Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

İlahiyyatçıdan meyxana ilə bağlı QALMAQALLI açıqlama : Haramdır, həm də…

By Vüsal Rafiqoğlu
08.01.2026 2 Min Read

Son zamanlar inanclı kəsimin bir qismi meyxananın dini baxımdan haram olduğunu iddia edirlər.

İlahiyyatçı-alim, QMİ-nin əməkdaşı Samid Quliyevin mövzu ilə bağlı Musavat.com-a danışıb: Meyxana improvizasiya, ani düşüncə, bədahətən qafiyələndirmə və ritmik nitq bacarığı tələb edən şifahi poetik sənət növüdür. Elmi baxımdan o, şeir, poetik nəsr və bədii-bəlağətli nitq kateqoriyalarına yaxın hesab edilə bilər. İslamda söz, eyni zamanda əxlaqi və hüquqi məsuliyyət daşıyan bir aktdır”.

Ilahiyyatçı qeyd edir ki, meyxana çox vaxt ritmik nitq üzərində qurulduğu üçün burada musiqi məsələsi də gündəmə gəlir: “Musiqi məsələsi İslam elmlərində ixtilaflı məsələlər sahəsinə daxildir. Bir qrup alim musiqini insanı qəflətə və şəhvətə aparan vasitə olduğu hallarda qadağan etmiş, digər alimlər isə musiqinin insana təsiri və istifadə məqsədinə görə qiymətləndirilməli olduğunu bildiriblər. Bu yanaşmaya əsasən harama aparan və ibadətdən uzaqlaşdıran musiqi qadağan, əxlaqi və tərbiyəvi məzmun daşıyan səs və ritm isə mubah hesab edilə bilər.

Meyxana musiqi alətindən istifadə edilmədən, yalnız ritmik söz üzərində qurulduqda, bəzi alimlər tərəfindən şeirin fiqhi hökmünə yaxın qəbul edilib. Səhabələr dövründə də şeir mütləq qadağan olunmayıb, məzmununa görə dəyərləndirilib.
İslam hüququnda bir əməlin hökmü onun icra olunduğu mühitə, niyyətə və ictimai nəticələrinə görə müəyyən edilir”.

Samiq Quliyevin sözlərinə görə, əgər meyxana içki məclislərində, əxlaqsız davranışlarla birlikdə, təhqir və fitnə məqsədilə icra olunursa, bu halda “münkərə aparan vasitə” sayılaraq mənfi hökm alır: “Əksinə, maarifləndirici və islah yönümlü mühitdə, sosial ədalətsizliyi tənqid edən və əxlaqi dəyərləri təşviq edən məzmunda icra edildikdə, fiqhi hökm şəraitə bağlı olaraq mubah (bəyənilən) və ya caiz (icazəli) ola bilər.

İslamda haqqın və hikmətin harada deyilməsindən çox, necə və hansı məqsədlə deyilməsi əsasdır. Əgər meyxanada Allahın zikri, əxlaqi dəyərlər, fanilik, ölüm və haqq-hesab kimi mövzular hörmətli və ciddi üslubda ifadə olunursa, məzmun baxımından bu sözlər batil sayılmaz. Lakin burada iki risk mövcuddur:
Dinin alətə çevrilməsi: dini ifadələrin şəxsi nüfuz və alqış qazanmaq məqsədilə işlədilməsi ixlas prinsipinə ziddir.

S.Quliyev qeyd edir ki, ilahiyyat və fiqh baxımından meyxana bu çərçivədə qiymətləndirildikdə, onun nə mütləq haram, nə də halal hesab edilməsi mümkün görünmür: “İslam hüququnda əsas yanaşma zahiri formadan daha çox mahiyyətin əsas götürülməsidir. Buna görə də meyxananın fiqhi hökmü onun məzmunu, icra olunduğu mühit, icra edən şəxsin niyyəti və ictimai təsirləri nəzərə alınmaqla müəyyən edilir.

Ümumi fiqhi qənaət ondan ibarətdir ki, əxlaqlı məzmun, düzgün niyyət və sağlam mühit çərçivəsində icra olunan meyxana mubah və ya caiz sayıla bilər. Buna qarşılıq, əxlaqsız məzmun daşıyan, haram mühitlə müşayiət olunan və mənfi ictimai nəticələrə səbəb olan meyxana fiqhi baxımdan haram hökmünü alır.

Bu səbəbdən meyxana ümumi və dəyişməz bir hökmə tabe tutulmur; əksinə, konkret nümunələr və şəraitlər əsasında fiqhi qiymətləndirmə aparılır. Hökm bütövlükdə janra görə deyil, deyilən sözə, misraya, bəndə və onun ifadə etdiyi məna və nəticələrə görə verilir. Bu yanaşma İslam fiqhinin söz və sənət sahəsindəki çevik və mahiyyət mərkəzli metodologiyasını əks etdirir”.

Afaq Mirayiq,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ekspertdən sərnişin ölümü ilə bağlı SOS: “Niyə metroda şüşə baryerlər quraşdırılmır?!”

Next

Ali məktəblərə qəbulla bağlı NARAZILIQ: “Mövcud model gəncləri yanlış istiqamətə aparır”

Xəbər lenti

  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026
  • Pensiya yaşına yaxın şəxslərin işdən çıxarılmasına qadağa? – SON DƏQİQƏ AÇIQLAMASI 15.07.2026
  • “Jamestown”: Bakı fon der Lyayenin səfərindən sonra Aİ-dən praktiki addımlar gözləyir 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv