Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Paşinyan bir söz deyir, naziri isə… – Mirzəyan adını dəyişəcəkmi?

By Vüsal Rafiqoğlu
18.10.2025 2 Min Read

Ermənistan xarici işlər naziri Ararat Mirzəyan yenə Bakıya qarşı ikibaşlı və arqumentsiz danışıb. Nazir bildirib ki, İrəvan Azərbaycanın sülh sənədinin imzalanması üçün konstitusiya ilə bağlı şərtini qəbil etmir, “ona görə ki, Ermənistan konstitusiyasında heç bir dövlətə ərazi iddiası yoxdur”. Ardınca isə deyib ki, artıq yeni konstitusiya ilə bağlı işlər yekunlaşmaq üzrədir. Yəni əslində Bakının tələbinin haqlı olduğunu dolayısıyla etiraf edib.

Sitata diqqət: “Onlar (Azərbaycan tərəfi – red.) hesab edirlər ki, konstitusiyamızda problem var. Bu, onların fikridir. Konstitusiyaya dəyişiklik etməyimizi istəyirlər. Bu şərti qəbul etmirik. Bizim konstitusiyaya dəyişiklik etmək və ya yeni konstitusiya qəbul etmək kimi gündəliyimiz var. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı heç nə yoxdur. Azərbaycan tərəfinin dediyi problem, sadəcə, mövcud deyil. Lakin biz 2018-ci ildən Ermənistanın Konstitusiyasına dəyişiklik və ya yenisinin qəbul edilməsindən danışırıq. Komissiya artıq işini başa çatdırır və çox güman ki, 2026-cı il parlament seçkilərindən sonra bu məsələ ilə bağlı referendum keçirəcəyik”…

Əlbəttə, son dərəcə kritik parlament seçkiləri ərəfəsi rəsmi İrəvanın daxildə özü haqda Bakının haqlı tələbləri əsasında hərəkət etməyən tərəf görüntüsü yaratmaq istəməsi anlaşılandır. Bu da reallıqdır ki, radikal-revanşist müxalifət, kilsə və erməni lobbisi məqsədli şəkildə həmin tezisi “istismar” edərək, ictimai rəydə hakimiyyəti gözdən salmağa çalışır. Guya Paşinyan Bakı və Ankaranın təzyiqi və gündəliyi ilə hərəkət edir.

Halbuki söhbət hansısa təzyiqdən, yaxud diktədən yox, Ermənistanın, nəhayət, avantürist siyasətdən tamamən əl çəkməsi və təhlükəsiz mövcud olması üçün çoxdan atmalı olduğu bir neçə hüquqi addımdan gedir. İqtidarda Paşinyan komandası olsa da buna getməli olacaqlar, olmasa da. Əks halda, blokada da daxil, nələrin baş verəcəyini gərək ki, bilməmiş deyillər…

Yəni cürbəcür demaqogiyaya rəğmən, gerçək dəyişmir: konstitusiya dəyişməlidir. Orada isə nəinki Azərbaycana, həmçinin qardaş Türkiyəyə ərazi iddiası var. Bu, hətta dövlət gerbində də əksini tapıb – “Ararat” (Ağrı dağı) simvolu şəklində (Elə Mirzəyanın öz adı da ərazi iddiasının ictimai şüurda “daşlaşmasından” xəbər verir).

Bu xüsusda hələ ki, yeganə pozitiv yenilik odur ki, noyabrın 1-dən sərhəd keçid məntəqələrində sənədlərə vurulacaq ştamplarda daha Ağrı dağı mənzərəsi olmayacaq. Amma daha vacibi şəkk-şübhəsiz, ölkə konstitusiyanı beynəlxalq hüquqa uyğunlaşdırmaqdır.

Bunu həm də Nikol Paşinyanın təbliğ etdiyi “Real Ermənistan” paradiqması tələb edir. Axı qonşusunun torpağında gözü olduğunu gizlətməyən biri ilə normal qonşuluq necə mümkün ola bilər? Odur ki, buyursunlar səmimi olduqlarını bütün dünyaya sübut eləsinlər…

Yeri gəlmişkən, bu gün baş nazir öz xalqa müraciət edərək, ermənilərin tarixdən dərs götürməli olduğunu bildirib. “Keçmiş səhvlərin təkrarlanmaması üçün oxumaq, öyrənmək və tarixdən nəticə çıxarmaq” çağırışını edib.

“Tariximiz bizə deyir: mənim səhvlərimi təkrarlamayın. Bunun qarşısını almaq üçün biz oxumalı, öyrənməli və öz tariximizi dərindən dərk etməliyik”, – Paşinyan vurğulayıb və əlavə edib ki, “Real Ermənistan” ideologiyası və “Dördüncü Respublika” konsepsiyası məhz erməni xalqının tarixi təcrübəsindən və keçdiyi yollardan qaynaqlanır”.

Ancaq Ermənistanda hansı respublika qurulur-qurulsun, o, əvvəlkilərdən fərqli olaraq yalnız sülhpərvər olmalıdır. Yəni tarixin dərslərindən həqiqətən ciddi nəticə çıxarmaq zamanı çatıb. Əks təqdirdə “dördüncü respublika” yaransa belə, sonuncu olacaq…

Analitik xidmət,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezidentdən Şamil Rzayevlə bağlı SƏRƏNCAMFOTO

Next

“Naxçıvan duzu” adı ilə satılan palçıqlı kristallar – bazarlarda gizli təhlükə – FOTOLAR

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv