Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Nazirlik Nigar Köçərlinin kitablarını müsadirə edib?- Rəsmi açıqlama

By Vüsal Rafiqoğlu
16.09.2025 2 Min Read

“Əli və Nino” kitab evinin rəhbəri Nigar Köçərli İngiltərədən özəl sifarişlə gətirdiyi kitabların Səhiyyə Nazirliyinin “Respublika Sanitariya-Karantin Mərkəzi” PHŞ tərəfindən saxlanılaraq müsadirə olunduğunu iddia edir.

Bu barədə sahibkar sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, bu səbəbdən yalnız son ay ərzində ona 2600 manatlıq ziyan dəyib: “İngiltərədən özəl sifariş olaraq 1000 manat dəyərində kitablar gətirmişəm, sertifikat adı ilə bizə 1900 manatlıq pul ödətdiriblər. Üstəlik də 500 manat dəyərində olan ən bahalı kitabları “ekspertiza” adı ilə “müsadirə” ediblər və qaytarmırlar. Müştəri də öz kitablarını tələb edir. Mən ona nə deməliyəm? Kitab əvəzinə 1900 manatlıq, heç kəsə lazım olmayan sertifikatı təhvil verməliyəm? Yalnız son ay ərzində bu mərkəzin hoqqalarına görə bizə 2600 manatlıq ziyan dəyib, çünki sertifikatlarla qarışıqlıq yaradıb gömrük işlərimizi yubadırlar, gömrük də bizdən saxlama pulunu artıqlaması ilə alır. Heç kəsə lazım olmayan sertifikatlara 3100 manat ödəmişik. Üstəlik, yalnız bu ayda çoxlu kitabları “müsadirə” ediblər”.

N. Köçərli ötən gün sözügedən mərkəzin rəhbərliyi ilə görüşdüyünü, lakin problemin həll olunmadığını deyir. Onun sözlərinə görə, yenə get-gələ salınıb, bu dəfə yeni gələn sifariş üçün əlavə 300 manat tələb ediblər.

Qafaqazinfo.az problemlə bağlı “Respublika Sanitariya-Karantin Mərkəzi”nə sorğu ünvanlayıb.

Sorğuya belə cavab verilib: “Səhiyyə Nazirliyi “Respublika Sanitariya-Karantin Mərkəzi” publik hüquqi şəxs idxalçının müraciətinə əsasən respublikaya idxal olunan sanitariya nəzarətinə aid qeyri-ərzaq məhsullarının ekspertizasını keçirir, onların laborator müayinələrini aparır, müayinə nəticələri sanitariya-gigiyena norma və tələblərinə cavab verdiyi təqdirdə onların gigiyenik sertifikatlaşdırılmasını həyata keçirir.

“Ali və Nino Yayım” MMC tərəfindən respublikaya idxal edilmiş poliqrafiya məhsullarına gigiyenik sertifikatın verilməsi üçün Mərkəzə 09.02.2025-ci il, 03.09.2025-ci il, 04.09.2025-ci il, 11.09.2025-ci il tarixli müraciətlər daxil olub. İdxal edilmiş məhsullardan nümunələr götürülməklə laborator müayinəyə cəlb edilib.

Laborator test və ya sınaq məqsədilə götürülmüş məhsul nümunəsi aparılmış laborator analizlərdən sonra fiziki-kimyəvi, toksikoloji və mikrobioloji çirklənməyə məruz qalmaqla orijinal fiziki və kimyəvi xüsusiyyətlərini itirdiyi üçün istifadəyə yararsız hesab olunur və onun dərhal zərərsizləşdirilməsi tələb olunur.

AZS ISO/IEC 17025:2020 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartının imperativ göstərişlərinə uyğun olaraq, laboratoriyada sınaq nümunələrinin saxlanması, müəyyən müddət qorunması və məhv edilməsi ilə bağlı prosedurlar olmalıdır. Nümunənin çirklənməsi və ya ilkin vəziyyətinin dəyişməsi zamanı sözügedən nümunə müştəriyə qaytarılmamalıdır”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezidentlər Şuşada güllələnmiş heykəllərə baxdılar – FOTOLAR

Next

Ölkədə dərman xərcləri bu səbəbdən kəskin artıb

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv