Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

TDT-nin yaranması və inkişafında Azərbaycan lokomotiv rolunda

By Vüsal Rafiqoğlu
15.05.2026 3 Min Read

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının nüfuzunu və birliyini möhkəmləndirmək yönündə səylərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edib.

Özbəkistan Prezidenti bunu Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bildirib.

“Təşkilatımızın nüfuzunu və birliyini möhkəmləndirmək yönündə böyük səylər göstərən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmərəli sədrliyə görə səmimi minnətdarlığımı ifadə edirəm”, – deyə Şavkat Mirziyoyev qeyd edib.

Musavat.com xəbər verir ki, türk dünyasında inteqrasiya prosesləri son illərdə daha da sürətlənib və bu istiqamətdə ən mühüm platformalardan biri Türk Dövlətləri Təşkilatı hesab olunur. Xüsusilə, Azərbaycanın təşkilata sədrliyi dövründə əməkdaşlığın dərinləşdirilməsi, siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə əlaqələrin genişlənməsi türk dövlətləri arasında münasibətləri yeni inkişaf mərhələsinə çıxarıb.

Özbəkistan prezidentinin Türk Dövlətləri Təşkilatının nüfuzunu və birliyini möhkəmləndirmək yönündə səylərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə etməsi təsadüfi deyil. Çünki TDT-nin yaranması prosesinin ideoloji və siyasi mərkəzində Azərbaycan Prezidenti İlham Əliyev dayanıb. Azərbaycanın təşəbbüsləri nəticəsində türk dünyasında həmrəyliyin güclənməsi artıq yalnız mədəni yaxınlıq deyil, geosiyasi və iqtisadi əməkdaşlıq modeli kimi formalaşa bildi.

Məlumdur ki, Türk Dövlətləri Təşkilatının əsası 2009-cu il 3 oktyabr tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə qoyuldu. Həmin toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan liderləri tərəfindən imzalanmış “Naxçıvan Sazişi” türk dövlətlərinin inteqrasiyası baxımından tarixi dönüş nöqtəsi oldu. Bu sənəd faktiki olaraq türk dünyasının siyasi əməkdaşlıq platformasının hüquqi bazasını yaratdı. “Naxçıvan Sazişi” ilə ortaq tarixə, dilə, mədəniyyətə və strateji maraqlara malik dövlətlər vahid siyasi koordinasiya mexanizmi qurmaq istiqamətində mühüm addım atdılar.

Burada xüsusi məqam ondan ibarətdir ki, təşkilatın təməlinin məhz Naxçıvanda qoyulması həm siyasi, həm də simvolik məna daşıyırdı. Çünki Naxçıvan tarixən türk dünyasının mühüm geosiyasi məkanlarından biri olub. Bu baxımdan, Naxçıvan Sazişi təkcə diplomatik sənəd deyil, həm də türk birliyinin strateji manifesti hesab oluna bilər.

Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə qurumun beynəlxalq nüfuzu və funksionallığı nəzərəçarpacaq dərəcədə artdı. Bakı təşkilat daxilində əməkdaşlığın yalnız siyasi bəyanatlar səviyyəsində qalmasına deyil, praktiki layihələrlə möhkəmlənməsinə çalışdı.
Xüsusilə aşağıdakı istiqamətlərdə mühüm addımlar atıldı:
Orta Dəhliz layihəsinin inkişafı;

Türk dövlətləri arasında nəqliyyat-logistika inteqrasiyası;

Enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq;

Müdafiə və təhlükəsizlik dialoqunun genişlənməsi;

Ortaq türk investisiya və iqtisadi platformalarının yaradılması;

Təhsil, gənclər və humanitar əməkdaşlığın gücləndirilməsi.

Azərbaycan postmüharibə dövründə regionda yaranmış yeni reallıqları türk dünyasının inteqrasiyası üçün əlavə imkanlara çevirməyə çalışdı. Xüsusilə Zəngəzur dəhlizi ideyası türk dövlətlərini birləşdirəcək strateji kommunikasiya xətti kimi təqdim olunur.

Prezident İlham Əliyev son illərdə çıxışlarında dəfələrlə vurğulayıb ki, türk dünyası bizim ailəmizdir. Bu yanaşma artıq Azərbaycanın xarici siyasət prioritetlərindən birinə çevrilib.

Azərbaycan liderinin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq daha sistemli xarakter almağa başlayıb. Əgər əvvəllər təşkilat daha çox mədəni-humanitar platforma kimi qəbul edilirdisə, hazırda o, Avrasiya məkanında formalaşan mühüm geosiyasi güc mərkəzlərindən biri kimi qiymətləndirilir.

Ekspertlərin fikrincə, Azərbaycanın təşəbbüsləri türk dövlətləri arasında qarşılıqlı etimadı artırmaqla yanaşı, onların beynəlxalq arenada koordinasiyalı fəaliyyət imkanlarını da genişləndirib. Xüsusilə enerji, nəqliyyat və təhlükəsizlik məsələlərində ortaq mövqelərin formalaşması təşkilatın strateji çəkisini artırır.
Bu prosesin mühüm xüsusiyyətlərindən biri də odur ki, türk dövlətləri qlobal proseslərdə daha koordinasiyalı şəkildə çıxış edirlər. Bu isə təşkilatın beynəlxalq çəkisini artırır.

Müşahidəçilər hesab edirlər ki, Türk Dövlətləri Təşkilatının gələcək perspektivləri kifayət qədər genişdir. Əhalisi 170 milyondan çox, böyük enerji resurslarına, strateji nəqliyyat marşrutlarına və geniş iqtisadi potensiala malik türk dünyası gələcəkdə qlobal siyasətdə daha mühüm aktora çevrilə bilər.

Bu baxımdan, 2009-cu ildə Naxçıvanda əsası qoyulan əməkdaşlıq modeli bu gün artıq yeni geosiyasi reallığın mühüm elementinə çevrilməkdədir. Azərbaycanın təşəbbüsləri və Prezident İlham Əliyevin siyasi xətti isə türk dünyasının inteqrasiyasını sürətləndirən əsas amillərdən biri kimi qiymətləndirilir.

Etibar Seyidağa,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bayram namazının VAXTI AÇIQLANDI

Next

İsmayıllı-Lahıc yolunda uçqun oldu- Hərəkət dayandı – Fotolar

Xəbər lenti

  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv