Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Sosial media qadınları qeysəriyyəyə sürükləyir

By Vüsal Rafiqoğlu
26.05.2026 2 Min Read

“Hər bir qadın fizioloji hamiləlik zamanı yalnız normal doğuş barədə düşünməli və ona hazırlaşmalıdır, çünki bu, aksiomadır – normal hamiləlik normal doğuşla nəticələnməlidir”.

Musavat.com xəbər verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, ginekoloq Nigar Axundova açıqlayıb.

Onun sözlərinə görə, bəzi situasiyalarda normal gedişat patologiyaya çevrilir və artıq burada həm həkim, həm də hamilə qadın hər bir riski düşünüb qərar verməlidir: “Hazırda dünyada qeysəriyyə kəsiyi əməliyyatlarının payı artaraq, təxminən 20-25%-ə çatıb. Bu göstərici bəzi ölkələrdə 50%-dən yuxarıdır. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə görə, bu göstərici 10-15%-dən yuxarı olmamalıdır. Məlumdur ki, qeysəriyyə kəsiyinə xüsusi göstərişlər olmalıdır və əməliyyat həkim konsiliumun qərarı ilə aparılır. Bəzən elə təcili situasiya olur ki, həkim təkbaşına (anestezioloq və digər cərrah ilə) bu qərarı verməli olur, lakin tibbi sənədləşdirmədə bu qərar öz izahını mütləq tapmalıdır. Məsələn, kəskin qanaxma, ciftin erkən ayrılması, köndələn vəziyyət, kliniki dar çanaq, uşaqlıqda çapıq (əsasən yararsız), miomalar, şişlər, dölün doğuş zamanı hipoksiyası, doğuş fəaliyyətinin zəifliyi, sağrı gəlişi, ağır ekstragenital xəstəliklər, ağır preeklampsiya (eklampsiya), EKM ilə hamiləlik, qadının yaşı və uzun müddət sonsuzluğun olması, ağır vaginizm (psixoloji pozulmalarla) və s. kimi hallarda bu qərar verilir”.

Mütəxəssis-ekspert qeyd edib ki, qadınların cərrahi doğuşa meylliyinin bir səbəbi də son zamanlar sosial mediada yayılan saxta məlumatlardır: “Onlar qadınlarda normal doğuşdan qorxma və qaçma meyilini artırır, qadının özünə güvənini azaldır. Bəzən hətta qeysəriyyə kəsiyi ilə yanaşı plastik əməliyyatlar da həkim-ginekoloq tərəfindən aparılır (abdominoplastika, vaginoplastika, hətta mammoplastika) və bu tamamilə yanlış yanaşma olduğundan ciddi fəsadlar yarada bilər. Ən əsası, qadını psixoloji cəhətdən düzgün hazırlamaq lazımdır. “Ağrısız doğuş” anlayışı var, “epidural” anesteziya ilə ağrıların azalmasına nail olduqda doğuş da daha rahat keçir. Bəzi hallarda isə öncədən bir psixoloqun da yardımı vacib olur. Əsasən də qeyd etmək istəyirəm ki, dünyada ana ölümlərinin və ağırlaşmaların statistikasında qeysəriyyə kəsiyi üstünlük təşkil edir. Ona görə də seçim və qərar tək qadının deyil – bütün hamiləlik (doğuş) zamanı ona nəzarət edən həkimlərin (tibbi personalın) konsilium qərarına əsaslanmalıdır”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Pensiya ilə bağlı vacib məlumat – 30 min manatı tez almaq üçün…

Next

XƏBƏRDARLIQ: Hamiləlikdə gizlədilən xəstəliklər uşağı və ananı təhlükəyə atır

Xəbər lenti

  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv