidir”.

Birlik sədrinin sözlərinə görə, məsələ ilə bağlı turistlərdən şikayətlər də daxil olub: “Amerikadan gəlmiş turist ona çay dəstgahının 50 manata verilməsindən, sadə çay verilmədiyindən şikayət edirdi. Hazırda ölkəmizdə bu sahədə turizmin inkişafına mənfi təsir göstərən proses gedir”.

Sosial şəbəkələrdə yayılan qəbz nümunələri göstərir ki, bəzi obyektlər xüsusilə turistlərin çox olduğu ərazilərdə daha sərt qiymət siyasəti yürüdür. Bəzən müştərilər hesabı ödəməkdən imtina etdikdə, onlara qarşı kobud davranış və psixoloji təzyiq halları da baş verir.

Ceyhun Aşurov: Dünyada sağlamlıq turizmi artan templə inkişaf edir - AZƏRTAC

Ceyhun Aşurov 

Turizm eksperti Ceyhun Aşurov bildirir ki, azad bazar iqtisadiyyatında qiymətlərin qoyulması, xidmətə görə qiymətin müəyyən olunması sərbəstdir, lakin müştərini bu barədə öncədən məlumatlandırmaq lazımdır: “Qiymətlər menyuda öz əksini tapmalıdır. Tariflər bilinməlidir ki, müştəri sonradan sürprizlə qarşılaşmasın. Menyu yoxdursa, qiymət gizlədilirsə və ya hesab gətiriləndə müştəriyə menyudakından fərqli qiymət deyilirsə, bu zaman qanun pozulur. Qanunsuz ödənişlər tələb etmək həm xarici, həm də yerli turistlər üçün də çox narahatedici məqamdır. Bu o deməkdir ki, müştərinin ciddi və əsaslı narazılığı varsa, daha həmin restorana ikinci dəfə getməyəcək, ətrafına da bu haqda məlumat verəcək. Sosial şəbəkələrdə də insanlar restoranların xidməti və qiyməti haqqında rahatlıqla fikirlərini paylaşırlar. Bu da ciddi şəkildə həmin müəssisənin nüfuzuna, gəlirlərinə ciddi şəkildə təsir edə bilər.

Ekspertlər hesab edirlər ki, Dövlət Turizm Agentliyi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu sahəyə nəzarəti gücləndirməli, restoran və kafelərdə qiymət şəffaflığına dair vahid standartlar tətbiq etməlidir. Əks halda, Azərbaycan “turist soyğunçuluğu” imici ilə tanınan ölkələr siyahısına düşə bilər.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycan komandoları Pakistanda hərbi paradda iştirak edəcək

Next

Azərbaycanı gözləyən ən böyük təhlükə – problem necə çözməli…

Xəbər lenti

  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv