Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU”

By Vüsal Rafiqoğlu
22.05.2026 4 Min Read

Tikinti xərclərində müşahidə olunan artımın yaxın aylarda da davam edəcək

Azərbaycan Qiymətləndiricilər Palatası 2026-cı ilin aprel ayı üzrə tikinti indekslərini açıqlayıb. Hesabata əsasən, bu ilin aprel ayında tikinti xərcləri 2025-ci ilin dekabrı ilə müqayisədə 6,8 faiz artıb. Tikinti bazarında əsas bahalaşma metal məhsulları, beton, sement və daxili təmir materialları üzrə qeydə alınıb. Ən ciddi qiymət artımı metal və beton məhsullarında müşahidə olunub. Ən stabil seqment isə maşın-mexanizm xərcləri hesab edilir.
   Azərbaycanda tikinti materialları bahalaşdı

Hesabatda bildirilir ki, xüsusilə armatur, beton, laminat və parket, plastik pəncərələr, sendviç panellər və digər metal əsaslı məhsullar üzrə qiymət artımı davam edir. Bahalaşmanın əsas səbəbləri kimi idxal xərclərinin yüksəlməsi, logistika xərclərinin artması və tikinti sektorunda tələbin yüksək qalması göstərilir. Tikinti materialları arasında ən yüksək artım metal məhsullarında qeydə alınıb. Belə ki, bu sahə üzrə indeks baza dövrü ilə müqayisədə 111,5 bəndə yüksəlib. Beton və sement məhsulları üzrə göstərici 108,4, daxili təmir materiallarında 107,2, qapı-pəncərə sistemlərində 106, taxta materiallarında 105,8, dam örtüklərində isə 104,9 səviyyəsində formalaşıb.
Maşın-mexanizm seqmentində isə qiymət artımı digər istiqamətlərlə müqayisədə daha məhdud olub. Ekskavator xidmətləri üzrə indeks 104,2, beton pompası üzrə 103,8, kran xidmətləri üzrə isə 103,5 təşkil edib.
Palatanın qənaətinə görə, tikinti xərclərində müşahidə olunan artımın yaxın aylarda da bazar qiymətlərinə təsiri davam edəcək.
Qeyd edək ki, Azərbaycana tikinti materiallarının bir hissəsi Ukrayna və İrandan idxal olunur.

Azərbaycanda tikinti materialları ucuzlaşıb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, tikinti materiallarının qiymətində artım son 5 ildə ardıcıl şəkildə davam edən bir prosesdir. Bu prosesin başlanğıcı Rusiya ilə Ukrayna arasında müharibə ilə əlaqəli olsa da, bahalaşmaya təsir edən səbəblər təkcə bununla məhdudlaşmır. “Geosiyasi münaqişələr logistika xərclərinin artmasına səbəb olur, daşınmada çətinliklər yaranır, müəyyən material çatışmazlığı müşahidə edilir. Bununla yanaşı, Azərbaycanda tikinti materiallarının idxalından asılılığın yüksək olması və yerli istehsalın bazardakı tələbatı tam ödəməməsi də qiymət artımının əsas səbəblərindən biridir. Eyni zamanda logistika və daşınma xərclərində də artım baş verir. Müharibələr və regional qarşıdurmalar daşınma prosesini çətinləşdirir və nəticədə xərclər yüksəlir. Digər tərəfdən, 30 ilə yaxın işğal altında olmuş ərazilərimizin azad edilməsindən sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı infrastruktur və tikinti işlərinin aparılması tikinti materiallarına olan tələbatı ciddi şəkildə artırıb. Bu da ölkə daxilində qiymət artımına təsir göstərən əsas amillərdəndir. Bundan başqa, Bakı şəhərinin 2040-cı il Baş Planına uyğun olaraq qəzalı və istismar müddəti bitmiş binalar sökülür, onların yerində abadlaşdırma və yeni tikinti işləri həyata keçirilir. Bu proses də tikinti materiallarına tələbatı artırır və qiymətlərin yüksəlməsinə səbəb olur” deyə, o bildirib.
V. Oruc bildirir ki, işçi qüvvəsinin əməkhaqlarının, əməliyyat və gündəlik xərclərin artması da tikinti materiallarının qiymətinə təsir edən mühüm amillərdəndir: “Bununla yanaşı, makroiqtisadi proseslər – inflyasiya, manatın alıcılıq qabiliyyətindəki dəyişikliklər də həm materialların, həm də xidmət xərclərinin artmasına gətirib çıxarır. Nəticədə bu proses tikinti sektorunda ümumi bahalaşmanı sürətləndirir.
Ümumilikdə götürdükdə, materialların böyük hissəsinin idxal olunması, logistika problemləri, yerli istehsalın tələbatı tam ödəyə bilməməsi, həyata keçirilən iri infrastruktur layihələri və Bakı ilə yanaşı regionlarda aparılan geniş tikinti işləri bazarda tələbatı artırır. Tələb artdıqca isə qiymət artımı qaçılmaz olur. Qlobal bazarda da metal və tikinti xammalı üzrə bahalaşma prosesi gedir. Bu, yalnız Azərbaycana aid məsələ deyil. Dünyada metal və xammal qiymətlərinin artması həmin məhsulların ölkəmizə gətirilməsi və istehsalı zamanı əlavə xərclər yaradır. Layihələrin sayı artdıqca, abadlaşdırma və şəhərsalma istiqamətində yeni layihələr həyata keçirildikcə tikinti materiallarına tələbat da yüksələcək. Tələb yüksəldiyi üçün qiymət artımı da davam edəcək.
Ötən ilin müvafiq dövrü və ya ötən ilin dekabr ayı ilə müqayisədə açıqlanan rəqəmlər aidiyyəti qurumların statistik göstəriciləridir və onların ayrıca təhlil olunmasına ehtiyac var. Məsələn, əvvəlki hesabatlarda mənzil bazarı üzrə müəyyən faiz göstəriciləri təqdim olunsa da, tikinti materiallarında təxminən 6 faiz civarında qiymət artımı ilə bağlı rəqəmlər arasında tam uyğunluq görünmür. Bununla bağlı daha dəqiq izahı aidiyyəti qurum verə bilər.
Bizim hesablamalara görə, xüsusilə xaricdən gətirilən tikinti materiallarında logistika xərcləri və dünya bazarında metal, eləcə də digər tikinti xammallarının bahalaşması səbəbindən qiymət artımı təbiidir. Yerli istehsal isə əsasən enerji daşıyıcılarının qiyməti və inzibati qərarların təsiri ilə bahalaşır”.

Tikinti materiallari dam ortuk kreditle

Ekspert qeyd edir ki, yerli istehsal olunan bəzi tikinti materiallarında qiymətlər sabit qalıb, hətta müəyyən məhsullarda ucuzlaşma da müşahidə olunur: “Ümumilikdə isə bazarda əsas qiymət artımı daha çox xaricdən idxal olunan tikinti materiallarında hiss edilir.Yerli tikinti materiallarında da müəyyən bahalaşma olsa da, bu artım idxal məhsulları ilə müqayisədə daha aşağı səviyyədədir. Şəhərsalma layihələrinin genişlənməsi, tikinti sektorunun canlanması və bu sahəyə təşviq proqramlarının tətbiqi gələcəkdə də tikinti materiallarında qiymət artımını davam etdirə bilər. Burada əsas rol oynayan amillər makroiqtisadi proseslərdir. İnflyasiya, manatın alıcılıq qabiliyyəti, işçi qüvvəsinin xidmət haqlarındakı artım buna nümunədir. Məsələn, iki il əvvəl suvaq işi 4-5 manata görülürdüsə, indi həmin xidmətin qiyməti 8-10 manat civarındadır. Bu isə bəzi xidmətlər üzrə təxminən iki dəfə artım deməkdir. Ona görə də tikinti materialları və işçi qüvvəsinin xidmət haqları üzrə vahid qiymət artımı faizi müəyyənləşdirmək çətindir. Amma ümumi artımın olduğu və bunun davam edən proses olduğu aydındır. Əgər ölkədə iqtisadi fəallıq və tikinti sektorunda canlanma davam edərsə, tikinti materiallarında qiymət artımı da qaçılmaz olacaq”.

Şahanə Rəhimli
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Naxçıvanda hərbçi faciəli şəkildə öldü – FOTOLAR

Next

Bakı-Tiflis qatarına biletlərin satışı başladı – VİDEO

Xəbər lenti

  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv