Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Tərəqqiyə aparan “Tramp line” – mərdiməzar olmasa, bölgədə sülh və sabitlik hökm sürəcək

By Vüsal Rafiqoğlu
09.08.2025 4 Min Read

Gerçəkdən, heç bir mübaliğəyə yol vermədən qeyd edə bilərik ki, Azərbaycan lideri İlham Əliyevlə Ermənistanın rəhbəri Nikol Paşinyanın Vaşinqtonda, Ağ Evdə imzaladıqları sülh memorandumu tarixi, triumfal nailiyyətdir.

Bu, Ermənistanda bəzi məkrli və mürtəce dairələr tərəfindən məğlubiyyət kimi qəbul və təqdim edilə bilər, amma gerçəklik budur ki, iki ölkənin sülhə gəlməsi 1988-ci il sərhədləri çərçivəsində baş tutdu. Nə Ermənistan Azərbaycandan torpaq qoparıb, nə də Azərbaycan Ermənistandan (mübadilə edilən kəndlər var və bu, başqa və xırda məsələdir).

Azərbaycanda isə bu, ona görə qələbə hesab edilir ki, 30 il idi Qarabağ mahalı işğal altındaydı və bir çoxları ondan əlini üzmüşdü. Ancaq 2020-ci ildə o torpaqlara geri qayıtmağımız mümkün oldu və bu, bizdə qələbə eyforiyası doğurdu. Halbuki öz torpağımıza qayıtmaq halal haqqımız idi.

paaşşş.jpg (117 KB)

İndi ABŞ prezidenti Donald Trampın şəxsi təşəbbüsü ilə Vaşinqtonda Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün təşkil edilməsi, bu görüşdə bütün xırda uzlaşılmazlıqların aradan qaldırılması, qalıcı sülhün bərqərar edilməsi ideyasına sadiqlik ifadə edilməsi ondan xəbər verir ki, Cənubi Qafqaz hərbi sabitlik dönəminə qədəm qoyur.

Təki ortalığa qan salanlar, nifrət toxumu səpənlər, münaqişə qızışdıranlar olmasın. Biz tərəfdən məsələnin başı bağlıdır: biz heç kəsin fitvası ilə Ermənistanla aqressiv davranası deyilik.

Ermənistanda isə ümumi adları “revanşistlər” qoyulmuş, qan-qan deyən qruplar var və onlar xarici havadarlarının dəstəyi ilə hakimiyyətə gəlmək, donmuş münaqişənin buzlayan yerinə od qoymaq, onu yenidən başlatmaq əzmindədirlər.

Bu azğınlar elə bilirlər ki, öz xalqlarının növcavan balalarını yenidən silahlandırıb Azərbaycanın üzərinə göndərməklə “tarixi zəfər”ə bir daha qovuşa biləcəklər. Kimsə onlara başa salmalıdır ki, artıq qarşılarındakı 1988-94-cü illər arasındakı zəif silahlanmış, qeyri-mütəşəkkil, təklənmiş və daxili satqınlarla, agentlərlə qaynaşan Azərbaycan deyil. Hələ o zaman da militarist ermənilər öz “qələbə”lərini 6 il böyük itkilər verərək, içimizdəki satqınların müstəsna dəstəyi ilə qazanmışdılar.

İndi nə əlimiz yalındır, nə təklənmiş durumdayıq, nə də casuslar və satqınlar iş başında deyillər ki, onlara yardım etsinlər. Vəziyyət çox fərqlidir və “revanşistlər”in bunu anlaması, bölgənin tərəqqisi üçün sülhün alternativinin olmadığı qənaətinə gəlməlidirlər.

tikinti.jpg (164 KB)

Sülhün isə gerçəkdən də alternativi yoxdur. Qalıcı sülh həm Ermənistanın, həm də Azərbaycanın çiçəklənməsinə səbəb olacaq. Təkcə silahlanma yarışına ayrılan milyardlarla valyuta tikinti və quruculuğa sərf olunduqda hər iki ölkə sürətlə inkişaf edəcək.

Bir daha təkrar edək: təki ortalığı qarışdıran mərdiməzarlar olmasın.

Onlar isə mövcuddurlar. Artıq belə bir həqiqət tam çılpaqlığı ilə üzə çıxır ki, Ermənistan və Azərbaycan arasında sülhün olmaması, münaqişə vəziyyətinin davam etməsi kimə sərf edirmiş.

Onlardan biri tilişkəli qarmaq kimi bölgədə sancılıb qalmaq üçün bu münaqişənin davam etməsində maraqlıdır, digəri Zəngəzurdan keçərək Naxçıvana, oradan da Türkiyəyə və Avropaya gedəcək quru yolu özünün regional maraqlarına zidd hesab edir.

İndi necə olsun, paytaxtları “Tramp yolu”nun keçəcəyi Mehri (Mığri) şəhərindən 2593 km şimalda və 777 km cənubda yerləşən iki dövlətin hərbi-siyasi, iqtisadi maraqlarına görə biz əbədi qonşumuzla əsrlər boyunca savaşmalı, bir-birimizi qırıb-çatmalıyıq?

Ən yaxşısı odur ki, hər kəs öz vadisinə çəkilsin və bu iki ölkə qonşuluqda anlaşma və sülh içində gələcəyə baxsınlar.

tehran.jpg (724 KB)

Amma budur, Vaşinqtonda imzalanmış sülh sənədinə cənubdan gələn açıqlamada bildirilir ki, Tehran xarici müdaxilənin istənilən formasının bölgə təhlükəsizliyinə mənfi təsir göstərə biləcəyi barədə narahatlığını ifadə edib və bildirib ki, ortaq sərhədlərin yaxınlığında hər hansı xarici müdaxilə bölgənin təhlükəsizliyi və sabitliyini poza bilər”.

Bir neçə il öncə Pentaqonun hərbi qüvvələri İranın qulağının dibində, Əfqanıstanda idi, bunun İrana bir isti-soyuğu olurdumu? Yaxud Türkiyədə NATO-nun hərbi bazası hələ də var. Eləcə də Fars\Ərəb körfəzində ABŞ-yə məxsus, idarə olunan raketlərlə silahlanmış “Arli Börk” sinifli esmineslər üzür. Bunlar bölgənin təhlükəsizliyinə təhdid deyil, Zəngilandan Ordubada gedən yolda təhlükəsizliyin təmin edilməsi təhdiddir?

Moscow_Kremlin_and_Bolshoy_Kamenny_Bridge_late_evening_01.jpeg (6.33 MB)

Rusiyanın da bu sazişdən razı qalmayacağı yüzdəyüzdür. 2020-ci ilin noyabr ayının 9-dan 10-na keçən gecə Ermənistan və Azərbaycan arasında müharibənin dayandırılması təşəbbüsü Rusiya lideri Putindən gəlmiş və isti-isti üçtərəfli bəyannamə də imzalanmışdı. Həmin bəyannaməyə görə “Zəngəzur dəhlizi” Rusiyanın patronajlığı ilə açılmalı idi. Ancaq Rusiya bu planı sabotaj etdi, üstündə durmadı, ona görə də “Putin dəhlizi” olası bir keçid “Tramp yolu” (“Tramp xətti” – “Tramp line”) oldu.

Əslində isə yolun adının nə bizim üçün, nə də Ermənistan üçün elə bir əhəmiyyəti yoxdur. Əsas odur ki, kommunikasiya xətləri işlək olsun və hamıya fayda gətirsin.

Bundan ötrü yalnız bir şərt var və onu bu yazıda üçüncü dəfə təkrar etməli oluruq: təki düzəlmiş işə pəl vuranlar dinc dursun.

Araz Altaylı, Musavat.com

 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bakı “yuyuldu” – FOTOLAR

Next

Müəllimlər üçün gizlədilən vakant yerlər – Bunu kim edir?

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv