Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Azərbaycan uğurlu qlobal çoxtərəfli dialoq platformasıdır – TƏHLİL

By Vüsal Rafiqoğlu
23.05.2026 5 Min Read

WUF13: Bakının Qlobal Urbanizasiya və Postmünaqişə Bərpası Diskursunda Strateji Mərkəzə Çevrilməsi 

Bakıda keçirilən WUF13 — Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası təkcə Azərbaycanın ev sahibliyi etdiyi növbəti beynəlxalq tədbir kimi deyil, müasir qlobal siyasi və urbanizasiya gündəliyində yeni istiqamətlərin müəyyənləşdirildiyi mühüm platforma kimi qiymətləndirilməlidir. Forum həm miqyası, həm iştirakçı tərkibi, həm də qəbul edilən qərarlar baxımından dünya şəhərsalma tarixində xüsusi yer tutdu. 176 ölkədən 57 mindən çox iştirakçının qatılması WUF13-ü bu günədək keçirilmiş ən böyük Ümumdünya Şəhərsalma Forumuna çevirdi. Bu göstərici bir tərəfdən urbanizasiya məsələlərinin qlobal əhəmiyyətini nümayiş etdirirsə, digər tərəfdən Azərbaycanın beynəlxalq etimad və nüfuzunun yüksək səviyyədə qəbul olunduğunu təsdiqləyir.

Müasir dövrdə şəhərsalma artıq yalnız memarlıq və infrastruktur məsələsi deyil. XXI əsrin şəhərləri iqtisadiyyatın, texnologiyanın, sosial münasibətlərin, ekoloji təhlükəsizliyin və siyasi sabitliyin əsas mərkəzlərinə çevrilib. BMT-nin proqnozlarına əsasən yaxın onilliklərdə dünya əhalisinin böyük hissəsi şəhərlərdə yaşayacaq və bu proses yeni problemlərlə yanaşı, yeni imkanlar da yaradacaq. Sürətli urbanizasiya mənzil çatışmazlığı, sosial bərabərsizlik, ekoloji risklər, nəqliyyat sıxlığı və resurs çatışmazlığı kimi problemləri daha da aktuallaşdırır. WUF13 məhz bu çağırışların müzakirə olunduğu və həll yollarının axtarıldığı beynəlxalq platforma kimi çıxış etdi.

COP29-dan sonra WUF13 kimi nəhəng forumun da uğurla təşkili göstərdi ki…

Bakının belə bir forum üçün seçilməsi təsadüfi deyildi. Son illərdə Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi sahəsində mühüm təcrübə formalaşdırıb. Bakı artıq müxtəlif siyasi, iqtisadi, humanitar və idman tədbirlərinin təşkil olunduğu mühüm beynəlxalq mərkəz kimi tanınır. COP29-dan sonra WUF13 kimi nəhəng forumun da uğurla təşkili göstərdi ki, Azərbaycan yalnız regional deyil, qlobal miqyaslı çoxtərəfli dialoq platforması rolunu oynamağa qadirdir.

Forumun ən diqqətçəkən siyasi yeniliklərindən biri Liderlərin Bəyanatları Sessiyası oldu. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə keçirilən bu sessiya WUF tarixində yeni siyasi format formalaşdırdı. 27 dövlət və hökumət başçısının iştirakı ilə keçirilən görüş göstərdi ki, urbanizasiya siyasəti artıq yalnız ekspert və texniki müstəvidə deyil, dövlət rəhbərləri səviyyəsində müzakirə olunan strateji məsələdir.

Bu çox mühüm məqamdır. Çünki müasir şəhərlər yalnız yaşayış məkanı deyil, həm də dövlətlərin təhlükəsizlik sisteminin, iqtisadi dayanıqlığının və sosial sabitliyinin əsas sütunlarından biridir. Enerji təhlükəsizliyi, su ehtiyatları, iqlim dəyişiklikləri, miqrasiya prosesləri, kibertəhlükəsizlik və sosial inteqrasiya kimi məsələlər birbaşa şəhərlərin idarə olunması ilə bağlıdır. Liderlərin Bakı platformasında bu mövzular ətrafında fikir mübadiləsi aparması urbanizasiya siyasətinin qlobal strateji düşüncənin əsas hissəsinə çevrildiyini göstərdi.

Azərbaycanın beynəlxalq gündəliyə daxil etdiyi mühüm konseptual xətt

Forumun yekun sənədi olan “Baku Call to Action” xüsusi siyasi və humanitar əhəmiyyət daşıyır. Bu sənəddə ilk dəfə olaraq postmünaqişə bərpası, urbisid və ekoloji dağıntılar məsələləri geniş şəkildə əks olundu. Bu yanaşma Azərbaycanın beynəlxalq gündəliyə daxil etdiyi mühüm konseptual xətt kimi qiymətləndirilə bilər.

“Urbisid” anlayışının vurğulanması xüsusilə diqqətəlayiqdir. Müharibələr zamanı şəhərlərin məqsədli şəkildə dağıdılması yalnız infrastrukturun məhv edilməsi deyil, həm də insanların kollektiv yaddaşına, mədəni kimliyinə və sosial həyatına qarşı yönəlmiş dağıdıcı siyasətdir. Qarabağ və Şərqi Zəngəzurda Ermənistan işğalı dövründə dağıdılmış şəhər və kəndlər, məhv edilmiş tarixi və dini abidələr, viran qoyulmuş yaşayış məntəqələri bu anlayışın real nümunəsi kimi beynəlxalq auditoriyaya təqdim edildi.

Eyni zamanda “ekosid” və “kultursid” anlayışlarının forum sənədlərində yer alması müharibələrin yalnız insanlara deyil, təbiətə və mədəni irsə qarşı da ağır nəticələr yaratdığını beynəlxalq səviyyədə gündəmə gətirdi. İşğal dövründə meşələrin məhv edilməsi, su resurslarının çirkləndirilməsi, tarixi və dini abidələrin dağıdılması bu baxımdan xüsusi qeyd olundu. Bu, Azərbaycanın postmünaqişə dövründə apardığı informasiya və hüquqi diplomatiyanın mühüm nəticəsi hesab oluna bilər.

Məqsəd yalnız dağıdılmış infrastrukturu bərpa etmək deyil, tamamilə yeni və dayanıqlı inkişaf modeli qurmaqdır

WUF13 çərçivəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işləri beynəlxalq iştirakçılar tərəfindən xüsusi maraqla qarşılandı. Azərbaycanın təqdim etdiyi model ənənəvi postmüharibə bərpasından əhəmiyyətli dərəcədə fərqlənir. Məqsəd yalnız dağıdılmış infrastrukturu bərpa etmək deyil, tamamilə yeni və dayanıqlı inkişaf modeli qurmaqdır.

“Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi burada xüsusi diqqət çəkir. Ağalı kəndi artıq beynəlxalq səviyyədə innovativ yaşayış modeli kimi təqdim olunur. Rəqəmsal idarəetmə sistemləri, alternativ enerji mənbələri, ekoloji dayanıqlılıq və müasir sosial xidmətlər bu konsepsiyanın əsasını təşkil edir. Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi planı isə Azərbaycanın enerji keçidi siyasətinin mühüm hissəsidir.

Bərpa prosesində diqqət çəkən digər mühüm məqam ekoloji yanaşmadır. Dünya təcrübəsində postmüharibə bərpası çox zaman yalnız tikinti və infrastruktur üzərində qurulur. Azərbaycan isə paralel şəkildə ekoloji tarazlığın qorunmasına, yaşıl zonaların artırılmasına və dayanıqlı şəhər modelinin qurulmasına xüsusi önəm verir. Bu yanaşma WUF13-də geniş maraq doğurdu və Azərbaycanın təcrübəsi bir çox ölkələr üçün potensial model kimi təqdim edildi.

“Böyük Qayıdış” proqramının forum çərçivəsində beynəlxalq auditoriyaya təqdim edilməsi də mühüm əhəmiyyət daşıdı. Məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına qayıdışı beynəlxalq humanitar hüququn əsas prinsiplərindən biridir. Lakin bu proses yalnız yaşayış evlərinin tikilməsi ilə məhdudlaşmır. Burada sosial adaptasiya, məşğulluq, təhsil, səhiyyə və ictimai xidmətlərin təmin olunması əsas məsələlərdən biridir. Azərbaycan bu istiqamətdə kompleks dövlət siyasəti həyata keçirdiyini nümayiş etdirdi.

Forumun digər mühüm istiqaməti ekoloji gündəliklə bağlı oldu. Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən yüksəksəviyyəli tədbirdə qəbul olunan “Nəfəs alan şəhərlər naminə Bakı Çağırışı” urbanizasiya və ekologiya arasında yeni münasibət modelini ön plana çıxardı. Müasir şəhərlərin gələcəyi artıq yalnız texnoloji inkişafla ölçülmür. Hava keyfiyyəti, yaşıl infrastruktur, ictimai məkanların əlçatanlığı və insan sağlamlığı şəhər siyasətinin əsas indikatorlarına çevrilir.

Bu yanaşma xüsusilə vacibdir, çünki dünyada iqlim dəyişiklikləri artıq şəhərlər üçün ciddi təhlükəyə çevrilib. Havanın çirklənməsi, istilik dalğaları, su qıtlığı və ekoloji problemlər milyonlarla insanın həyat keyfiyyətinə təsir göstərir. Bakı Forumunda bu məsələlərin geniş müzakirəsi Azərbaycanın qlobal ekoloji gündəliyə verdiyi töhfənin göstəricisi oldu.

Forum bir daha sübut etdi ki, Bakı artıq yalnız
coğrafi baxımdan deyil, siyasi və intellektual
baxımdan da beynəlxalq dialoqun
mühüm mərkəzlərindən birinə çevrilməkdədir 

Azərbaycanın təşəbbüsü ilə Bakı Şəhər Mükafatının təsis olunması da xüsusi əhəmiyyət daşıyır. Bu addım Azərbaycanın qlobal şəhərsalma siyasətində uzunmüddətli institusional iştirak niyyətini nümayiş etdirir. Mükafat innovativ və dayanıqlı şəhərsalma modellərinin təşviqinə xidmət etməklə yanaşı, beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Forum çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramı arasında imzalanmış Niyyət Məktubu isə Bakıda tətbiq olunan təşkilati və idarəetmə modelinin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərdi. WUF13 üçün formalaşdırılmış “Bakı standartları”nın gələcək forumlar üçün əməliyyat modeli kimi nəzərdən keçirilməsi Azərbaycanın beynəlxalq tədbirlərin təşkili sahəsində yeni təcrübə yaratdığını nümayiş etdirdi.

Əslində WUF13 Azərbaycanın beynəlxalq siyasətdə yeni mərhələyə keçdiyini göstərən mühüm hadisə oldu. Əgər əvvəlki dövrlərdə ölkə daha çox enerji layihələri, nəqliyyat dəhlizləri və geosiyasi təşəbbüslərlə tanınırdısa, indi Azərbaycan humanitar diplomatiya, şəhərsalma siyasəti, dayanıqlı inkişaf və postmünaqişə bərpası kimi istiqamətlərdə də qlobal gündəlik formalaşdırmağa başlayır.

Forum bir daha sübut etdi ki, Bakı artıq yalnız coğrafi baxımdan deyil, siyasi və intellektual baxımdan da beynəlxalq dialoqun mühüm mərkəzlərindən birinə çevrilməkdədir. Azərbaycan isə qlobal çağırışlarla bağlı yalnız mövqe bildirən deyil, praktik həll modelləri və yeni təşəbbüslər təqdim edən dövlət kimi öz rolunu gücləndirir.

Yaqut Ağaşahqızı, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda sayğaclar BU CÜR OLACAQ

Next

SON DƏQİQƏ! Sabahla bağlı XƏBƏRDARLIQ EDİLDİ

Xəbər lenti

  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026

Son Yazılar

  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv