Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Şuşadan Trabzona olan 952 kilometr, qaradənizlilər və qalalılar…

By Vüsal Rafiqoğlu
20.05.2026 3 Min Read

Ötən gün Şuşa ilə qardaşlaşmış şəhərlər siyahısında Trabzonun da əlavə olunması xəbəri nostalji hislər yaratdı. Qara dəniz sahilindəki Trabzonla, dəniz səviyyəsindən 1600 metr hündürlükdə yerləşən Şuşa arasında qardaşlığın təsisi indi rəsmiləşib, amma əslində…Bu barədə az sonra. Deyim ki, Şuşa ilə indiyədək Ərzurumdan və Kayseridən başqa Özbəkistanın Xivə, Tacikistanın İsfara, Qazaxıstanın Türkistan şəhərləri də rəsmən qardaşlaşıb, başqa ölkələrin də şəhərləri var.

Haşiyə: Şəhərlərin qardaşlaşmasının tarixi İkinci Dünya Müharibəsindən başlayıb. Müharibədə İngiltərənin Koventri və SSRİ-nin Stalinqrad(indiki Volqoqrad) şəhərləri bombardman nəticəsində darmadağın edilib. Məhz ingilislər düşünüblər ki, onlar kimi dəhşəti görmüş stalinqradlılara dəstək olsunlar. Beləliklə, iki şəhər gələcəkdə sülh naminə “qardaşlaşmağa” qərar veriblər. İndi bu qardaşlaşmanın mahiyyəti fərqlidir- mədəni, təhsil və iqtisadi sahələrdə bir-birini daha yaxından tanımaq məqsədi daşıyır.Şuşa ilə qardaşlaşmış şəhərlər böyük tarixə malikdirlər, elə Trabzon da. Məncə, bu iki tam fərqli relyefə aid şəhərlər arasında başqa bir sirli bağlılıq da var, yoxsa niyə məhz Trabzon olsun ki? Biri dünyada qaradənizlilər kimi tanınır, biri də qalalılar kimi.

1992-ci ilin qarışıq duyğular yaşadığımız yanvar ayı idi, Şuşanın işğalına təxminən 4 ay qalırdı. Şəhərdə keçirdiyim qəzadan sonra vertolyotla Bakıdakı travmatologiya xəstəxanasına gətirilmişdim və müalicəmi burda davam etdirməli oldum. İş elə gətirdi ki, gəldiyim axşam məni “6-cı palata” ya yerləşdirdilər. Palatanın Çexovun “6 nömrəli palata” sı ilə əlaqəsi yox idi. Amma palatada məndən əvvəl bir neçə tanınmış şəxs müalicə almışdı, həmişə də gəl-getli, qonaqlı-qaralı olmuşdu. Məsələn, onlardan biri də Qarabağda yaralanmış, ilk hərbi operatorlardan olan rəhmətlik Seyidağa Mövsümov idi. Bir neçə gün sonra bu palata həmin mərtəbədə ən müxtəlif xəsarətlərlə bura düşən dəcəlxəta şəhər uşaqları üçün bir az “şestoy”, bir az da “obşak” kimi oldu.

Amma burada daha bir məşhur palata da vardı. Trabzonlu Yusif abinin( əslində yaş fərqinə görə amca(əmi) demək daha doğru olarmış)yatdığı 1-ci palata. Onun otaq yoldaşı əslən göyçaylı Zaurla tez isnişdik, sonralar da görüşdük. Yusif abının otağında televizor vardı və xəbərlər olanda demək olar ki, hamı onun palatasının qapısına yığışardı. Yusif abi tezliklə anladı ki, onu Qarabağla, müharibə ilə bağlı bilmək istədiklərini necə deyərlər, məndən öyrənə bilər. Bizi Qarabağ və Şuşa mövzusu beləcə yaxınlaşdırdı. Televizorda o vaxt danışan fəal adamları məndən soruşardı-kimdir, nəçidir və sairə. İndi adını çəkmirəm, o dövrün məşhur adamlardan birini əynindəki hərbi formada, odlu-alovlu danışdığını ilk dəfə görəndə dedi ki, “kimdirsə, yaxşı adama oxşamadı, ona inanmayın…” O vaxt yəqin ki, ciddiyə almadım, axı Yusif abı ilk dəfə gördüyü adam haqda necə öncəgörənlik edə bilərdi ki? Amma illər sonra Yusif abinin həmin adam haqda söylədiyi doğru çıxdı…

undefined

Yusif abı əslində siyasətdən uzaq biri idi, ancaq Türkiyənin Azərbaycana dəstəyinin yetərli olmadığını deyirdi. Yusif abi Trabzonda taksi sürücüsü işləmiş, sonra bir qəza nəticəsində ayaqlarından biri qısalmış, hətta şəhərdə “Topal Yusif” adı ilə tanınmışdı. Azərbaycana müalicəyə gəlməsi də səbəbsiz deyildi. Sərhədlər açılanda eşitmişdi ki, Azərbaycanda Qavril İlizarov adlı travmatoloqun xidmətləri sayəsində Bakıda sümük uzatmaq əməliyyatı mümkündür. Elə İlizarov adına olan sümük aparatının biri də Yusif abının ayağında idi. Bu metodla sümük uzadılırdı.

Mən də ondan trabzonlular, qara dənizlilər haqda çox şey soruşardım, maraqlı söhbətləri vardı. Deyirdi ki, Trabzona gəlsən, səni yaxşı bir qızla evləndirərdim. “Trabzonda ünvana-filana gərək yox, şəhərin mərkəzində kimdən “Topal Yusif”i soruşsan, yerimi nişan verəcək” deyirdi. Futbolla arası saz idi, bizdə o vaxt hələ Türkiyə liqasına maraq böyük deyildi. “Türkiyədə çempionu Trabzon klubu müəyyən edər” cümləsini başqa bir qaradənizli-Laz Ziyadan(“Qurdlar vadisi”) əvvəl Yusif abidən eşitmişəm. Xoş əhvalımız olan günlərin birində isə demişdi ki, mən qaradənizlilərə çox bənzəyirəm, “çünki xasiyyətim tünddür, rakı içəndə də sərxoş olmuram, əksinə kədərlənirəm”. Yusif abının Türkiyədən gətirdiyi çox musiqi kasetləri vardı, o cümlədən Qara dəniz türküləri də…Bizim muğamı bəyəndirə bilmədim, deyirdi ki, gərək bu “şarkılara” qoltuq ağacın olmadan qulaq asasan, çünki adamı “çox uzaqlara aparıb, yıxa bilər”.

Yusif abi bir neçə aylıq müalicədən sonra qoltuq ağaclarını burda qoydu getdi, o, Bakıda olanda Xocalı faciəsi baş vermişdi, hamı kimi o da sarsılmışdı, hətta ağlamışdı da. Guya mənə təskinlik kimi “Şuşaya heç nə olmayacaq” deyirdi.

…Şuşa ilə qardaşlaşandan sonra Trabzona getmək pis olmazdı. Naviqator avtomobil yolu ilə Şuşadan Trabzona cəmi 952 kilometr göstərir…

Nazim SABİROĞLU,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda dəhşətli qətl baş verdi

Next

Hamlet Musayevin qızı azad edildi

Xəbər lenti

  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv