Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

“Naxçıvan duzu” adı ilə satılan palçıqlı kristallar – bazarlarda gizli təhlükə – FOTOLAR

By Vüsal Rafiqoğlu
18.10.2025 3 Min Read

Tez-tez rast gəldiyimiz mənzərələrdən biri də bazarlarda kisələrdə açıq şəkildə duz satılmasıdır. “8-ci km bazarı” kimi tanınan ticarət məkanında da bu mənzərə dəyişmir. Ağ rəngli kisələrdə torpaq və palçıqla qarışmış iri duz parçaları diqqət çəkir.

Yaxınlaşıb qiyməti və mənşəyi ilə maraqlanırıq. Satıcı duz kristalından kiçik bir hissəni qoparıb göstərir və bildirir ki, “Naxçıvandan gətirilib”.

“Kilosu 2 manatdır. Bu duz çox faydalıdır, astmaya da xeyri var. Camaat bunu alıb evdə saxlayır ki, astma xəstəsi rahat nəfəs alsın. Düzdür, palçıqlıdır, amma istifadə etməzdən əvvəl su ilə yuyub yeməyə qatmaq lazımdır. Dadı çox gözəldir”, – deyə satıcı iddia edir.

WhatsApp Image 2025-10-18 at 15.21.27.jpeg (118 KB)

Lakin ilk baxışdan belə aydın olur ki, duzun içərisində torpaq, qum və digər qarışıqlar var. Satıcının məsləhətinə görə “duzu yuyub istifadə etmək” məntiqli görünsə də, mütəxəssislər bunun tam əksini deyirlər.

“Artıq təmiz kristal duz resursları tükənib”

eyyub son.PNG (353 KB)

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a açıqlamasında bildirib ki, Naxçıvanda duz əmələ gəlmə prosesi bir vaxtlar aktiv olsa da, indi həmin təbii resurslar demək olar ki, tükənib:

“Artıq təmiz kristal ağ duz resursları bitib. İndi orada duza çevrilməmiş qaya parçaları qalır. Təsadüfi deyil ki, bu duzları suda qarışdıranda dibində çöküntü yaranır. Mən bu duzların istifadəsini birmənalı şəkildə düzgün hesab etmirəm. Əgər insanlar bu duzdan istifadə edirlərsə, onu əvvəlcə çökdürüb təmiz suyunu istifadə etsinlər. Birbaşa yeməyə qatmaq olmaz. Bu, sağlamlıq üçün təhlükəlidir”.

E.Hüseynov duz bazarında başqa bir ciddi saxtakarlıq faktına da diqqət çəkib:

“İran duzları ölkəyə gətirilir, amma “Ukrayna duzu” adı ilə qablaşdırılıb satılır. Halbuki Ukraynadan uzun müddətdir Azərbaycana duz gətirilmir. Zavodlar bağlanıb. Qərb bölgəsində bu saxtakarlıq geniş yayılıb. Mən bu məsələ ilə bağlı yaxın günlərdə AQTA-ya məlumat verəcəyəm. Üzərində ukraynaca yazılmış saxta etiketlər əhali üçün aldadıcıdır”.

WhatsApp Image 2025-10-18 at 15.21.29.jpeg (207 KB)

“Bu duzlar qida üçün yox, texniki məqsədlər üçün istifadə olunur”

Bazarlarda və kənd yarmarkalarında “təbii Naxçıvan duzu” adı ilə satılan ağ-boz, palçıqlı kristalların çoxu, əslində, qida üçün deyil, texniki məqsədlərlə istifadə üçün nəzərdə tutulur. Qida təhlükəsizliyi mütəxəssislərinin fikrincə, belə məhsulların tərkibində ağır metallar, torpaq hissəcikləri, kimyəvi qalıqlar və mikroorqanizmlər ola bilər.

Bu duzların uzunmüddətli istifadəsi qaraciyər, böyrək və mədə-bağırsaq sisteminə mənfi təsir göstərə, dəri xəstəlikləri və allergik reaksiyalara səbəb ola bilər.

“Vətəndaşın özü duzu yuyub istifadə edə bilməz”

ZULFU.jpg (246 KB)

Tanınmış həkim Zülfüqar Yusifov isə bildirib ki, belə məhsulların yalnız sənaye şəraitində emal olunduqdan sonra istifadəsi mümkündür:

“Duz qida tələblərinə uyğun şəkildə təmizlənməli, yodlaşdırılmalı və qablaşdırılmalıdır. Vətəndaşın özünün evdə palçıqlı duzu yuyub emal etməsi qətiyyən yol verilən hal deyil. Belə məhsullar gigiyenik baxımdan təhlükəlidir”.

“Təbii görünür, amma təhlükəlidir”

Ekspertlər bildirirlər ki, yalnız “qida duzu”, “yodlaşdırılmış” və “təmizlənmiş” kimi etiketlənmiş, laborator nəzarətdən keçmiş duzlardan istifadə etmək lazımdır. Təbii görünüşü və “Naxçıvandan gətirilib” təqdimatı alıcıları cəlb etsə də, bu məhsulların sağlamlıq üçün real təhlükə mənbəyi ola biləcəyi istisna edilmir.

Qeyd edək ki, bu tip duzlar bəzi hallarda ayaq və bədən vannaları üçün məhdud şəkildə istifadə oluna bilər, lakin onların yeməyə, duzlamaya və ya bişirməyə qatılması qətiyyən məsləhət görülmür.

Şahanə Rəhimli
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Paşinyan bir söz deyir, naziri isə… – Mirzəyan adını dəyişəcəkmi?

Next

Payızın izləri bazarlara necə təsir edib: Qiymətlər qalxıb, yoxsa ucuzlaşıb?

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv