Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Ölkədə dərman xərcləri bu səbəbdən kəskin artıb

By Vüsal Rafiqoğlu
16.09.2025 2 Min Read

Bu ilin ilk 8 ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,4 milyard manatlıq, o cümlədən 22,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 18,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb.

Pərakəndə ticarət dövriyyəsində diqqəti çəkən əsas məqamlardan biri əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına xərclənən vəsaitlərdəki artımdır. Bu müddətdə dərman peraparatları və tibbi ləvazimatların alınmasına vətəndaşların xərclədiyi vəsaitin məbləği rekord səviyyədə – 21 faiz artıb. Bu o deməkdir ki, dərman və tibbi ləvazimatların alınmasına həmin müddətdə əvvəlki ilin uyğun dövrü ilə müqayisədə vətəndaşlarımız 210 milyon manat daha çox vəsait xərcləməli olublar. Bu isə kifayət qədər ciddi rəqəmdir.

Bəs ölkədə dərman xərcləri niyə kəskin artır?

Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov Musavat.com-a danışıb.

ELDENİZ EN SON.jpeg (93 KB)

İqtisadçı dərman xərclərinin kəskin artmasının səbəblərini bu cür izah edib:

“Statistikadan da göründüyü kimi, dərman xərcləri, əhalinin dərman vasitələrinə sərf etdiyi vəsaitin həcmi kifayət qədər artıb. Bunun bir neçə səbəbi var. Təbii olaraq, bu artımda qiymət amilinin, yəni inflyasiyanın da rolu var. Amma inflyasiya bu həcmdə artmayıb. Digər tərəfdən, dərmana çəkilən xərclər daha çox artıb.

Qeyd edildiyi kimi, bu artım 21 faiz təşkil edir. Burada həm dərman preparatlarına, həm də tibbi ləvazimatların alınmasına çəkilən xərclər nəzərdə tutulur ki, bu da 21 faiz artıb.

Mən düşünürəm ki, bu, iki əsas səbəbdən qaynaqlanır. Birincisi, insanların hər il öz sağlamlıqlarına daha çox önəm verməsi faktorudur. Bunu inkar etmək olmaz. İnsanlar mümkün qədər sağlamlıqlarına daha çox pul xərcləməyə başlayıblar. İkinci səbəb isə icbari tibbi sığorta sisteminin işə düşməsi ilə bağlıdır. Bu, insanların tibb müəssisələrinə və tibb mütəxəssislərinə daha kütləvi müraciət etməsi üçün şərait yaradıb. Tibb müəssisəsinə və ya həkimə müraciət olunursa, təbii ki, nəticə etibarilə dərman reseptləri də yazılır və dərmanların alınması zərurəti yaranır.

Əvvəllər pullu xidmət göstərilsə də, insanlar yaxşı bilirdilər ki, “pulsuz” xidmətlərin də gizli xərcləri var. Buna görə də bir çox hallarda müraciət etmirdilər. Amma bu gün sığorta sisteminin tam şəkildə işə düşməsi nəticəsində vəziyyət dəyişib. Bu, çox müsbət dəyərləndiriləcək bir haldır və nəticə etibarilə statistik göstəricilər də bunu təsdiqləyir.

Başqa sözlə desək, tələb artıb. İqtisadi baxımdan izah etsək, tələbin artmasının səbəbi həm sığorta sistemidir, həm də insanların öz sağlamlıqlarına verdiyi dəyərin yüksəlməsidir.

Bununla yanaşı, üçüncü bir faktor da var: şəffaflıq məsələsi. Rəsmi qeydiyyatın aparılması və şəffaflığın artması, xüsusilə apteklərdə dərmanların nağdsız alış-veriş yolu ilə əldə olunmasının çoxalması rəqəmlərin yüksəlməsinə təsir göstərib”.

Xalidə Gəray
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Nazirlik Nigar Köçərlinin kitablarını müsadirə edib?- Rəsmi açıqlama

Next

İsrail ordusu Yəmənə hava zərbələri endirir

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv