Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Prezident WUF13-də Böyük Qayıdışın real nəticələrini açıqladı – Dünyaya mesaj…

By Vüsal Rafiqoğlu
18.05.2026 3 Min Read

Bu gün Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Dövlət başçısı və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Sessiyada iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıblar.

“Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun, müasir inkişaf strategiyasının və şəhərsalma sahəsində qazandığı uğurların mühüm göstəricisidir”.

Bu sözləri Musavat.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

O bildirib ki, WUF13-ə beynəlxalq ictimaiyyətin marağı son dərəcə böyükdür və bunu qeydiyyatdan keçmiş iştirakçıların sayının rekord həddə olması sübut edir:

“Möhtərəm Prezident İlham Əliyev WUF13-ün rəsmi açılış mərasimində çıxışında da bu məsələyə xüsusi toxunaraq qeyd etdi ki, artıq 182 ölkədən 45 mindən çox iştirakçı forumda qeydiyyatdan keçib. Bu statistika təkcə forumun beynəlxalq miqyasını deyil, eyni zamanda Azərbaycanın qlobal platforma kimi artan nüfuzunu və beynəlxalq ictimaiyyətin ölkəmizə olan yüksək etimadını nümayiş etdirir. Bu qədər geniş coğrafiyanı əhatə edən iştirakçı tərkibi Bakının artıq dünyanın mühüm siyasi, iqtisadi və humanitar dialoq mərkəzlərindən birinə çevrildiyini bir daha təsdiqləyir”.

WhatsApp Image 2026-05-18 at 14.00.54.jpeg (135 KB)

Deputat qeyd edib ki, WUF13 təxminən il yarım əvvəl Bakının ev sahibliyi etdiyi COP29-dan sonra Azərbaycanda keçirilən növbəti ən mühüm qlobal platformadır:

“Bu fakt bir daha göstərir ki, Azərbaycan artıq beynəlxalq diplomatiya, qlobal inkişaf gündəliyi və strateji müzakirələrin aparıldığı etibarlı məkan kimi dünyanın diqqət mərkəzindədir. Əgər COP29 daha çox iqlim dəyişiklikləri, yaşıl enerji və ekoloji təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından əhəmiyyət daşıyırdısa, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası urbanizasiya, dayanıqlı şəhər inkişafı, postmünaqişə bərpası və müasir şəhərsalma modellərinin gələcəyinə dair qlobal baxışların formalaşdırıldığı mühüm beynəlxalq platforma kimi xüsusi önəm kəsb edir. Dövlətimizin başçısı tədbirin açılış mərasimindəki çıxışında onu da vurğuladı ki, Azərbaycanı ilk dəfə ziyarət edən qonaqlar Azərbaycanı daha yaxından tanımaq və ölkədə şəhərsalma sahəsində görülən işləri öz gözləri ilə görmək imkanı əldə edəcəklər. Bu baxımdan da WUF13 yalnız beynəlxalq müzakirə platforması deyil, həm də Azərbaycanın uğurlarının dünyaya təqdim olunduğu mühüm qlobal tribuna rolunu oynayır”.

Parlamentari söyləyib ki, Prezident İlham Əliyev tədbirin açılış mərasimindəki işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, orada insanların məşğulluğu məsələsinə xüsusi toxunub:

“Möhtərəm Prezident bildirdi ki, bu gün artıq 85 mindən çox azərbaycanlı işğaldan azad olunmuş ərazilərdə yaşayır. Bu, illərlə həsrətində olduqları yurda qovuşan insanların taleyi, dövlətin öz vətəndaşına verdiyi sözə sədaqəti və Böyük Qayıdış proqramının real nəticəsidir. Ermənistan tərəfindən otuz ilə yaxın müddətdə viran qoyulmuş, yerlə-yeksan edilmiş, tarixi və dini abidələri vandalizmə məruz qalmış torpaqlarımızda bu gün həyat yenidən doğulur. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə yalnız dağıdılmış infrastrukturu bərpa etmir, eyni zamanda tamamilə yeni inkişaf və yaşayış modeli formalaşdırır. Müasir şəhərsalma prinsipləri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, yaşıl enerji infrastrukturu, rəqəmsal idarəetmə sistemi və sosial rifah layihələri bu bölgələri gələcəyin ən modern yaşayış məkanlarından birinə çevirməkdədir. İnsanların məşğulluğunun təmin olunması da hökumətin qarşısında duran əsas vəzifələrdəndir. Çünki dayanıqlı qayıdış yalnız yaşayış evlərinin tikilməsi ilə məhdudlaşmır. İnsanlar öz doğma yurdlarında işləməli, istehsal yaratmalı, iqtisadi və sosial həyata tam şəkildə inteqrasiya olunmalıdırlar. Bu məqsədlə yaradılan sənaye zonaları, aqrar parklar, logistika mərkəzləri və yeni iqtisadi layihələr Qarabağ və Şərqi Zəngəzurun yaxın illərdə regionun mühüm iqtisadi məkanlarından birinə çevriləcəyini göstərir”.

Milli Məclis üzvü onu da qeyd edib ki, Prezident İlham Əliyevin WUF13 açılış mərasimindəki çıxışında xüsusi diqqət çəkən mühüm məqamlardan biri də mina təhlükəsi ilə bağlı idi:

“Dövlətimizin başçısı vurğuladı ki, mənzillər, fərdi evlər, məktəblər və xəstəxanalar tikməzdən əvvəl, əlbəttə, ilk növbədə ərazilərin minalardan təmizlənməsi həyata keçirilməlidir. Təəssüf ki, Ermənistan tərəfindən basdırılmış minalar bu gün də can almaqda davam edir. Minalar insanların həyatı üçün ciddi təhlükə olaraq qalır, və postmünaqişə dövrünün ən ağır humanitar problemlərindən biridir. Buna baxmayaraq, Azərbaycan dövləti böyük siyasi iradə və yüksək təşkilatlanma ilə həm minatəmizləmə prosesini, həm də genişmiqyaslı quruculuq işlərini eyni vaxtda uğurla davam etdirir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq prosesi sadəcə şəhərlərin yenidən tikilməsi deyil, tarixi ədalətin bərpası, milli ləyaqətin təntənəsi, dövlətin və insanların öz torpağına sahib çıxmasının parlaq nümunəsidir. Prezident İlham Əliyevin WUF13-də səsləndirdiyi bu mesajlar bir daha nümayiş etdirdi ki, Azərbaycan dağıntılar üzərində nifrət deyil, inkişaf qurur, viranə qalmış torpaqlarda intiqam deyil, həyat yaradır. Məhz buna görə də bu gün Qarabağ və Şərqi Zəngəzur yalnız Azərbaycanın deyil, bütün regionun gələcək inkişaf, sülh və dirçəliş simvoluna çevrilməkdədir”.

Cavanşir ABBASLI
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İtkinlərimizin izi ilə: Azərbaycan 30 illik sirləri açır

Next

Sabaha olan hava – PROQNOZU

Xəbər lenti

  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv