Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Region Xəbərləri

Su mənbələri hər bir ölkə üçün çox önəmlidir

By Vüsal Rafiqoğlu
14.01.2026 2 Min Read

Cari ilin yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” na həsr olunan müşavirə keçirilib. Dövlət Proqramı müvafiq ərazilərdə su təchizatı və tullantı suları sistemləri infrastrukturunun inkişaf etdirilməsi, intensiv yağışlar zamanı subasma risklərinin azaldılması, fasiləsiz və dayanıqlı su təminatının gücləndirilməsi məqsədilə hazırlanıb.

Dövlət Proqramı 2026−2035-ci illəri əhatə etməklə iki mərhələdə həyata keçiriləcək. 2026−2030-cu illəri əhatə edən birinci mərhələdə su və kanalizasiya infrastrukturu yenidən qurulacaq. Bu çərçivədə mövcud infrastrukturun əsaslı təmiri və yenilənməsi, yağış sularının idarə olunması və tullantı sularının təkrar istifadəsi üzrə müasir texnologiyaların tətbiqi, “ağıllı su şəbəkələri”nin qurulması və ekoloji təhlükəsizliyin təmin olunması nəzərdə tutulur. Bu mərhələdə mərkəzləşdirilmiş kanalizasiya sistemi olmayan ərazilərdə yeni infrastruktur yaradılacaq, eləcə də su şəbəkələrində itkilərin aşkarlanması və azaldılması üçün tədbirlər görüləcəkdir.

2031−2035-ci illəri əhatə edən ikinci mərhələdə yeni su anbarlarının və nasos stansiyalarının tikintisi, su təchizatının fasiləsizliyinin təmin olunması və müasir xidmət modellərinin tətbiqi prioritet istiqamətlər kimi müəyyən ediləcək. Bu məqsədlə mövcud su təchizatı və kanalizasiya şəbəkələri daha da genişləndiriləcək, yağış sularının təkrar istifadəsi üçün yeni layihələr həyata keçiriləcək və ətraf mühitin qorunması istiqamətində tədbirlər görüləcək.

Dövlət Proqramının icrası nəticəsində içməli su mənbələrinin dayanıqlılığının artırılması, su anbarlarının, eləcə də supaylayıcı şəbəkələrin inkişaf etdirilməsi, suyun uçot sisteminin təkmilləşdirilməsi, yağış və tullantı suları sistemlərinin yenilənməsi və alternativ su mənbələrinin istifadəyə cəlbinə nail olunması nəzərdə tutulur. Dövlət Proqramında, həmçinin Bakı şəhərinin Baş planı ilə uzlaşdırılaraq, uzunmüddətli strateji hədəflər və icra mexanizmləri müəyyən edilib.

Azərbaycan lideri sözügedən Dövlət Proqramına həsr olunan müşavirədə Proqramın icrasına xüsusi diqqət çəkərək qeyd edib ki, sənədin həyata keçirilməsi üçün maliyyə mənbələri artıq müəyyənləşdirilib. Proqram həm dövlət büdcəsi, həm də xarici kreditlər hesabına maliyyələşdiriləcək. İcra çərçivəsində təxminən 30 yeni su anbarının tikintisi nəzərdə tutulur ki, bu da genişmiqyaslı infrastruktur layihələrinin reallaşdırılması deməkdir.

Eyni zamanda, sayğaclaşdırmanın 100 faizə çatdırılması planlaşdırılır. Hazırda fasiləsiz içməli su ilə təmin olunan əhalinin payı 70 faiz təşkil etdiyi halda, Proqramın icrası nəticəsində bu göstəricinin 95 faizə yüksəldilməsi hədəflənir. Layihənin həyata keçirilməsi Bakı, Sumqayıt, Abşeron rayonu və 64 yaşayış məntəqəsində su təchizatının əhəmiyyətli dərəcədə yaxşılaşmasına imkan verəcək. Bununla yanaşı, 200 kilometrdən artıq magistral kanalların və eyni həcmdə paylayıcı şəbəkələrin tikintisi və yenidən qurulması nəzərdə tutulur.

Müşavirədə müzakirə olunan məsələlərdən biri də su itkiləri ilə bağlı olub. Dövlət başçısının fikrincə, əgər itkilər aşağı səviyyədə olsaydı, hətta mövcud su ehtiyatı ölkə üçün kifayət edərdi. Bildirilib ki, əhalinin çoxalması və sənayenin inkişafı suya olan tələbatı da artırır. Bütün bunlar nəzərə alınaraq, itkilərin kəskin azaldılması əsas məsələlərdən biridir. Bu gün bu sahədə itkilər təqribən 40-45 faizdir və proqramın icrası nəticəsində bunun, kəskin azaldılması nəzərdə tutulur.

İlk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodunun inşa olunması isə Abşeron yarımadasının su təminatında yeni mərhələnin başlanğıcıdır. Xarici investisiyalar hesabına həyata keçiriləcək bu layihə həm içməli su ehtiyatlarını artıracaq, həm də kənd təsərrüfatı üçün əlavə imkanlar yaradacaq”.

Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəbin Təlim tərbiyə işləri üzrə direktor müavini Sənan Əliyev

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İmişlidə heyvan satışı bazarı açılıb

Next

Bakıya yağış, rayonlara qar yağacaq – PROQNOZ

Xəbər lenti

  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026
  • Pensiya yaşına yaxın şəxslərin işdən çıxarılmasına qadağa? – SON DƏQİQƏ AÇIQLAMASI 15.07.2026
  • “Jamestown”: Bakı fon der Lyayenin səfərindən sonra Aİ-dən praktiki addımlar gözləyir 15.07.2026
  • XİN-dən azərbaycanlılara xəbərdarlıq: Qara dənizdəki gəmilərdə işləməyin! 15.07.2026
  • Gözlənilən hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT EDİLDİ 15.07.2026
  • Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ 15.07.2026
  • Zəngəzur dəhlizində rus rəhbər – Sokolovun DOSYESİ 15.07.2026
  • Prezidentdən ÖNƏMLİ FƏRMAN 15.07.2026
  • İlham Əliyev sərəncam imzaladı 15.07.2026
  • Prezident bu qurumun səlahiyyətlərini artırdı 15.07.2026
  • Beyləqanda “pambıqla baş kəsirlər” – Fermerlərə zərbə 15.07.2026
  • DSMF ilk yarım ildə bu qədər müavinət və təqaüd ödəyib 15.07.2026
  • İşğalla barışan uduzur, hüquq qalib gəlir-Prezidentin verdiyi mesajlar… 15.07.2026
  • Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda çıxışı: Azərbaycanın qlobal gündəliyə baxışı və müasir media çağırışları 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv