Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Gələcəyə hesablanmış strateji düşüncə: Bakıda insanların yaşam keyfiyyəti müzakirə olunur

By Vüsal Rafiqoğlu
21.05.2026 3 Min Read

Mayın 18-də Bakıda BMT-nin ən nüfuzlu beynəlxalq tədbirlərindən biri olan Dünya Urbanizasiya Forumunun 13-cü sessiyasının açılış mərasimi təntənəli şəkildə keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu mühüm beynəlxalq tədbirdə iştirak etdilər.

Publika.az-a açıqlama verən millət vəkili Ceyhun Məmmədov bildirdi ki, belə bir forumun məhz Azərbaycanda keçirilməsi dərin mənaya malikdir.

Onun sözlərinə görə, son illərdə ölkəmizin beynəlxalq arenada qazandığı nüfuz, həyata keçirilən genişmiqyaslı quruculuq layihələri və şəhərsalma sahəsindəki müasir yanaşmalar Azərbaycanın artıq yalnız regional deyil, qlobal miqyasda da etibarlı tərəfdaş və əməkdaşlıq mərkəzi kimi tanındığını açıq şəkildə nümayiş etdirir.

Nəsillərə layiqli mühitin təmin edilməsi

Millət vəkili qeyd etdi ki, müasir dünya sürətlə dəyişməkdədir. Urbanizasiya prosesləri, iqlim dəyişiklikləri, əhali artımı, miqrasiya axınları və yeni iqtisadi çağırışlar şəhər inkişafına tamamilə fərqli yanaşmalar tələb edir.

“Belə bir tarixi mərhələdə WUF13 kimi beynəlxalq platformaların rolu xüsusilə artır. Çünki bu tribunada müzakirə olunan məsələlər yalnız tikinti və infrastrukturla məhdudlaşmır – söhbət insanların yaşam keyfiyyətindən, sosial rifah səviyyəsindən, ekoloji sabitlikdən, davamlı inkişafdan və gələcək nəsillərə layiqli mühitin təmin edilməsindən gedir”, – deyə deputat bildirdi.

Ceyhun Məmmədov vurğuladı ki, Prezident İlham Əliyev açılış mərasimindəki nitqində Azərbaycanın zəngin tarixi-mədəni irsindən, ölkədə qorunan qədim memarlıq nümunələrindən və şəhərsalma ənənələrindən ətraflı bəhs etdi.

Deputatın sözlərinə görə, dövlət başçısı Bakının tarixi görünüşünün qorunmasının, İçərişəhər kimi dünya əhəmiyyətli abidələrin yaşadılmasının Azərbaycanın milli-mədəni dəyərlərə verdiyi önəmin bariz göstəricisi olduğunu qeyd edib. Eyni zamanda regionlarımızdakı tarixi abidələrin və qədim yaşayış məskənlərinin bərpası sahəsindəki işlər ölkəmizin mədəni irsə olan dərin məsuliyyətini açıq şəkildə ortaya qoyur.

Qarabağda tarixi kimlik və mədəni ruh yenidən dirçəldilir

Millət vəkili qeyd etdi ki, Prezident İlham Əliyev öz çıxışında işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq prosesinə xüsusi diqqət yetirib.

“Onilliklər boyu işğal altında qalaraq viran edilmiş şəhər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır, tarixi və dini abidələr əvvəlki əzəmətinə qovuşdurulur. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan azad olunmuş torpaqlarda yalnız yeni yaşayış məntəqələri inşa etmir, həm də həmin ərazilərin tarixi kimliyini və mədəni ruhunu yenidən dirçəldir”, – deyə deputat əlavə etdi.

Ceyhun Məmmədov bildirdi ki, bu gün işğaldan azad olunmuş torpaqlarda görülən işlər beynəlxalq ictimaiyyətin diqqətlə izlədiyi mühüm inkişaf nümunəsinə çevrilib. Qısa müddət ərzində yolların, hava limanlarının, yaşayış məntəqələrinin, sosial infrastrukturun və rabitə şəbəkələrinin qurulması Azərbaycan dövlətinin gücünü, idarəçiliyin səmərəliliyini və möhkəm siyasi iradəni bütün dünyaya nümayiş etdirir: “Doğma yurd-yuvalarına qayıdan soydaşlarımızın sevinci isə həyata keçirilən dövlət siyasətinin ən dəyərli bəhrəsidir”.

Azərbaycan beynəlxalq arenada mövqeyini möhkəmləndirir

Deputat qeyd etdi ki, forum çərçivəsində davamlı şəhərsalma, sosial inklüzivlik, iqlim çağırışları, rəqəmsal transformasiya və gələcəyin şəhərləri mövzusunda aparılan müzakirələr Azərbaycanın bu sahədə beynəlxalq dialoqda fəal iştirakçı olduğunu bir daha təsdiqləyib.

Onun sözlərinə görə, bu forum ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığının daha da dərinləşdirilməsi baxımından strateji əhəmiyyət kəsb edir:

“Bu gün Azərbaycan yalnız enerji, nəqliyyat-logistika və geosiyasi baxımdan deyil, humanitar və inkişaf platforması olaraq da beynəlxalq arenada mövqeyini getdikcə möhkəmləndirir. COP29-un Azərbaycanda keçirilməsinin ardınca WUF13 kimi nüfuzlu forumun da Bakıda təşkil olunması beynəlxalq birliyin ölkəmizə olan inamının və hörmətinin bariz ifadəsidir”.

Millət vəkili əlavə etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl olaraq həyata keçirilən siyasət nəticəsində Azərbaycan regionda sabitlik, təhlükəsizlik və inkişaf məkanı kimi qəbul olunur: “Dünyanın müxtəlif bölgələrindəki münaqişələr, siyasi böhranlar və iqtisadi qeyri-sabitlik fonunda ölkəmizdəki sabit inkişaf mühiti beynəlxalq tərəfdaşlar tərəfindən yüksək dəyərləndirilir”.

Ceyhun Məmmədov sonda bildirdi ki, WUF13 forumu bir daha sübut etdi ki, Azərbaycan gələcəyə hesablanmış strateji düşüncəyə malik dövlətdir.

“Ölkəmiz müasir şəhərsalma, innovasiya, davamlı inkişaf və insan kapitalının gücləndirilməsi istiqamətində mühüm addımlar atır və bu kurs qətiyyətlə davam etdirilir. Əminliklə demək olar ki, Azərbaycanın bu gün qazandığı uğurlar, böyük beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi və qlobal təşəbbüslərdə fəal iştirakı dövlətimizin artan gücünün, siyasi nüfuzunun və xalqımızın möhkəm birliyinin parlaq təcəssümüdür”, – deyə deputat fikrini tamamladı.

Müəllif: Adəm Abbaslı

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Mayın 21-i Beynəlxalq Çay Günüdür

Next

Dayanıqlı şəhərsalma və müasir inkişaf istiqamətində Azərbaycanın baxışı

Xəbər lenti

  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv