Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Əyalətlərdən Bakıya axının sirri açıldı

By Vüsal Rafiqoğlu
10.10.2025 3 Min Read

Rəsmi statistikaya əsasən, təkcə 2025-ci ilin ilk yarısında 20 mindən çox insan rayonlardan paytaxta köçüb – bu, son illərin “rekord” göstəricisidir…

Azərbaycanda bəzi rayonlarda iqtisadi həyat demək olar ki, tam dayanıb. Dövlət Statistika Komitəsinin (DSK) son hesabatı bölgələr üzrə dərin sosial-iqtisadi fərqləri bir daha üzə çıxarıb. Rəqəmlər göstərir ki, yeni iş yerlərinin əksəriyyəti Bakı və Abşeron iqtisadi zonasında açılır, regionlarda isə işsizlik artmaqda davam edir.

Statistikaya görə, Kəngərli və Ordubad rayonlarında 2025-ci ilin ilk yarısında bir dənə də yeni iş yeri yaradılmayıb. Eyni dövrdə Sədərək və Culfa rayonlarında cəmi 1, Babək rayonunda isə 2 yeni iş yeri açılıb.

İqtisadi aktivliyin zəif olduğu digər bölgələr sırasında Xızı (7), Daşkəsən (8), Şahbuz, Ucar və Zəngilan (hər birində 11) rayonları qeyd olunur. Bu göstəricilər həmin ərazilərdə demək olar ki, heç bir yeni iqtisadi fəaliyyətin olmadığını göstərir.

İlin ikinci rübündə isə mənzərə daha da ağırlaşıb – sıfır göstəricili rayonların siyahısına Sədərək də əlavə olunub. Həmin dövrdə Şuşa, Naftalan, Daşkəsən, Xızı, Babək və Culfa kimi 6 rayon və şəhərdə cəmi 1 yeni iş yeri, Masallıda isə 5 iş yeri açılıb.

Rəsmi məlumatlarda əksini tapan bu göstəricilər yalnız qeydiyyatda olan iş yerlərini əhatə edir. Halbuki bölgələrdə minlərlə insan nə rəsmi işsiz kimi qeydiyyatdan keçir, nə də sosial dəstək ala bilir. Çünki məşğulluq idarələrində qeydiyyat həm bürokratik əngəllərlə, həm də çox cüzi məbləğdə müavinətlərlə müşayiət olunur.

İqtisadçılar hesab edirlər ki, rayonlarda sənaye müəssisələrinin olmaması, kənd təsərrüfatında zəif təşkilatlanma və dövlət sifarişli istehsal proqramlarının dayandırılması bu vəziyyətin əsas səbəblərindəndir.

Xalid Kərimli: Bu Naxçıvan üçün çox uğurlu mode...

 Xalid Kərimli

İqtisadçı Xalid Kərimli “Yeni Müsavat”a bildirib ki, ölkədə yeni iş yerlərinin açılması ilə yanaşı, bir çox müəssisələr də bağlanır: “Vacib məsələ bazar balansının qorunmasıdır. Bağlanan iş yerləri açılanlardan çoxdursa, problem qaçılmaz olur. Digər tərəfdən, yeni açılan iş yerlərində maaşlar çox zaman aşağı olur, bu isə sosial vəziyyəti yaxşılaşdırmır. Qeyri-neft sektoru hələ də yetərincə inkişaf etməyib. Adambaşına düşən ÜDM göstəricisi aşağıdır. İnsanlar məhz bu səbəbdən kütləvi şəkildə Bakıya, hətta Rusiyaya üz tutur”.

Ekspert xüsusilə Naxçıvanın acınacaqlı vəziyyətinə diqqət çəkib: “Muxtar respublika faktiki blokadadadır, ora nə investor gəlir, nə də istehsal mühiti formalaşır. Zəngəzur dəhlizi açılandan sonra müəyyən canlanma ola bilər, amma hələlik vəziyyət çox ağırdır”.

Deputat Fazil Mustafa hesab edir ki, iqtisadi aktivliyin artması üçün real sahibkarlıq mühiti formalaşdırılmalıdır: “Əlverişli faizlə kredit götürmək, məhkəmə sisteminin sahibkarı qoruması, qeyri-rəsmi yoxlamaların qarşısının alınması əsas şərtlərdir. Mülkiyyətə toxunulmazlıq təmin edilməlidir ki, sahibkar sərmayəsini risk etmədən yatırmağa cəsarət etsin. Dövlət sahibkar qədər istehsalın inkişafını təmin edə bilməz. İnhisarçılıq meylləri azaldılmalı, bazar hər kəs üçün açıq olmalıdır. Əgər bu mexanizmlər işləsə, azərbaycanlı sahibkar çox qısa müddətdə iqtisadi fəallığı bərpa edə bilər”.

Natiq Cəfərli bu dairədə imzatoplama kampaniyasına başlayıb | Modern.az

Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli isə problemin kökündə idarəetmə və investisiya mühiti ilə bağlı sistemli çatışmazlıqların dayandığını bildirir: “Bölgələrdə iqtisadi fəallığın yaranması üçün dövlətin zavod tikməsinə ehtiyac yoxdur. Hökumət elə şərait yaratmalıdır ki, yerli və xarici investor özü gəlib zavod və fabrik tiksin. Bu gün əsas problem vergitutma, gömrük və idarəetmə sistemlərindəki xaosdur. İcra hakimiyyətləri biznesə əngəllər yaradır. Əgər siyasi, hüquqi və iqtisadi islahatlar aparılsa, regionlarda investisiya axını və iş yerləri artar”.

Rəsmi statistikaya əsasən, təkcə 2025-ci ilin ilk yarısında 20 mindən çox insan rayonlardan Bakıya köçüb – bu, son illərin rekord göstəricisidir. Əgər bu tendensiya davam etsə, yaxın illərdə bölgələrin sosial infrastrukturu tamamilə çökə, kəndlər boş qala bilər.

Reallıq odur ki, iş yerləri Bakıda açılır, amma işsizlər bölgələrdə qalır. Rayonlardan Bakıya axının “sirri” sadədir – insanlar, sadəcə, yaşamaq və dolanmaq üçün qaçırlar.

2025-ci il avqustun 1-nə olan rəsmi məlumata görə, iqtisadi fəal əhali sayı 5 milyon 355,4 min nəfərdir. Onlardan məşğul əhali 5 milyon 74,2 min nəfər, işsiz əhali isə təxminən 281,2 min nəfər təşkil edib, yəni işsizlik səviyyəsi 5,2% civarındadır.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Liderlər arasında dostluq jesti — İlham Əliyev və Putin qucaqlaşdı

Next

Qarabağa qayıdanların evləri kimlərə veriləcək? – VİDEO

Xəbər lenti

  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026
  • Pensiya yaşına yaxın şəxslərin işdən çıxarılmasına qadağa? – SON DƏQİQƏ AÇIQLAMASI 15.07.2026
  • “Jamestown”: Bakı fon der Lyayenin səfərindən sonra Aİ-dən praktiki addımlar gözləyir 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv