Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

“Kəsilən qurbana o qədər göz baxır ki…” – Bayram bazarından REPORTAJ, QİYMƏTLƏR

By Vüsal Rafiqoğlu
25.05.2026 3 Min Read

Qurban bayramına sayılı günlər qaldıqca heyvan bazarlarında da hərəkətlilik hiss olunmağa başlayır. Bir tərəfdə qurbanlıq seçən insanlar, digər tərəfdə günlərlə heyvan saxlayıb alıcı gözləyən satıcılar. Amma bazarda diqqət çəkən təkcə qiymətlər deyil. Burada həm də insanların dolanışıq dərdi, savab niyyəti və paylaşmaq istəyi üz-üzə gəlir.

AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən, Azərbaycan üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurban bayramı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 27 maya təsadüf edir. Türk Dövlətləri Təşkilatı dini idarə rəhbərləri şurasının 18 may tarixli yekdil fətvası ilə də bayram günü 27 may kimi müəyyənləşdirilib. Şəriət qaydalarına uyğun olaraq qurban kəsimi həmin tarixdən başlayaraq üç gün davam edə bilər. Mayın 27-də ölkə məscidlərində bayram namazları qılınacaq.

Musavat.com-un əməkdaşı olaraq qurbanlıq heyvanların satıldığı bazarlardan birində olub bayramqabağı vəziyyəti yerində araşdırdıq.

WhatsApp Image 2026-05-25 at 18.00.10.jpeg (242 KB)

Hələlik bazarda böyük sıxlıq yoxdur. Satıcılar deyirlər ki, əsas canlanma adətən bayrama bir-iki gün qalmış başlayır. Qəssablardan biri durğunluğun səbəbini insanların maddi vəziyyəti ilə əlaqələndirir: “İndi sakitlikdir, yəqin 26-dan sonra alıcıların sayı artar. Gələnlərin çoxu ən az çəkili heyvanı soruşur. Biz də məcbur 10-11 kiloluq qoyunları göstəririk”.

Bazarda dolaşdıqca qiymət fərqləri də diqqət çəkir. Satıcıların sözlərinə görə, əsasən xırdabuynuzlu heyvanlara üstünlük verilir. Mal ətinin ümumi qiyməti 16 manatdan hesablanır. Ən çox qoyun, quzu, keçi satılır. Qiymətlər heyvanın çəkisinə görə dəyişir. 250 manatdan başlayıb 600-650 manata qədər qurbanlıqlar var. “Ən bahaları əsasən quzulardır. Daha çox erkək quzu seçirlər”, – başqa bir qəssab deyir.

Elə bu söhbət zamanı orta yaşlı bir kişi yaxınlaşır. Baxışlarından qərarsız olduğu hiss edilir. Bir neçə qoyuna diqqətlə baxdıqdan sonra satıcıya üz tutur:

– Qurban kəsmək istəyirəm. Bu qoyun neçəyədir?

– 450 manatadır, – satıcı cavab verir.

Kişi bir anlıq susur, sonra isə bazarın gurultusu içində fərqli bir sual verir:

– Ehtiyacı olan adamlar tanıyırsınız? Kəsən kimi onlara da verək…

Bu sual sanki ətrafdakıların da diqqətini çəkir. Satıcı isə tərəddüd etmədən cavab verir:

– Qurban kəsilən vaxt bura o qədər ehtiyacı olan adam gəlir ki… Kəsilən heyvanlara o qədər göz baxır ki… Sən narahat olma, qardaş. Öz payını götür, qalanına da kənardan dur bax…

Bir neçə cümləlik bu dialoq bazarın mənzərəsini daha aydın göstərir. Burada qurban, sadəcə, dini ritual deyil, kimisi üçün ibadət, kimisi üçün isə bəlkə də ildə bir dəfə süfrəsinə düşən ət ümidi deməkdir.

WhatsApp Image 2026-05-25 at 18.00.09.jpeg (242 KB)

Satıcılar da insanların vəziyyətini gizlətmir: “Kasıbçılıqdır, camaat nə etsin? Elə ailələr var, il boyu ət ala bilmirlər. Belə adamlara pay çıxarmaq savabdır”, – satıcılardan biri bildirir.

Onlar qiymət artımına görə bəzən tənqid olunsalar da, öz çətinliklərindən də danışırlar: “Biz çalışırıq qiymətləri çox qaldırmayaq. Amma heyvan saxlamaq asan deyil. Yem bahadır, otlaq sahələri demək olar qalmayıb. Fermer üçün də maya dəyəri ağır çıxır”.

Bazarı gəzdikcə, qəssabların qurbanlıq üçün əsasən quzuların satıldığını eşidirik.

Bəs qurbanlıq heyvan neçə aylıq olmalıdır və hansı heyvanlar kəsilməlidir?

İlahiyyatçı Samid Quliyev din və cəmiyyət (19.04.2019)

İlahiyyatçı alim Samid Quliyev Musavat.com-a məsələ ilə bağlı bunları deyib:

“Qurbanlıq üçün kəsilməsi icazəli olan heyvanların, qoyun, keçi, inək, camış, dəvədir. Bu heyvanların müəyyən yaş həddi olmalıdır: Qoyun ən azı, 1 yaşını tamamlamalıdır. Bəzi fiqh görüşlərində 6-7 aylıq olub bir yaşlı kimi görünərsə caiz sayılıb. Keçi ən azı, 1 yaş. İnək və camış ən azı, 2 yaş. Dəvə ən azı 5 yaş.

Qurbanlıq heyvan sağlam olmalıdır. Aşağıdakı qüsurlar olmamalıdır – korluq, açıq-aşkar xəstəlik, həddindən artıq arıqlıq, ayaqdan ciddi axsaqlıq, qulağın və ya quyruğun böyük hissəsinin kəsik olması. Bir qoyun və ya keçi bir nəfərin qurbanı sayılır. İnək, camış və dəvə isə 7 nəfərə qədər niyyətlə ortaq şəkildə kəsilə bilər. Qurbanın əsas ruhu Allah yaxınlıq, ixlas və paylaşmaqdır. Quranda buyurulur: “Onların nə əti, nə də qanı Allaha çatır. Allaha çatan yalnız sizin təqvanızdır” (“Həcc” surəsi, 37)…

Afaq Mirayiq,
Fotolar müəllifindir
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Maya Sandu Azərbaycan Prezidentinə təbrik məktubu ünvanladı

Next

Sabah Bakıya yağış yağacaq – Xəbərdarlıq

Xəbər lenti

  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv