Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Qurban payını bu şəxslərə vermək olmaz – XƏBƏRDARLIQ!

By Vüsal Rafiqoğlu
27.05.2026 3 Min Read

“Qurban ibadəti islamın ən gözəl ibadətlərindən biridir. Çünki, burada paylaşmaq, sevinci bölüşmək, yardımlaşmaq, ehtiyac sahiblərinə, aylarla ət ala bilməyənlərə yardım eləmək, kömək eləmək, bir ehtiyaclı ailəni sevindirmək hissləri var”.  

Musavat.com xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib.

O vurğulayıb ki, əslində qurban payı məsələsi də məhz bu mənəvi məna üzərində qurulub:

“Qurban ibadəti həm də yalnız heyvan kəsməkdən ibarət deyil. Bu ibadətin ən mühüm tərəflərindən biri paylaşmaq, insanın öz nəfsindən çıxaraq başqasının ehtiyacını düşünməsidir. Qurani Kərimdə Həcc surəsi 36-cı ayədə buyurulur:

“Onlardan həm özünüz yeyin, həm də ehtiyacı olan yoxsulu doyurun”. Bu ayə göstərir ki, qurbanın ruhunda sosial həmrəylik, mərhəmət və paylaşmaq dayanır. Əslində qurban payı məsələsi də məhz bu mənəvi məna üzərində qurulub.İslam alimlərinin böyük əksəriyyəti qurban ətinin üç hissəyə bölünməsini tövsiyə ediblər. Bir hissəsi ailə üçün saxlanılır, bir hissəsi qohum və qonşulara paylanır, digər hissəsi isə ehtiyacı olan insanlara verilir. Bu bölgü vacib hökm deyil, tövsiyə xarakterlidir. Əsas məqsəd cəmiyyətdə paylaşma ruhunun yaşamasıdır. İmam Nəvəvi və İbn Qudamə kimi alimlər bildiriblər ki, insan bütün qurbanı özü üçün də saxlaya bilər, hamısını sədəqə də verə bilər. Amma ən gözəl yol paylaşmaqdır. Qurban payı ilk növbədə kasıb və ehtiyaclı insanlara çatdırılmalıdır. Çünki qurban ibadətinin sosial hikmətlərindən biri budur. Peyğəmbərimiz Məhəmməd (s.ə.s) buyururdu ki, insanların ən xeyirlisi insanlara faydası toxunanlardır. Bu baxımdan təkcə qohumlara deyil, maddi çətinlik yaşayan ailələrə, tənha insanlara, yaşlılara, şəhid ailələrinə, tələbələrə və hətta bəzən utandığı üçün ehtiyacını dilə gətirə bilməyən insanlara da qurban payı çatdırmaq böyük savab sayılır”.

Din xadimi əlavə edib ki, qurban payını insanları alçaldacaq formada təqdim etmək də düzgün deyil:

“Burada mühüm məsələlərdən biri də qurban payının kimlərə verilməsinin uyğun olmamasıdır. İslam alimləri bildirirlər ki, qurban əti satıla bilməz. Hətta qəssaba əmək haqqı kimi qurban əti vermək düzgün sayılmır. Bu barədə hədislərdə açıq xəbərdarlıq var. Həzrət Əli (r.a) rəvayət edir ki, Peyğəmbərimiz (s.ə.s) ona qurbanın dərisini və ətini satmağı qadağan etmişdi. Bu hədis Səhih Buxari və Səhih Muslim mənbələrində yer alır. Çünki qurban ibadəti ticari qazanc vasitəsinə çevrilməməlidir. Eyni zamanda alimlər qeyd edirlər ki, qurban payını insanları alçaldacaq formada təqdim etmək də düzgün deyil. Son illərdə xüsusilə sosial şəbəkələrdə kasıb insanların videosunu çəkərək yardım nümayiş etdirmək çox müzakirə olunur. Halbuki Quranda Bəqərə surəsi 264-cü ayədə edilən yaxşılığın minnət və nümayiş ilə puç edilə biləcəyi bildirilir. Yardım insanın ləyaqətini qoruyacaq şəkildə edilməlidir. İslamın əxlaq prinsipi budur ki, sağ əlin verdiyini sol əl bilməsin. Qurban payı ilə bağlı yanlış yanaşmalardan biri də ibadətin sırf görüntüyə çevrilməsidir. Bəzən insanlar ehtiyacı olmayan yaxın çevrədə bir neçə ev arasında formal pay bölgüsü edir, amma real ehtiyac sahibləri unudulur. Halbuki qurbanın fəlsəfəsi yalnız adət deyil. Quranda Həcc surəsi 37-ci ayədə buyurulur: “Onların nə əti, nə də qanı Allaha çatır. Allaha çatan yalnız sizin təqvanızdır”. Ayə göstərir ki, əsas olan heyvanın özü deyil, insanın niyyəti, vicdanı və mərhəmətidir”.

Ə.Həsənov sonda qeyd edib ki, qurban kəsən insanın qəlbində mərhəmət, paylaşmaq, ehtiyac sahibini düşünmək yoxdursa, ibadətin ruhu zəifləyir:

“Son illərdə ilahiyyatçılar və sosial tədqiqatçılar bir məqama da diqqət çəkirlər. Aparılan sosial araşdırmalar göstərir ki, bayram günlərində aztəminatlı ailələrin ən böyük ehtiyaclarından biri özlərini cəmiyyətin bir hissəsi kimi hiss etməkdir. Müasir sosial psixologiyada buna “sosial görünürlük və mənəvi daxilolma hissi” deyilir. İnsan yalnız maddi yoxsulluq yaşamır, bəzən mənəvi təcrid də yaşayır. Qurban paylaşması isə həmin insanlara “sən unudulmamısan” mesajı verir. Bu səbəbdən qurban payını yalnız ət paylaşmaq kimi yox, insanın könlünə toxunmaq kimi düşünmək lazımdır. Məncə bu məsələdə ən vacib nüanslardan biri də budur ki, qurban ibadəti insanı eqoizmdən uzaqlaşdırmalıdır. Əgər qurban kəsən insanın qəlbində mərhəmət, paylaşmaq, ehtiyac sahibini düşünmək yoxdursa, ibadətin ruhu zəifləyir. İslam alimləri də həmişə bildiriblər ki, ibadətin zahiri ilə yanaşı mənəvi tərəfi də qorunmalıdır. Bu gün cəmiyyətin ən çox ehtiyac duyduğu məsələlərdən biri də məhz budur: ibadəti sadəcə ritual kimi deyil, insan yetişdirən mənəvi məktəb kimi görməkdir.  Qurban bayramı da insanın qəlbində mərhəməti oyadan, cəmiyyətdə birlik hissini gücləndirən ən böyük ibadətlərdən biridir.

Cəmiyyətdə yanlış anlaşılan belə məsələ də var ki, guya hansısa evdə içki içilirsə ona qurban əti vermək düzgün deyil. Bu kökündən yanlış fikirdir. Çünki, içki insanı dindən çıxarmır. Həmdə ailədə evdə digər ev sakinləri qurban ətindən yeyib Allaha şükr etməlidirlər”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bu gün 30 dərəcə isti gözlənilir

Next

Bakıda hava tamamilə alt-üst olur – Güclü külək və temperatur enişi gəlir

Xəbər lenti

  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv