Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Paşinyan israrlı görünür

By Vüsal Rafiqoğlu
30.08.2025 3 Min Read

Avqustun 8-də Vaşinqtonda “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında” Sazişin paraflanmasından sonra baş nazir Nikol Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsinin bəzi müddəalarının ziddiyyətli olduğunu bir daha dilə gətirib. O vurğulayıb ki, Bəyannamə qəbul olunduğu dövrdə Ermənistanda fəaliyyət göstərən siyasi elitanın kollektiv əhval-ruhiyyəsini ifadə edib, “Qarabağ” hərəkatının möhürünü daşıyıb: “Baş nazir kimi əlimdə olan məlumatlar və reallığın tam və hərtərəfli təhlili məni sarsılmaz bir qənaətə çatdırdı ki, biz “Qarabağ” hərəkatını davam etdirməməliyik, çünki bu, Ermənistan Respublikasının müstəqilliyinin ləğvi deməkdir”. Paşinyan, həmçinin qeyd edib ki, Qarabağ münaqişəsi davam etsəydi, Ermənistan müstəqilliyini və dövlətçiliyini itirəcəkdi:“Biz Ermənistanın müstəqilliyini qoruyub saxlamaq və bu müstəqilliyi reallığa çevirmək üçün strategiya qəbul etmişik və bu strategiyanın ifadəsi real Ermənistanın ideologiyasıdır ki, bununla Ermənistanla Azərbaycan arasında sülh, Türkiyə ilə real dialoq mümkün oldu”. Bu fikirlərlə də Paşinyan ölkənin Müstəqillik Bəyannaməsini Azərbaycanla sülhə maneə adlandırıb və Ermənistan Konstitusiyasının dəyişdirilməsini zamanın tələbi olduğunu bir daha dilə gətirib.  Paşinyan, həmçinin bildirib ki, lazım gələrsə, ölkənin əsas qanununa dəyişiklik edilməsi ilə bağlı qərar veriləcək: “Şəxsən mən əsas qanuna əlavə və dəyişikliklərin təşəbbüskarı olacağam.” Bu sözlər isə Paşinyanın sülh məsələsini yarımçıq buraxmaq niyyətində olmadığından xəbər verir.

Son məlumatlara görə, Konstitusiya İslahatı Şurası tezliklə yeni Konstitusiyanın mətninin hazırlanması üçün aktiv şəkildə iclaslar da keçirəcək. Görünür, artıq Paşinyan əsas ev tapşırığının həllinə başlayıb.

Yeri gəlmişkən qeyd edək ki, Ermənistan konstitusiyasına dəyişikliklər edilməsi məsələsi hazırda ölkə daxilində siyasi gündəmin əsas müzakirə mövzusuna çevrilib. Bu məsələdə Paşinyanın tərəfdarları da var, əlehdarları da. Məsələn, Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan və digərləri Paşinyan iqtidarının sülh gündəmini  kəskin tənqid edirlər. Hətta Ermənistan Respublikasının ikinci prezidenti Serj Sarkisyan jurnalistlərlə söhbətində avqustun 8-də Vaşinqtonda paraflanmış sülh sazişinə toxunaraq, bu sənədi sülh müqaviləsi adlandırmaq lazım deyil, ifadəsini işlədib. Paşinyana qarşı olan qüvvələr konstitusiyaya dəyişiklik edilməsi məsələsini Azərbaycanın “növbəti tələbinin yerinə yetirilməsi” kimi qiymətləndirirlər.  Odur ki, onlar Paşinyanı devirmək üçün dəridən-qabıqdan çıxırlar.

Bütün bunlar onu göstərir ki, Oskanyan və onun kimi düşünənlər üçün sülh heç vaxt məqsəd olmayıb. Onların məqsədi yeni konstitusiya dəyişikliklərinin qarşısını almaq, sərhədlərin delimitasiya və demarkasiyasını ləngitmək, kommunikasiyaların açılmasına mane olmaqdır. Bir sözlə, onlar Ermənistan cəmiyyətini yenidən köhnə xülyalarla yaşatmaq, revanşist qüvvələri fəallaşdırmaq və bölgəni yeni gərginliklərə sürükləməkdir.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində qeyd edib ki, bildiyimiz qədər, onlar həmin müddəaya dəyişiklik edəcəklər: “Elə ki, bu dəyişiklik olundu, yəni, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar onların konstitusiyasından çıxarıldı, formal olaraq sülh sazişi də imzalanacaq”. Bu, baş tutmaya bilərmi? Yəni Ermənistanda hər hansı daxili siyasi dəyişiklik baş verərsə, bu, həmin prosesə xələl gətirəcəkmi? Bu məsələyə dövlətimizin başçısı belə aydınlıq gətirib: “Bilirik ki, gələn yay Ermənistanda parlament seçkiləri keçiriləcək. Həmçinin bilirik ki, onlar yeni konstitusiya layihəsi üzərində işləyirlər. Lakin güclü xarici müdaxilə olarsa, bəli, bu, razılaşmaları poza bilər. Amma bu, Ermənistanın özü üçün çox zərərli olar, çünki Vaşinqtonda sənədlərin kim tərəfindən imzalanmasından asılı olmayaraq, onlar Ermənistanın adından Ermənistan lideri tərəfindən imzalanıb. Əgər orada hər hansı dəyişiklik baş verərsə və imzalanmış sənəddən geri addım atılarsa, bu, Ermənistan ilə ABŞ arasındakı münasibətləri ciddi şəkildə pisləşdirər” Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, sülh sazişi təkcə ABŞ-ın deyil, Avropa İttifaqının, Türkiyənin və ərəb ölkələrinin dəstəyi ilə reallaşıb.

Ermənistan unutmasın ki, Vaşinqton razılaşması onlar üçün nadir bir şansdır. Bu sənədin icrası İrəvana uzunmüddətli sabitlik, qonşularla dinc yanaşı yaşamaq və iqtisadi inkişaf imkanı vəd edir. Şübhəsiz, əgər təcavüzkar ölkə yaranmış şansı qaçırsa, bu onları daha qara günlərə sürükləyə bilər.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Zəngəzur dəhlizi təhlükəsiz olmalıdır

Next

Regionda yeni diplomatik platforma formalaşır

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv