Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Azərbaycan və Cənubi Qafqaz necə xilas olundu: Bakı regionda şəriksiz liderliyini qəbul etdirdi

By Vüsal Rafiqoğlu
23.09.2025 4 Min Read

Azərbaycan ordusu öz tarixi hərbi zəfəri ilə yalnız ölkəmizin deyil, həm də bütün Cənubi Qafqazın gələcək taleyini dəyişməyə nail olub… Ona görə də, indi Azərbaycanın geopolitik siyasi iradəsi Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasında həlledici faktordur…

Azərbaycan öz tarixinin ən parlaq hərbi qələbəsinin növbəti ildönümünü qeyd etməyə hazırlaşır. Belə ki, bir neçə gündən sonra – 27 sentyabrda 44 günlük İkinci Qarabağ savaşının başlanmasından 5 il ötmüş olacaq. Bu önəmli tarix Azərbaycan dövləti və xalqı üçün strateji xarakter daşıyır. Çünki məhz həmin Azərbaycan ordusu ölkəmizin 30 iləyaxın bir müddətdə Ermənistanın işğalı altında olan ərazilərini azad etmək üçün əks-hücum əməliyyatlarına başladı. Və tarixi hərbi zəfər qazanaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə nail oldu.

Onu da qeyd etmək lazımdır ki, üzərindən cəmisi beş il ötdükdən sonra 44 günlük bu müharibənin əhəmiyyəti və qaçılmazlığı indi daha yaxşı anlaşılır. Belə ki, məhz Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və beynəlxalq məkanda bu məsələ ilə bağlı davamlı saxtakarlığı problemin həll üçün müharibədən başqa çıxış yolu buraxmırdı. Çünki rəsmi İrəvan Azərbaycana qarşı uzun illər ərzində apardığı düşmənçilik siyasətindən geri çəkilmək niyyətində deyildi. Azərbaycanın tarixi ərazisi olan Qarabağa ermənilərin çar Rusiyası tərəfindən köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başladılmış düşmənçilik siyasəti 200 ildən çox davam edirildi. Ermənilər Azərbaycan ərazisində məskunlaşdıqları dövrdən üzü bəri xalqımızın toponimlərini daim dəyişməyə, azərbaycanlıları isə mütləq əksəriyyəti təşkil etdikləri yaşayış məntəqələrindən sıxışdırıb, çıxartmağa çalışmışdılar.

Məsələ ondadır ki, hələ 1948-1956-cı illərdə indiki Ermənistan ərazisindəki öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq, Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdi. 1987-ci ildən başlayaraq, daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdi. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən-dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdi.

323243546645b9a0ad652aba73e092f9.jpeg (111 KB)

Digər tərəfdən, Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi dövrdə saysız-hesabsız yaşayış məntəqələri dağıdılmışdı, dinc əhali amansızcasına qətlə yetirilmişdi. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni terrorizminin və faşizminin əsl simasını göstərir. Ermənilərin dinc azərbaycanlılara qarşı törətdikləri çoxsaylı qətliamlar içərisində Xocalı soyqırımı xüsusi qəddarlığı ilə seçilir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı törətmişdi. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmuşdü, 8 ailə tamamilə məhv edilmişdi, 25 uşaq hər iki valideynini, 130 nəfər isə valideynlərindən birini itirmişdi, minlərlə müxtəlif yaşlı dinc sakin aldığı güllə yaralarından əlil olmuşdular.

Əslində, 44 günlük İkinci Qarabağ müharibəsini qaçılmaz edən əsas amillərin sırasında beynəlxalq təşkilatların riyakar “ikili standartlar” siyasəti də yer alır. Münaqişəsinin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏT-in Minsk Qrupu 29 illik fəaliyyəti ərzində problemin həllinə yox, onun daha da qəlizləşdirilməsinə çalışmışdı və bu səbəbdən də uzun illər ərzində aparılan davamlı danışıqlar nəticəsiz qalmışdı. Çünki Minsk Qrupu və onun həmsədrləri işğalçı Ermənistanla, işğala məruz qalan Azərbaycan arasında paralel yanaşmaya üstünlük verirdi və nəticədə beynəlxalq qətnamələr kağız üzərində qalırdı.

Rəsmi Bakı isə daim beynəlxalq hüquq normalarına sadiq qalaraq, münaqişənin sülh danışıqları vasitəsilə həllinə çalışırdı. Halbuki, BMT işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirırdı, münaqişə tərəflərini sülhə çağıran bəyanatlarla kifayətlənirdl. Ona görə də, BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il ərzində icra olunmayaraq, kağız üzərində qalmışdı. Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən sülh danışıqları prosesi məhz Ermənistanın destruktiv mövqeyi ucbatından nəticə verməmişdi.

200070000445_363282.jpg (135 KB)

Eyni zamanda, Ermənistan Azərbaycanı yeni müharibəyə təhrik edən hərbi təxribatları da israrla davam etdirirdi. Belə ki, 30 il ərzində Ermənistan işğalçı siyasətindən geri çəkilmədi, Azərbaycan ərazilərində hərbi təxribatlar törədirdi, qoşunların təmas xətti boyunca yaşayan dinc əhaliyə mütəmadi olaraq, atəş açırdı, vətəndaşlarımızın təhlükəsiz yaşamaq hüquqlarını kobud şəkildə pozurdu. 2016-cı ilin aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bütün dünyaya öz ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlanması ilə heç bir halda, barışmayacağının qətiyyətli mesajını verdi. Ancaq Ermənistan bu döyüşlərdən də nəticə çıxarmadı, Azərbaycana qarşı hərbi diversiyaları davam etdirdi.

Təbii ki, Ermənistanın hərbi təxribatları Azərbaycan dövlətinin “səbir kasası”nı doldurdu. Belə ki, 27 sentyabr 2020-ci ildə atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu bütün cəbhə boyu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməyə çalışdı. Cəbhə xəttinə yaxın yaşayış məntəqələrini artilleriya atəşinə tutaraq, Azərbaycana qarşı növbəti hərbi təcavüzə başladı. Nəticədə, hərbi qulluqçular ilə yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən də iki azyaşlı uşaq həlak oldu. Ona görə də, Ermənistanın bu hərbi təxribatının qarşısını almaq və ərazilərimizin işğal altında qalmasına son qoymaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev dərhal bütün cəbhəboyu əks-hücuma keçmək əmri verdi.

4fd7b03a51498f2b26efda3849a0b81c.jpg (117 KB)

Beləliklə də, Azərbaycan ordusu ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda tarixi hərbi əməliyyatlara başladı. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri müzəffər Azərbaycan ordusu tərəfindən azad edildikdən dərhal sonra – noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə birgə bəyanat imzaladılar. 44 günlük bu müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına birdəfəlik son qoydu.

Azərbaycan artıq öz ərazi bütövlüyünü tamamilə bərpa edib. Erməni terrorizmi darmadağın olunub. Azərbaycan ordusu bu tarixi hərbi zəfərlə yalnız ölkəmizin deyil, həm də bütün Cənubi Qafqazın gələcək taleyini dəyişməyə nail olub. Belə ki, bundan sonra Azərbaycanın geopolitik siyasi iradəsi Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasında həlledici faktordur. İndi Ermənistan deyil, bu regionda maraqları olan kənar güclər də rəsmi Bakının Cənubi Qafqazda şəriksiz liderlik statusu ilə barışmaq məcburiyyətindədir. Və güclü Azərbaycan regionun dinc inkişaf perspektivlərinin prinsipial, qətiyyətli qarantıdır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Dünya liderləri ABŞ-dadır – “İlham Əliyevin sessiyada iştirakı…”

Next

Maliyyə nəhəngləri Azərbaycanın qapısını döyür – dünyanın gözü Bakıda

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv