Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Zəngəzur dəhlizi təhlükəsiz olmalıdır

By Vüsal Rafiqoğlu
30.08.2025 4 Min Read

Prezident İlham Əliyevin sentyabrın 27-də Əl-Ərəbiyyə telekanalına verdiyi müsahibə region üçün strateji əhəmiyyət kəsb edən layihələrin perspektivlərini bir daha ortaya qoydu. Xüsusilə Zəngəzur dəhlizinin Azərbaycan üçün əhəmiyyəti, onun təhlükəsizlik və texniki məsələlər üzrə əldə olunmuş beynəlxalq zəmanətlər, eləcə də gələcəkdə regional və qlobal nəqliyyat sistemində oynayacağı rol diqqət mərkəzindədir. Bu açıqlamalar Azərbaycanın praqmatik xarici siyasət kursunu və bölgədə dayanıqlı inkişaf üçün atdığı mühüm addımları bir daha nümayiş etdirir.

Tərəflərin beynəlxalq hüququn tələblərinə uyğun fəaliyyət göstərməsi bu gün Azərbaycan üçün prioritet məsələlərdən biridir

Mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirdi ki, cənab Prezident Əl-Ərəbiyyə telekanalına verdiyi müsahibədə jurnalistin çoxşaxəli və müxtəlif istiqamətli suallarını əhatəli şəkildə cavablandırarkən, region üçün mühüm əhəmiyyət kəsb edən bir sıra layihələrdən də bəhs etdi. Bu layihələr arasında Zəngəzur dəhlizinin xüsusi əhəmiyyətə malik olduğunu konkret faktlarla bir daha diqqətə çatdırdı: “Prezidentin proqram xarakterli bu müsahibəsində Zəngəzur dəhlizinin önəmi kifayət qədər sistemli şəkildə beynəlxalq auditoriyaya çatdırıldı. O, xüsusilə vurğuladı ki, dəhlizin əsas mahiyyəti ilk növbədə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək vacib bir layihə olmasıdır. Azərbaycan üçün ən önəmli məqam isə odur ki, yüklər və sərnişinlər “Azərbaycandan Azərbaycana” prinsipi ilə təhlükəsiz şəkildə daşınsınlar və bu məsələdə artıq prinsipial razılıq əldə olunub.Sadəcə olaraq qalır Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı bir sıra texniki məsələlər. Bu məsələlər arasında Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən elementlərdən biri də dəhlizin təhlükəsizliyinə dair mövcud beynəlxalq zəmanətlərdir. Buraya, məsələn, Amerika Birləşmiş Ştatlarına məxsus hansısa şirkətin prosesdə fəal iştirakı və digər maraqlı tərəflərin Zəngəzur dəhlizinin idarə olunmasında, xüsusilə onun təhlükəsizliyinə cavabdehlik daşıması daxildir. Tərəflərin beynəlxalq hüququn tələblərinə uyğun fəaliyyət göstərməsi bu gün Azərbaycan üçün prioritet məsələlərdən biridir”.

Deputat qeyd etdi ki, Zəngəzur dəhlizi yalnız nəqliyyat funksiyasına malik deyil, həm də daha geniş kontekstdə nəzərdən keçirilir: “Gələcəkdə beynəlxalq yükdaşımaların geniş şəkildə bu dəhlizdən istifadəsi, müxtəlif kommunikasiyaların onun üzərindən idarə olunması dəhlizə xüsusi beynəlxalq status verir. Hazırda “Azərbaycandan Azərbaycana” prinsipi yalnız Azərbaycan yükləri və sərnişinlərinə şamil olunur, lakin gələcəkdə dəhliz üzərində beynəlxalq yükdaşımaların təşkil olunması Şərqdən Qərbə doğru daşınan yüklərin həcminin artmasına imkan yaradacaq.  Bundan irəli gələrək tam əminliklə deyə bilərik ki, Zəngəzur dəhlizi faktiki olaraq Şərq ilə Qərbi əlaqələndirən Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin və daha geniş mənada Çin tərəfindən irəli sürülən “Bir Kəmər, Bir Yol” prinsipi əsasında formalaşan Orta Dəhliz konsepsiyasının əsas seqmenti kimi çıxış edə bilər. Mövcud Bakı–Tbilisi–Qars dəmir yolu və Azərbaycan ərazisindən keçən avtomobil yolları, yəni tarixi Böyük İpək Yolu, orta dəhlizin əsas komponentini təşkil edir və Zəngəzur dəhlizi gələcəkdə istifadəyə verildikdə bu konsepsiyanın mühüm elementi kimi fəaliyyət göstərəcək. Bu, ikinci vacib komponent kimi dəyərləndirilir”.

Dəhlizin istifadəyə verilməsi region üçün yeni perspektivlər açır

Azər Allahverənovun sözlərinə görə, burada diqqət çəkən nüans ondan ibarətdir ki, Zəngəzur dəhlizi ilə paralel olaraq Araz dəhlizinin də istifadəyə verilməsi planlaşdırılır: “Xüsusilə İran ərazisindən keçən avtomobil yolu gələcəkdə İran tərəfi müsbət qərar verdiyi təqdirdə, dəmir yolunun inşa edilməsi ilə birlikdə Zəngəzur istiqamətində iki alternativ xəttin mövcudluğunu təmin edə bilər. Beləliklə, həm Zəngəzur, həm də Araz dəhlizi Orta Dəhliz konsepsiyasının əsas komponentləri kimi çıxış edə bilər. Bakı–Tbilisi–Qars layihəsi ilə yanaşı, bu, Azərbaycanın bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin olunmasına xidmət edə biləcək mühüm regional layihələrin icrasında maraqlı olduğunu və bir sıra təşəbbüslərlə çıxış etdiyini nümayiş etdirir. Həmin layihələrin həyata keçirilməsi zəruri dəstəyi təmin edir və müxtəlif beynəlxalq platformalar üzərindən onların təqdir olunması və dəstəklənməsinə nail olunur. Bütövlükdə bu, birbaşa olaraq Azərbaycanın Cənubi Qafqaz bölgəsində dayanıqlı sülhün təmin olunmasına, xüsusilə Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması və beynəlxalq əməkdaşlığın qurulması üçün geniş imkanlar yaradır. Nəticə etibarilə, 40 km-lik bir dəhlizin istifadəyə verilməsi region üçün yeni perspektivlər açır.

Şərqdən Qərbə doğru daşınan yüklərlə yanaşı, cənab Prezident çıxışında xüsusilə vurğuladı ki, bu layihə Şimal–Cənub nəqliyyat dəhlizinin də effektiv işləməsinə müəyyən töhfələr verə bilər. Ən azından İran ərazisindən Astara ilə əlaqələndirən dəmir yolunun hələ inşa olunmadığını nəzərə alsaq, bu proses kifayət qədər uzun vaxt apara bilər. Sözügedən dəmir yolunun uzunluğu 150 km-dən çoxdur və layihənin ümumi dəyəri təqribən 500 milyon ABŞ dolları civarındadır. İran tərəfi bununla bağlı hələ ki, müsbət qərar verməyib. Lakin Zəngəzur dəhlizinin istifadəyə verilməsi nəzərə alınsa, Ağbəndə qədər dəmir yolunun artıq çəkilməkdə olması və sonrakı mərhələdə şimalla cənubla birləşdirən yükdaşımalarda həm Zəngəzur dəhlizindən, həm də Araz dəhlizinin imkanlarından yararlanmaq mümkün olacaq. Həmçinin Fars körfəzinə yaxın Şərqə daşınacaq yüklərin daşınması üçün geniş imkanlar yaranacaq ki, bu da nəticə etibarilə Şimal–Cənub dəhlizinin funksionallığını təmin edəcək. Burada söhbət dəmir yolu vasitəsilə daşınan yüklərdən və onların üzərində qurulacaq funksionallıqdan gedir”.

Zəngəzur dəhlizi bir çox dövlətlərin geostrateji və geoiqtisadi maraqlarına cavab verə biləcək

Həmsöhbətimiz vurğuladı ki, Azərbaycan öz praqmatik xarici siyasət kursu ilə, enerji təhlükəsizliyi və digər sahələrdə olduğu kimi, nəqliyyat və beynəlxalq nəqliyyat infrastrukturlarının qurulmasında, dəhlizlərin işə salınmasında da yaxından iştirak edir: “Nəticə etibarilə bu, ölkənin artan imicindən və beynəlxalq reputasiyasından xəbər verən mühüm bir göstəricidir. Dünyanın bir çox siyasi mərkəzləri, xüsusilə Rəsmi Brüssel, əvvəllər Zəngəzur dəhlizi ilə bağlı müsbət mövqe nümayiş etdirmirdi. Lakin sonrakı mərhələdə Avropa İttifaqının Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin rəsmi bəyanatları və Avropa İttifaqının digər strukturlarının Zəngəzur dəhlizi ilə bağlı söylədikləri müsbət fikirlər göstərir ki, bu layihənin geostrateji əhəmiyyəti və rolu onlar tərəfindən də dərk olunur. Amerika Birləşmiş Ştatları kimi nəhəng bir dövlətin bu prosesə yaxından qoşulması və layihənin işə salınması üçün bütün səylərini səfərbər etməsi də göstərir ki, Zəngəzur dəhlizi bir çox dövlətlərin geostrateji və geoiqtisadi maraqlarına cavab verə biləcək layihədir. Məhz bu prinsipdən irəli gələrək Azərbaycan Zəngəzur dəhlizinin tez bir zamanda istifadəyə verilməsində maraqlıdır və regionda iqtisadi maraqları olan digər dövlətlərin də bu dəhlizdən maksimum yararlanması üçün geniş imkanlar formalaşacaq”.

Nəticə etibarilə…

Deputat son olaraq diqqətə çatdırdı ki, Azərbaycanın Zəngəzur dəhlizinin açılamsında qətiyyətli mövqeyi və Zəngəzur dəhlizi konsepsiyasının vacib regional layihə kimi mütərəqqi dünyanın qüvvələri tərəfindən müsbət dəyərləndirilməsi göstərir ki, ölkəmiz praqmatik xarici siyasət kursunu uğurla həyata keçirir və xarici siyasət strategiyasının təmin olunmasında effektiv siyasi baxış bucağına malikdir.

Nigar Orucova, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Cənubi Qafqaz regionu, daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə yeni imkanlar açır

Next

Paşinyan israrlı görünür

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv