Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Müəllimlər üçün gizlədilən vakant yerlər – Bunu kim edir?

By Vüsal Rafiqoğlu
09.08.2025 3 Min Read

Təhsil eksperti texnologiya fənninin sistemli şəkildə gözdən salındığını açıqladı

Müəllimlərin işə qəbulu (MİQ) üzrə texnologiya fənnindən vakant yerlərin gizlədildiyi iddia edilir. “Bakı-Xəbər” yazıb ki, bu şikayətlə bir qrup müəllim sosial şəbəkədə çıxış edib. Onlar bildirir ki, builki imtahanlarda texnologiya fənninin tədrisi üçün heç bir vakant yer ayrılmayıb. Bu da həmin fənn üzrə bu il imtahanda iştirak edərək müvafiq nəticəni göstərən müəllimlər arasında narazılığa səbəb olub. İddia edilir ki, mövcud vakansiyalar gizlədilir və seçim prosesi zamanı göstərilmir.

Arayış üçün deyək ki, müəllimlərin işə qəbulu imtahanı 2009-cu ildən etibarən həyata keçirilməyə başlanıb və ilk dəfə həmin ildə 260-a yaxın gənc müəllim Bakı şəhəri üzrə orta ümumtəhsil məktəblərində işə qəbul edilib, bununla da Azərbaycanda işə qəbul imtahanının yeni bir mərhələsi başlanılıb.

Müəllimlərin işə qəbulunda vakant yerlərin gizlədilməsi fikri, iddiası hər il səslənir. Ümumiyyətlə, vakant yerlərin gizlədilməsi ciddi problemdir. Bəzən vakansiyaya az saat çıxarılır və gənclər həmin məktəblərə getmək istəmirlər.

Müəllimlər üçün vakant yerlərin gizlədilməsi necə həyata keçirilir? Əgər builki imtahanlarda texnologiya fənninin tədrisi üçün heç bir vakant yer ayrılmayıbsa, onda niyə bu imtahan keçirilir?

Qeyd edək ki, əslində, bu iddialar ilk dəfə səsləndirilmir. Müəllimlərin işə qəbul prosesi başladığı gündən, yəni 2009-cu ildən bəri hər il vakant yerlərin gizlədilməsi ilə bağlı eyni narazılıqlar təkrarlanır. Hətta bəzi ekspertlər bu problemin sistematik xarakter daşıdığını deyirlər.

Qeyd edək ki, MİQ imtahanı ilk dəfə tətbiq edilən 2009-cu ildə təxminən 260 gənc müəllim Bakı məktəblərinə işə qəbul edilmişdi. O vaxtdan bu yana müsabiqənin texniki və təşkilati tərəflərində irəliləyişlər olsa da, vakansiyaların şəffaf şəkildə təqdim olunması problemi hələ də öz həllini tapmayıb.

Elmin Nuri: “BDU kimi nəhəng universitet hətta öz tələbələrini belə  magistraturaya cəlb etmək imkanına malik deyil” Pravda.az

 Elmin Nuri

“Yeni Müsavat”a danışan təhsil eksperti Elmin Nuri problemin köklərinin daha dərin olduğunu bildirib və texnologiya fənninin sistemli şəkildə gözdən salındığını deyib: “Ümumiyyətlə, texnologiya fənninə son illərdə göstərilən laqeyd münasibət ciddi şəkildə düşündürücüdür. Bu məsələ artıq ayrıca bir ictimai müzakirə panelinin mövzusu olmalıdır. Əgər bu fənnə ehtiyac yoxdursa, o zaman universitetlərdə bu ixtisas ümumiyyətlə ləğv edilməlidir. Yox, əgər bu ixtisas bizə lazımdırsa və universitetlərdə tədris olunursa, o zaman vakant yerlərin açıq şəkildə təqdim olunmaması ciddi suallar doğurur”.

Ekspertin fikrincə, texnologiya fənni üzrə vakansiyaların təqdim olunmaması təkcə MİQ-in təşkili ilə bağlı deyil, bu, fənnin tədris yükü və məktəblərdəki mövqeyi ilə birbaşa əlaqəlidir: “Texnologiya fənni orta məktəblərdə cəmi həftədə bir dəfə tədris olunur. O deməkdir ki, həmin fənni tədris edən müəllimin əməkhaqqı çox aşağıdır, bəlkə də məktəbdə çalışan digər müəllimlərin maaşının yarısı qədər belə deyil. Digər fənlərdən fərqli olaraq, texnologiya müəllimi əlavə dərs saatı, kurs və ya repetitorluq imkanı ilə maaşını artırmaq imkanına malik deyil. Fizika, kimya, tarix müəllimləri kimi əlavə qazanc imkanları yoxdur. Bu baxımdan texnologiya müəllimlərinə bu gün az qala qəhrəman kimi baxmalıyıq. Ən az əməkhaqqı, ən az dərs saatı, ən az hörmət… Amma biz bu sahədə nə edirik? Onların sayını artırmaq, dərs saatlarını çoxaltmaq əvəzinə, vakansiyaları sıradan çıxarırıq. Bu, açıq-aşkar fənnə və bu sahədə çalışanlara qarşı laqeyd münasibətdir”.

Ekspert qeyd edib ki, texnologiya fənni heç də əhəmiyyətsiz deyil, əksinə, bu fənn şagirdləri gələcək peşə həyatına hazırlayan, praktiki bacarıqlar qazandıran vacib komponentlərdən biridir: “Texnologiya fənninin kurikulumu digər fənlərdən heç də geri qalmır. Bu fənn əmək bazarı ilə sıx təmasda olan, peşə təhsili ilə bilavasitə əlaqəli istiqamətdir. Təəssüf ki, vaxtilə ‘əmək təlimi’ fənninə necə laqeyd yanaşırdıqsa, indi də onun xələfi olan texnologiya fənninə eyni münasibəti göstəririk”.

E.Nuri həmçinin qeyd edib ki, müəllimlər üçün vakant yerlərin gizlədilməsi artıq uzun illərdir davam edən sistemli problemdir: “Bu, təəssüf ki, yeni məsələ deyil. Elm və təhsil naziri Emin Əmrullayev özü də bu problemin mövcudluğunu bir neçə dəfə etiraf edib. Etiraf etmək lazımdır ki, nazirlik son illərdə bu sahədə müəyyən addımlar atıb, şəffaflıq istiqamətində ciddi işlər görülür. Amma problem tam aradan qalxmayıb. Əgər məsələ kökündən həll edilsəydi, bu qədər geniş narazılıq dalğası yaranmazdı. Niyə yüzlərlə müəllim bu barədə etiraz edir? Heç kim durduğu yerdə yalan danışmır”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Tərəqqiyə aparan “Tramp line” – mərdiməzar olmasa, bölgədə sülh və sabitlik hökm sürəcək

Next

“Qırmızı qızıl”ın bazar problemi

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv