Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Paşinyandan referendum anonsu – “ev tapşırığı” başlanır

By Vüsal Rafiqoğlu
23.08.2025 3 Min Read

Erməni baş nazir Konstitusiya dəyişikliklərini istisna etmədi; İrəvan Bakının sonuncu tələbini yerinə yetirməyə çox yaxındır

Ermənistanın Baş naziri Nikol Paşinyan qarşıdan gələn seçkilərdə xalqın sülh və ya onun olmaması haqda qərar verməli olacağını qeyd edib. Bunu Ermənistanın hökumət başçısı avqustun 21-də jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib. Konstitusiyada dəyişikliklərə gəlincə, Paşinyan ehtiyac yaranarsa dəyişiklik haqda qərar veriləcəyini qeyd etdi.

“Əgər ratifikasiya prosesi zamanı Konstitusiya Məhkəməsi sülh sazişinin paraflanmasının Konstitusiyaya zidd olduğunu qərara alarsa, mən şəxsən konstitusiya dəyişiklikləri ilə bağlı təşəbbüs irəli sürəcəyəm. Hazırda buna dair düşünməyə ehtiyac yoxdur, amma bizdə yeni Konstitusiyanın qəbul edilməsi gündəliyi var”, – deyə Paşinyan bildirib.

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampla görüşdən sonra mediaya açıqlamasında bildirib ki, Ermənistanın “ev tapşırığı” var. Dövlət başçısı qeyd edib ki, Ermənistan Konstitusiyasında Azərbaycan ərazilərinə dair iddiaların davam etməsi səbəbindən bu gün sülh sazişinin imzalanması mümkün olmayıb.

Vaşinqtonda paraflanan sənədin əhəmiyyəti ondan ibarətdir ki, bundan sonra Ermənistan və Azərbaycan arasında sülh sazişinin şərtlərinə heç bir dəyişiklik və əlavələr edilə bilməz. Yəni Ermənistanın razılaşdırılmış sənəddəki tapşırıqları icra etməsi vacibdir. Ermənistanın “ev tapşırığı”nın biri də Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini yerinə yetirməsidir.

Paşinyanın brifinqdə son açıqlaması göstərir ki, Ermənistan referenduma hazırlaşır. Baş nazir Konstitusiya Məhkəməsinə təsir edərək sülh sazişinə dair ziddiyyətlərin olduğu təsdiqlənsin və o da ümumxalq səsverməsi təşəbbüsü irəli sürsün? Bütün hallarda, Paşinyan yeni Konstitusiyanın qəbul edilməsinin gündəlikdə olduğunu açıqlayıb.

O zaman erməni baş nazir sonuncu “ev tapşırığı”nı tezliklə yerinə yetirə bilərmi?

naqifhemzeyev.jpg (36 KB)

Naqif Həmzəyev

YAP-çı deputat Naqif Həmzəyev “Yeni Müsavat”a açıqlamasında Ermənistan kontitusiyasında dəyişikliklərin gələn ilin sonlarına doğru ola biləcəyini vurğuladı: “Paşinyanın brifinqində etdiyi açıqlamalar gerçəkdən də referendum niyyətindən xəbər verir. Ermənistan Baş naziri əvvəllər ”milli referendum” keçirilməsi barədə bəyanat verib, lakin hələ ki, konkret tarix və ya dəyişikliklərin məzmunu açıqlanmayıb. Konstitusiya dəyişikliyinin zəruriliyi barədə Azərbaycan Ermənistanın konstitusiyasında ərazi iddialarına yönələ bilən müddəaları çıxarmaq tələb edir. Bu məsələ sülh razılaşmasının ratifikasiyası üçün həlledici əhəmiyyət daşıyır. “Ev tapşırığı”nın icrasına gəlincə, yeni konstitusiya səs verənlərin çoxluğunun dəstəyini və bütün seçicilərin 25 faizinin səsini almalıdır. Bu da çətin keçilə biləcək mərhələdir.

Zəngəzur dəhlizi 32 kilometrlik məsafədə ayrılmış Azərbaycanın Naxçıvan ilə əlaqə yaradacaq, Azərbaycan-Türkiyə əlaqələrini gücləndirəcək. Paşinyan, çox güman ki, 2026-cı ildəki parlament seçkilərinə qədər konstitusiya dəyişikliyini təxirə salacaq və referendum 2026-cı ilin sonunda keçirilə bilər. Beləliklə, Paşinyanın “ev tapşırığı”nı tezliklə yerinə yetirə biləcəyi şübhəlidir”.

348026.jpg (18 KB)

Emin Həsənli

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi təhlilçi Emin Həsənli Ermənistanın prosesi uzatmaq imkanlarının tamamilə tükəndiyini söylədi: “Paşinyan konstitusiya dəyişikliyini mütləq etməlidir, başqa yolu yoxdur. Son proseslər onu göstərir ki, Ermənistan 44 günlük müharibədən sonra Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətindədir. Hansı şərti qəbul etməyibsə, sonda onu həyata keçirməyə məcbur qalıb. Azərbaycan regionda, Azərbaycan-Ermənistan arasındakı danışıqlarda, Cənubi Qafqazda gedən proseslərdə diktə edən tərəfdir. Biz qalib ölkəyik. İrəli sürülən şərtlər də beynəlxalq hüquq normalarına tam şəkildə uyğundur. Ermənistanın hazırkı konstitusiyası ilə sülh sazişini imzalamaq olmaz. Bu həmin konstitusiyaya zidd olar. Ortada həm də qondarma soyqırım iddiası var. Bir sözlə, iki qardaş ölkəyə qarşı düşmənçilik mövqeyindən çıxış edən iddiaların mövcud olduğu dövlət konstitusiyası dəyişdirilmədən sülh müqaviləsindən söhbət gedə bilməz. Necə ki, ATƏT Minsk qrupu tarixin arxivinə yuvarlandı, eləcə də, Ermənistanın mövcud kontitusiyasında yer alan ərazi iddiaları zibilliyə atılmalıdır. Ermənistan yeni dövrə qədəm qoymalı, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalıdır. Eyni zamanda, Paşinyanın özünün də dediyi kimi, sülh şəraitində yaşamağa öyrəşməlidirlər”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır

Next

Ruslar bu 5 ölkəyə qaçırlar

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv