Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Canlı ünsiyyət yoxdursa…

By Vüsal Rafiqoğlu
20.05.2026 3 Min Read

Sosioloq: Ənənəvi mühit uşaqlara sosial münasibətləri mövcud təcrübə əsasənda öyrənmək imkanı verir, rəqəmsal mühit isə daha çox müşahidə və reaksiya üzərində qurulur

Müasir dövrdə texnologiyanın sürətli inkişafı insan həyatının bütün sahələrinə təsir göstərdiyi kimi, uşaqların böyümə və sosiallaşma prosesinə də ciddi şəkildə nüfuz edir. Bir vaxtlar uşaqlığın ayrılmaz hissəsi sayılan həyət oyunları, canlı ünsiyyət və birbaşa sosial münasibətlər getdikcə rəqəmsal mühitlə əvəzlənir. Bu dəyişiklik təkcə həyat tərzində deyil, eyni zamanda, düşüncə, davranış və emosional reaksiyalarda da özünü göstərir. Uşaqların hansı mühitdə formalaşması isə gələcəkdə onların cəmiyyət içində necə yer tutacağını müəyyən edən əsas amillərdən birinə çevrilir.

Canlı ünsiyyət niyə hələ də “məktəb” sayılır?

Məhz bu kontekstdə sosioloq Rəvan Əliyevin problemə yanaşması mövzunun sosial mahiyyətini daha aydın şəkildə ortaya qoyur. O, hesab edir ki, uşağın böyüdüyü mühit onun davranış modelini və insanlarla münasibət qurma bacarığını birbaşa formalaşdırır.

Sosioloq qeyd edir ki, bu gün uşaqların bir qismi həyət, məktəb, ailə söhbətləri və canlı dostluq mühitində böyüyür, digər bir qismi isə telefon, planşet, kompüter və sosial şəbəkələrin təsiri altında formalaşır. Bu fərq onların sosial davranışında da aydın şəkildə özünü göstərir. Çünki uşağın necə böyüməsi onun insanlarla necə ünsiyyət quracağını, hisslərini necə ifadə edəcəyini, dostluq münasibətlərini necə formalaşdıracağını və çətin vəziyyətlərə hansı reaksiyanı verəcəyini müəyyənləşdirir.

Ənənəvi mühitdə böyüyən uşaqlar üz-üzə ünsiyyətə daha tez uyğunlaşır. Onlar dostları ilə küsür, barışır, oyunda növbə gözləyir, uduzmağı qəbul edir, böyüklərin söhbətinə qulaq asır və qrup daxilində davranma qaydalarını mənimsəyir. Yəni, uşaqlar sosial həyatın əsas prinsiplərini canlı münasibətlər çərçivəsində öyrənirlər. Virtual mühitdə böyüyən uşaqlarda isə ünsiyyətin böyük hissəsi ekran üzərindən qurulur. Mesajlaşma, qısa videolar, onlayn oyunlar və sosial şəbəkələr onların əsas əlaqə vasitəsinə çevrilir. Bu səbəbdən onlar daha sürətli reaksiya versələr də, canlı ünsiyyət zamanı bəzən çətinlik yaşayırlar.

Elmi araşdırmalar da bu fərqi təsdiqləyir. 2024-cü ildə aparılan beynəlxalq tədqiqatlar göstərir ki, erkən yaşdan başlayaraq uzun müddət ekran qarşısında vaxt keçirən uşaqlarda sosial uyğunlaşma, emosiyaların idarə olunması və yaşıdlarla sağlam münasibət qurma bacarığı nisbətən zəifləyir. Belə uşaqlar üçün dostluq əlaqələrini davam etdirmək, səbirli olmaq və qarşı tərəfin hisslərini anlamaq daha çətin olur.

Sosioloq onu da diqqətə çatdırır ki, fərqlər ilk növbədə canlı ünsiyyət bacarıqlarında özünü göstərir. Ənənəvi mühitdə böyüyən uşaq qarşısındakı insanın baxışlarından, səs tonundan və üz ifadəsindən onun nə hiss etdiyini anlaya bilir. Virtual ünsiyyətdə isə emosiyalar əsasən yazı, emoji və qısa reaksiyalarla ifadə olunur. Bu da emosiyaları dərin şəkildə dərk etmə bacarığının zəifləməsinə səbəb olur. Nəticədə uşaq çox ünsiyyət qura bilir, lakin qarşı tərəfi hər zaman tam başa düşməkdə çətinlik çəkir.

Digər mühüm fərq səbir məsələsi ilə bağlıdır. Rəqəmsal mühit uşağı sürətli dəyişikliklərə alışdırır: video maraqlı deyilsə dərhal dəyişilir, oyun alınmırsa başqa birinə keçilir, söhbət istənmirsə bağlanır. Halbuki real həyatda münasibətlər bu qədər sürətli və dəyişkən deyil. Dostluq, təhsil prosesi və ailə ünsiyyəti zaman və səbir tələb edir. Bu səbəbdən virtual mühitdə böyüyən uşaqlar bəzən tez yorulur, tez əsəbiləşir və uzunmüddətli fəaliyyətə köklənməkdə çətinlik çəkir.

Texnologiyanın üstün tərəfi: Sürət, çeviklik və informasiya gücü

Burada diqqət məsələsi də önəmlidir. Sosial şəbəkələr və qısa, dinamik videolar uşağın beynini daimi hərəkətə alışdırır. Bu isə məktəbdə müəllimi uzun müddət dinləməyi, ailədə sakit söhbətdə iştirak etməyi və ya yaşıdlarla davamlı oyun qurmağı çətinləşdirir. Araşdırmalar göstərir ki, ekran vaxtı çox olan uşaqlarda diqqətin tez yayınması və sosial mühitə fokuslanmanın azalması daha çox müşahidə olunur.

Bununla belə, virtual mühitdə böyüyən uşaqların üstün tərəfləri də mövcuddur. Onlar texnologiyanı daha sürətlə mənimsəyir, informasiyanı tez tapır və rəqəmsal aləmdə daha çevik davranırlar. Lakin problem ondadır ki, texnoloji çeviklik artdıqca bəzən insani yaxınlıq zəifləyir. Uşaq çox sayda insanla əlaqə qurur, amma az sayda insanla dərin münasibət yarada bilir.

Balans axtarışı: Gələcəyin uşağı necə formalaşmalıdır?

Nəticə etibarilə, ənənəvi mühit uşağa birlikdə yaşamağı öyrətdiyi halda, virtual mühit daha çox paralel şəkildə mövcud olmağı formalaşdırır. Birincidə münasibətlər əsasdır, ikincidə isə sürət. Birincidə canlı emosiyalar, ikincidə isə ani reaksiyalar üstünlük təşkil edir. Bu baxımdan müasir dövrdə valideynlərin əsas vəzifəsi uşaqları texnologiyadan uzaqlaşdırmaq deyil, onları həm rəqəmsal, həm də real sosial mühitdə balanslı şəkildə inkişaf etdirməkdir. Çünki uşaq sosial davranışı proqramlardan deyil, canlı insan münasibətlərindən öyrənir.

Nigar Orucova, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İcra hakimiyyətlərinə tender qadağası

Next

Bazarlarda nübarlıq meyvələrin əl yandıran qiymətləri – VİDEO

Xəbər lenti

  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv