Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Azərbaycanda yeni TREND? – Kişinin arvadın soyadını götürməsinə ŞOK reaksiyalar

By Vüsal Rafiqoğlu
09.04.2026 4 Min Read

Azərbaycanda son 3 il ərzində 200 nəfərə yaxın kişinin nikaha daxil olarkən həyat yoldaşının soyadını götürməsi ilə bağlı yayılan məlumat cəmiyyətdə ciddi rezonans doğurub. Bu statistika ictimai müzakirələrin mərkəzinə çevrilərək həm sosial, həm də mədəni baxımdan fərqli yanaşmaların üzə çıxmasına səbəb olub.

Musavat.com bildirir ki, xüsusilə sosial şəbəkə platformalarında bu məsələ geniş şəkildə müzakirə olunur. İstifadəçilərin böyük əksəriyyəti bu addımın Azərbaycan mentalitetinə uyğun gəlmədiyini bildirir, onu ənənəvi ailə modelindən kənar davranış kimi qiymətləndirir. Digər tərəfdən isə bu seçimi fərdi hüquq və azadlıqlar çərçivəsində dəyərləndirənlər də var ki, onlar məsələni şəxsi qərar və ailədaxili razılaşma kimi qəbul etməyin daha doğru olduğunu vurğulayırlar.

Sosioloq Üzeyir Şəfiyev mövzu ilə bağlı Musavat.com-a danışıb. O, bu məsələnin Azərbqaycan cəmiyyəti üçün qəbuleidlməz olduğunu deyib: “Əslində, bu, Azərbaycan cəmiyyəti üçün xarakterik deyil. Azərbaycan cəmiyyəti kişi mərkəzli, ənənəvi struktur üzərində formalaşdığı üçün bu cür məsələlər cəmiyyət tərəfindən birmənalı qarşılanmır və geniş qəbul edilmir. Üstəlik, bu addımın özü də çoxları tərəfindən doğru hesab olunmur. Kişi ailə qurarkən niyə qadının soyadına keçməlidir? Əgər burada hansısa rasional, hüquqi və ya praktik əsaslandırılmış məqsəd yoxdursa və bu addım sırf emosional səbəblərlə atılırsa, bu, təəssüf doğuran bir tendensiya kimi qiymətləndirilə bilər. Belə yanaşma milli-mənəvi dəyərlərimiz, arxetiplərimiz və cəmiyyətin formalaşmış düşüncə sistemi baxımından arzuolunan sayılmır.

Hər bir cəmiyyətin özünəməxsus xarakteri, daxili nizamı və özünü tənzimləyən qaydalar sistemi var. Bu sistem əsrlər boyu formalaşır və müəyyən sosial normalar, ənənələr və davranış modelləri ilə qorunur. Hər xalqın özünə məxsus dəyərlər çərçivəsi mövcuddur və bu çərçivə daxilində baş verən dəyişikliklər də müəyyən hədlər daxilində qəbul olunur. Bu baxımdan sual yaranır: niyə cəmiyyətimiz bu qədər deformasiyaya uğramalıdır? Bu proses hansı sosial və ya mədəni tendensiyanın nəticəsidir?

Hesab edirəm ki, bu, doğru istiqamətdə atılmış addım deyil. Son dövrlərdə cəmiyyətdə baş verən dəyişikliklər, xüsusilə də insanların sosial davranışlarında müşahidə olunan transformasiyalar müəyyən narahatlıqlar doğurur. Bu dəyişikliklərin təsadüfi yoxsa məqsədli şəkildə baş verməsi də ayrıca müzakirə mövzusudur. Əgər bu proseslər məqsədli şəkildə yönləndirilirsə, bu, daha ciddi suallar doğurur. Əgər sadəcə emosional və fərdi qərarların nəticəsidirsə belə, yenə də cəmiyyətin dəyərlər sistemi baxımından arzuolunan bir istiqamət kimi görünmür və təəssüf hissi doğurur”.

“Təmiz Dünya” Qadınlara Yardım ictimai Birliyinin sədri Mehrban Zeynalova isə bildirib ki, bu məsələnin müzakirə obyektinə çevrilməsinin mərkəzində əsasən stereotiplər dayanır: “Eyni zamanda, kişinin qadının soyadını götürməsi bəzən yanlış şəkildə “əmlaka çevrilmə”, “tabeliyə keçmə” və ya güc balansının dəyişməsi kimi yozulur. Məsələn, müşahidə edirik ki, bəzi hallarda qadınlar ailə qurarkən kişinin soyadını götürmədikdə ciddi təzyiqlərlə üzləşir, hətta buna məcbur edilirlər. Yəni bunun arxasında duran əsas stereotip “qadın mənə məxsusdur” düşüncəsidir. Bu stereotipin təsiri altında bəzi kişilər belə hesab edir ki, əgər hansısa kişi qadının soyadını götürübsə, deməli, həmin qadın onu öz “əmlakı”na, tabeliyinə alıb.

“Mentalitet” deyiləndə də çox vaxt yalnız soyad məsələsi önə çəkilir. Halbuki bəlkə də kimsə öz soyadını bəyənmir, yaxud ailədə soyadların eyni olması ilə bağlı praktiki səbəblər yaranır və nəticədə kişi qadının soyadını götürür. Amma cəmiyyətdə dərhal bu addıma stereotip yanaşma tətbiq olunur”.

Mehriban Zeynalovanın sözlərinə görə, cəmiyyətimizdə hələ də qadın-kişi bərabərliyi tam olaraq mövcud deyil: “Bir dəfə kişilər arasında sorğu keçirmişdim. Əksəriyyət deyirdi ki, qadın və kişi bərabərliyinə normal yanaşırlar. Lakin sorğunun dərinliyinə getdikdə aydın olurdu ki, bu “bərabərlik” müəyyən şərtlərlə qəbul edilir. Onlar bildirirdilər ki, qadın kişi ilə hesablaşmalıdır, onunla məsləhətləşməlidir, müəyyən qərarları onun razılığı ilə verməlidir. Əlbəttə, mən də tərəfdarıyam ki, ailədə bütün məsələlər birgə müzakirə olunsun və qərarlar ortaq şəkildə qəbul edilsin. Lakin problem ondadır ki, bərabərlikdən danışanlar eyni zamanda şərtlər irəli sürürlər və bu, artıq bərabərlik anlayışının zədələnməsi deməkdir. Bu yanaşma daha çox “mülkiyyət”, “məxsusluq” və nəzarət simvolu kimi çıxış edir.

Əgər kişilər qadınların təhsil və karyera sahəsində bərabərliyini qəbul edirlərsə, bu məsələni də eyni normalıqla qarşılamalıdırlar. Necə olur ki, kişilərin əmək haqqısı qadınlardan yüksək olanda bu vəziyyət qəbul edilir, amma əksinə olduqda problem yaranır? Hələ də bir çox kişi düşünür ki, qadın ondan çox qazanmamalıdır, mütləq onun soyadını götürməlidir və öz soyadında qala bilməz. Bu isə açıq şəkildə bərabərlik prinsipinin pozulmasıdır.

Bu kimi yanaşmalar göstərir ki, cəmiyyətdə gender bərabərliyi anlayışı hələ də tam və düzgün şəkildə qəbul olunmayıb və bir çox hallarda insanlar buna hazır deyil. Halbuki qanunvericilik açıq şəkildə gender bərabərliyini təmin edir. Qanuna görə, hər kəs bərabərdir və bu bərabərlik ailə münasibətlərində də öz əksini tapmalıdır.

Soyad məsələsi də ailədaxili razılaşma əsasında həll olunmalı bir mövzudur və burada heç bir utancverici məqam yoxdur. Əksinə, bu məsələnin cəmiyyət tərəfindən bu qədər mübahisə predmetinə çevrilməsi özü utancvericidir”.

Xatırladaq ki, Azərbaycanda bu ilin ilk 3 ayında 6 kişi nikaha daxil olan zaman həyat yoldaşının soyadını qəbul edib. “Report”a Ədliyyə Nazirliyindən verilən məlumata görə 2025-ci ildə 52, 2024-cü ildə 62, 2023-cü ildə isə 109 kişi nikaha daxil olan zaman həyat yoldaşının soyadını götürüb.

Xalidə Gəray,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi

Next

İlk rübdə 10 min uşağa reabilitasiya xidmətləri göstərilibFOTO

Xəbər lenti

  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv