Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Bəd proqnozları yandıran “Qarabağ”

By Vüsal Rafiqoğlu
17.09.2025 3 Min Read

Hər işimiz belədir: ölçüləri mütləq köhnə meyarlarla götürərik, elə bilərik, indiyə qədər necə olubsa, yenə elə olacaq. Və bir xeyli halda yanılarıq.

1992-ci ilin apreli idi, Ayaz Mütəllibov prezidentlikdən istefa vermişdi, yeni seçkilər təyin edilmişdi, namizədlər göstərilirdi. Biləsuvarda qonaq idik, özünü təcrübəli və daha ağıllı adam kimi göstərən ev yiyəsi müdrik-müdrik deyirdi, hamısı boş şeydir, partokratlar hakimiyyəti verməz, Yaqub Məmmədov prezident seçiləcək.

Onun o sözünün üstündən 1 ay keçdi, Yaqub Məmmədov prezident seçilmədi, hətta parlament sədrliyi vəzifəsini də tərk etdi, dedi, işləmirəm. Adam acıq edib, getdi və düz elədi. Süpürləşmə işi ilə arası yox idi müəllimin. Üstəlik, adını pis-pis işlərdə hallandırmağa başlamışdılar, yüzlük dollar əskinasının üstündə şəklini kollaj edib yayanlar vardı. Adam vəzifədən gedən kimi həmin əskinaslar əvvəlki vaxtına qayıtdı.

Ancaq onun prezident seçiləcəyini hamıdan ağıllıymış kimi yüzdəyüz əminliklə söyləyən adamı bir daha görmədim. Görsəydim də, “bə nə oldu” deməyəcəkdim, amma öz izahatı maraqlı ola bilərdi.

Tərs kimi, o tək deyildi. “Dünya belə gəlib, belə də gedəcək” fikrində olanlar çox idi. İndi də var. Belələri hər hansı yeniliyi, dəyişikliyi mental olaraq qəbul etmirlər, hətta acıqları tutur. Heç bir yenilik olmamalıdır: dünya necə binnət olubsa, düzəni o cür də davam etməlidir.

Bax, bir ay əvvəl Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılanda və “Qarabağ”ımızın püşkünə dünyanın ən pəzəvəng (öz türkcəmizdə) komandaları düşəndə milli mediamızda və sosial şəbəkələrin yerli seqmentində səmimi ağlaşma-şivən ilə acı lağlağı bir-birinə qarışmışdı. Azarkeşlərini bir çoxu “Qarabağ”ın halına yana-yana, bir xeylisi də elə olmasını səmimi qəlbdən istəyə-istəyə yazırdılar ki, o yekə komandalar “Qarabağ”ın qapısını aşsüzənə döndərəcəklər, biabırçı hesablar olacaq, “Qarabağ” gərək Dəllərə getməyəydi ki, paçası da əllərdə qalmasın, komandamız qrupda uzağı 1 xal yığacaq və s.

O zaman mən nə yazmışam, necə yazmışam, bilən bilir, bilməyən də indi bilsin ki, bu cür düşüncələri tamam yanlış hesab etmişdim və yazmışdım ki, bu, əziklik sindromudur, “Qarabağ” heç də özünü əzdirməyəcək.

İndi elə çıxmasın ki, müəllif “Qarabağ”ın ÇL qrupundakı oyunlar seriyasına qələbə ilə başlayacağına, Portuqaliyada “Benfika”nı 3:2 hesabıyla udub gələcəyinə yüz faiz əmin imiş. Xeyr, elə deyildi. Hətta dünən bu vaxt soruşsaydılar ki, “Qarabağ”-“Benfika” matçı hansı hesabla bitəcək, deyərdim, 1-2 top fərqi ilə uduzacağıq, heç-heç olsa, möcüzə olar.

Al, sana möcüzə. “Qarabağ” hamının proqnozunu yandırdı (bəzilərinin bağrını da).

Gərək bu bizə dərs olsun. Bir daha belə proqnozlar verməyək, məğlubiyyətlə öncədən barışmayaq.
Əsas məsələ mübariz olmaq, məğlubiyyətlə barışmamaqdır. Almanlar belə edir, sona qədər özlərini həlak edirlər, məğlubiyyətlə barışmırlar və çox vaxt şansları gətirir. Şans mübariz və əzmkar tərəfin isti-isti yediyi xörəkdir.

Bax, inişil “Qarabağ” Leverkuzenin “Bayer” komandası ilə oynayanda matçın bitməsinə 5 dəqiqə qalmış bizimkilər 2:1 hesabı ilə öndəydi. Amma almanlar əl çəkmirdilər, sağdan soxulurdular, soldan gəlirdilər, mərkəzdən cumurdular. İndi “Real”ı çalışdıran Xabi Alonso əllərini dizinə çırpa-çırpa qalmışdı, alman oyunçular az qalırdılar stadionumuzun onsuz da seyrək olan otunu yesinlər. Axırda nə oldu? Lap axırda o oldu ki, 90+2-ci dəqiqədə qonaqların Patrik Şik adlı oyunçusu bərabərlik qolunu vurdu. Həmin il “Bayer” ölkəsinin çempionu oldu, Avroliqanı qazandı, amma ən çox sevindiyi məhz “Qarabağ”la birinci oyunda heç-heçə etdiyi, ikinci oyunda isə yenə son saniyələrdə zülm-zillətlə qələbə qazandığı matçlar idi.

“Qarabağ”ın proqnoz yandırmağı çox olub. O vaxt “Atletiko” (Madrid) komandasının başına iki dəfə oyun açmadmı? Üstündən 8 il vaxt keçib, bu gün gedək “Atletiko”nun baş məşqçisi Dieqo Simonedən həyatının kabus matçını soruşaq, “Qarabağ”la oyunları deyəcək. Adam həmin oyunlarda nə təhər travma alıbsa, bunu 7-8 dəfə deyib, yeri gələndə təkrar edir. Hətta istefa vermək istəyirmiş, klub prezidenti “etmə, eləmə, bir külək idi, əsdi, keçdi” deyib.

Belə görürəm, “Qarabağ” bu il də hansısa klubun baş məşqçisini istefa verməyə vadar edəcək. Biri hazırdır artıq.

Düzdür, bu, özü də proqnoz oldu və yanlış çıxa bilər. Amma eybi yoxdur, əsas odur ki, bədbin və əzik olmayaq.

Samir SARI
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Next

Qarabağın bərpasına xarici yardımı necə cəlb etməli…

Xəbər lenti

  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv