Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Azərbaycanın Strasburqa qayıtmaq şərtləri

By Vüsal Rafiqoğlu
29.08.2025 4 Min Read

AŞ PA-ya ehtiyacımızın olmadığı il yarımda bəlli oldu

Ötən ilin yanvar ayının 24-də Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Azərbaycan nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsinə dair qətnamə qəbul edib. Qətnamənin müzakirəsi zamanı 76 deputat Azərbaycanın əleyhinə, 10 deputat lehinə səs verib, 4 deputat bitərəf qalıb. 16 deputat isə səsvermədə iştirak etməyib. Səsvermə zamanı Türkiyə (9 deputat) və Albaniya (1 deputat) nümayəndələri sənədin əleyhinə səs veriblər.

Buna cavab olaraq, Azərbaycan nümayəndə heyəti öz fəaliyyətini dayandırıb.

Azərbaycanın yenidən bu Avropa təşkilatında təmsil olunub-olunmayacağı hələlik məlum deyil.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Avropa Şurası Azərbaycanı incidən qətnaməyə görə  üzr istəməklə kifayətlənməməlidir: “Söhbət üzr istəməkdən getmir. Təbii olaraq, Azərbaycan əleyhinə qətnamə qəbul etməklə böyük səhv etmişdilər. Qətnamənin özünün mətni dəyişdirilməlidir. Orada Azərbaycana qarşı ağlasığmaz ittihamlar var. Amma üzr istəyib, sabah öz siyasətlərini yürüdən insanları, təşkilatları biz çox görmüşük. Söhbət üzr istəməkdən getmir. Onların üzləri elədir ki, bu gün üzr istəyib, sabah öz siyasətlərini yürüdəcək. Söhbət təşkilatın içərisində köklü, əsaslı dəyişiklikdən, bu günün siyasətini, Azərbaycanın yaratdığı yeni reallığı, ABŞ-nin təklif etdiyi gündəmi qəbul etməkdən gedir. Bu baş verəcəksə, onda hansısa perspektivlər gündəmə gələ bilər. Yox, bunlar, sadəcə, yenə də baş aldatmaqla məşğul olub, hansısa formada ikili standartlarla sözdə bir şey deyib, əməldə ayrı addımlar atacaqsa, bunun heç bir mənası yoxdur”.

Qeyd edək ki, Gürcüstan da bu ilin yanvarından AŞ PA-dakı fəaliyyətini dayandırıb. Avropa Şurası Gürcüstandan isə ötən ilin oktyabrında bu ölkədə keçirilmiş parlament seçkilərinin nəticələrinin ləğvini, qanunsuz aksiyalarda tutulanların azadlığa buraxılmasını, yeni parlament seçkilərinin keçirilməsini tələb etdiyi üçün Gürcüstan nümayəndə heyəti də fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. İlyarım əvvələdək Avropa Birliyinə üzvlük prosedurlarından keçən Tiflis təkcə Brüsselin nəzərindən düşməyib, Strasburq da Gürcüstan hakimiyyətini qurumdan çıxarmaqla hədələyir. Motiv dəyişməyib. Gürcüstan hakimiyyəti son parlament seçkiləri ərəfəsi qərbpərəst QHT-lərin “əl-ayağını” qanunlarla yığışdırıb ki, bu da “Gürcü Arzusu”nu “Rusiya ilə işbirliyində” ittiham etmək üçün bəhanə verib. İndi AŞ PA-da Cənubi Qafqazda səsvermə hüququ qalan Ermənistandır. Bu vəziyyət Cənubi Qafqaza hansı perspektivlər vəd edir? Avropa Şurası artıq nüfuzunu itirmiş bir platforma ola bilər, amma  həm Bakı, həm Tiflis bu qurumdan ayrılmaqla nə qazana, nə itirə bilər?

Aydın Hüseynov: Tarixi missiyasını uğurla başa vuran Azərbaycan Ordusu ilə  fəxr edirik - AZƏRTAC

Aydın Hüseynov

Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın 30 il ərzində müxtəlif platformalarda, o cümlədən AŞ PA səviyyəsində aparılan müzakirələrdən, qəbul olunmuş qətnamələrin masa üzərində qalmasından sonra ərazi bütövlüyünü və suverenliyini təkbaşına təmin etməsi bir çox ölkənin, beynəlxalq təşkilatın ürəyincə olmadı: “Hesab etdilər ki, Bakı onların iradəsindən kənar hərəkət etdiyi üçün cəzalandırılmalıdır. Lakin unudurlar ki, Azərbaycan üçün nəinki AŞ PA-da səsvermə hüququnun dondurulması, bu qurumun özü belə artıq heç bir əhəmiyyət kəsb etmir. Azərbaycan vaxtilə Qarabağ probleminin həllinə olan ümidlərə görə Avropa Şurasına üzv olmuşdu. Amma uzun illər qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görmədi, yalnız hüquqi çəkisi olmayan azsaylı bəyanatlarla kifayətləndi. AŞ PA-da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanı işğal etdiyi ərazilərdən çıxmağa çağıran bir neçə qətnamə qəbul olunsa da, bu qətnamələrin icrası üçün heç bir addım atılmadı. AŞ PA bu illər ərzində üzvü olan bir ölkənin-Ermənistanın digərinin-Azərbaycanın ərazisini işğal altında saxlaması faktına göz yumdu, işğalçı dövlətin səs hüququnun məhdudlaşdırılması haqda belə düşünmədi. Artıq Qarabağ problemi həll olunub. Azərbaycanın hazırda Avropada heç bir nüfuzu olmayan Avropa Şurasına ehtiyacı yoxdur. Azərbaycan nümayəndə heyətinin bu qurumda fəaliyyətini dayandırması qərarının doğru qərar olduğu aradan keçən müddətdə sübuta yetib. Azərbaycan 2001-ci ildə bu təşkilata üzv olandan bəri ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə edib”.

Deputat qeyd etdi ki, bu təşkilata üzvlük Azərbaycana demək olar ki, heç nə verməyib: “Avropa Şurası və AŞ PA Azərbaycana və Türkiyəyə qarşı daim qərəzli, qeyri-obyektiv mövqe nümayiş etdirib. Azərbaycana qarşı qərəzli mövqedən, yanlış qərardan imtina edilməyəcəksə, bizim verdiyimiz doğru qərara yenidən baxacağımızı gözləməsinlər. Azərbaycan güclü dövlətdir və AŞ PA-nın qərəzli mövqeyi Azərbaycanı doğru bildiyi yoldan çəkindirə bilməz. Bir il yarımda bir daha təsdiqləndi ki, Azərbaycanın AŞ PA-ya ehtiyacı yoxdur, onun işində iştirak etməməyimizdən nə isə itirmirik”.

Çingiz Qənizadə yenidən deputatlığa namizədliyini irəli sürdü | Modern.az

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə isə bildirdi ki, Azərbaycan bir il yarımdan çoxdur Avropa Şurası Parlament Assambleyasının işində iştirak etmir: “Çünki AŞ PA Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirərək Azərbaycan nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi ilə bağlı qərar qəbul etdikdən sonra Azərbaycan tərəfi AŞ PA-nın işində iştirak etməmək barədə qərar verdi və qərar qüvvədə qalır. Hətta xatırlayırsınızsa, Azərbaycan Prezidenti çıxışlarının birində dedi ki, Avropa məhkəmələrinin təyinatı zamanı Azərbaycan nümayəndə bu səsvermədə iştirak etmədiyi üçün biz Avropa məhkəmələrinin qərarlarını da tanımayacağıq. Bu Avropa Şurasına bir mesaj idi. Avropa Şurası Parlament Assambleyası Gürcüstanla da bağlı ədalətsiz qərar verdi və Gürcüstan da Azərbaycan kimi bu təşkilatın işində iştirak etmir. Cənubi Qafqaz ölkələrindən yalnız Ermənistanın AŞ PA-da fəaliyyəti və səs verməsi bizim üçün o qədər də önəmli deyil. Biz orada iştirak etmiriksə və Azərbaycanla, Gürcüstanla bağlı məsələlər müzakirə olunmadıqdan sonra orada başqa hansısa məsələlərin müzakirəsi zamanı Ermənistanın necə davranması bizim üçün önəmli deyil. Biz Avropaya inteqrasiya olmaq, Avropa ailəsinin üzvü olmaq istəyirdik, müəyyən öhdəliklər də götürmüşdük, milli qanunvericliyimizdə xeyli dəyişikliklər etmişdik. Amma Avropa Şurası bunları dəyərləndirmədi. Nəticə bəllidir. Azərbaycan AŞ PA-nın işində iştirak etməməklə heç nə itirmədi və heç nə qazanmadı. Sadəcə olaraq, biz qürurlu dövlət olduğumuzu, qərəzli davranışlara boyun əymədiyimizi ortaya qoymuş olduq. Nə qədər ki, Avropa Şurası Azərbaycana münasibətdə qərəzli münasibətdən imtina etməyib, Azərbaycan AŞ PA-nın işində iştirak etməyəcək. Gürcüstana qarşı Avropa Şurasının atdığı addım isə bu müddətdə Gürcüstanı əslində Rusiyaya müəyyən mənada yaxınlaşdırdı. Avropa Şurası Avropaya sürətli inteqrasiya yolunu seçmiş Gürcüstana bu yolda dəstək vermək əvəzinə, ona mane olmaq yolunu seçdi. İtirən Avropa Şurasıdır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Türk düşmənlərini narahat edən anons

Next

Türkiyədə Azərbaycanla gənclər mübadiləsi proqramının iştirakçıları müəyyən edilib

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv